Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistan müxalifətinə mənəvi qələbə azdır
Sarkisyanın rəqibləri bu il hakimiyyətə gələcəklərini deyirlər

Ermənistanda siyasi vəziyyət gərginləşib. Erməni Milli Konqresinin (EMK) ötən həftə Yerevanda keçirdiyi mitinq siyasi gündəmə yeni ab-hava gətirib. "Aykakan yamanak" qəzetinin redaktoru, təkrar seçkiyə qatılmış siyasi məhbus Nikol Paşinyanın deputatlığa namizədliyi məqsədilə keçirilən aksiyada əsas tələblərdən biri siyasi məhbusların azadlığa buraxılması olub. Ermənistan Milli Konqresinin təmsilçiləri bəyan ediblər ki, 2010-cu il onların hakimiyyət üzərində qələbəsi ilə yadda qalacaq. Təşkilatın nümayəndəsi Aram Manukyan bununla bağlı qeyd edib ki, EMK hakimiyyət üzərində qazanılmış mənəvi qələbələrlə fəaliyyətini məhdudlaşdırmaq niyyətində deyil: "Biz bu iqtidarı hakimiyyətdən kənarlaşdırmaqda iddialıyıq və bu il qeyd edilən məsələ də həlledici xarakter daşıyacaq".
Əlavə deputat seçkilərində namizədliyini "Aykakan Yamanak" qəzetinin baş redaktoru Nikol Paşinyanın lehinə götürmüş politoloq Amayak Ovanesyan Sery Sarkisyan iqtidarının xalqa qarşı siyasətinin 1937-38-ci illərdə Stalin epoxasının həyata keçirdiyi repressiyadan fərqlənmədyini bildirib. Onun sözlərinə görə, Yerevan sakinləri müxalifət düşərgəsini təmsil edən Nikol Paşinyana səs verməklə 2008-ci il martın 1-2-də hakimiyyət qüvvələri tərəfindən qətlə yetirilmiş insanların şərəf və ləyaqətlərini müdafiə etmiş olacaqlar.
Ermənistan Milli Konqresinin koordinatoru Levon Zurabyan isə bildirib ki, təmsil etdiyi təşkilat hakimiyyətin bütün müqavimətlərinə baxmayaraq, xalqı qələbəyə doğru aparmaqda davam edəcək: "Hər bir seçki hakimiyyət üçün ciddi zərbədir. Çünki hər bir seçki hakimiyyəti daha da zəiflədir. Düzdür, parlamentə boş qalan yer üçün keçirilən əlavə seçkilərin ədalətli olacağına hər bir Ermənistan vətəndaşı kimi biz də inanmırıq. Lakin hakimiyyət bilməlidir ki, hər seçkidə həyata keçirdiyi saxtakarlıq onun xalq arasında və beynəlxalq ictimaiyyətdə mövqelərini daha da zəiflədir və onsuz da yaxşı olmayan imicini bir qədər də mənfi məcraya sürükləyir". Xalq Partiyasının lideri Stepan Dəmirçiyan isə qeyd edib ki, 1 mart səhifəsi hələ qapanmayıb: "Bu səhifə o vaxt bağlanacaq ki, həmin faciəvi olayların əsl günahkarları öz layiqli cəzalarına çatacaqlar. Hakimiyyət daha həmin cinayətkarları müdaifə edə bilməyəcək". Onun sözlərinə görə, indiyə qədər 1 mart hadisələrinin günahkarlarının sərbəst gəzməsinin əsl səbəbi Sery Sarkisyan iqtidarının cinayətkar mahiyyətindən irəli gəlir: "Çünki bu hakimiyyət özü müxtəlif cinayətkar qruplaşmalardan ibarətdir. Həmin qruplaşmalar xalqa xidmət etmək istəyən az sayda məmurun da fəaliyyətini öz nəzarətlərində saxlamaqla buna yol vermirlər".
Mitinqdə çıxış edən Ermənistan Milli Konqresinin lideri, sabiq prezident Levon Ter-Petrosyan isə bildirib ki, hakimiyyət Nikol Paşinyanın hüquqlarını lap əvvəldən pozub: "Çünki o, deputatlığa namizəd kimi dairə seçki komissiyası tərəfindən qeydə alındıqdan sonra dərhal azadlığa buraxılmalı idi. Lakin axmaq və burnunun ucundan uzağı görməyən hakimiyyətin bunu etməyə cürəti çatmadı. Hakimiyyətdə olanlar başa düşmədilər ki, Nikol Paşinyanın azadlığı ən azı onların öz imicləri baxımından çox vacibdir. Bunu dərk etmək əvəzinə iqtidar hələ də rəqiblərinə maksimal dərəcədə zərər yetirməyə çalışır". Sabiq prezident daha sonra bildirib ki, EMK Nikol Paşinyanın və həbsdə siyasi məhbus kimi saxlanan digər onlarla insanın azadlığı üçün mübarizəsini daha böyük əzmkarlıqla davam etdirəcək. Müxalifətin indiyə qədər qazandığı qələbələrin təkcə mənəvi yox, həm də real olduğunu vurğulayan Levon Ter-Petrosyan hakimiyyətin dayaqlarının daha sürətlə zəifləməkdə olduğunu bəyan edib: "Bizim əsas qələbəmiz odur ki, son prezident seçkilərindən iki il keçməsinə, aparılan həbslərə, təqiblərə baxmayaraq, xalqla olan birliyimiz həmişəkindən daha güclüdür".Levon Ter-Petrosyan onu da bildirib ki, Ermənistan Milli Konqresinin növbəti mitinqi martın 1-nə təyin olunub. Həmin mitinqdə Konqres öz fəaliyyətinin növbəti istiqamətləri barədə geniş həcmli və ölkənin bütün həyatını əhatə edəcək yeni proqramı barədə xalqa məlumat verəcək.
Erməni mətbuatının məlumatına görə, mitinqdən sonra yürüş başlayıb, yürüş Martiros Saryan abidəsinin önündə bitib. Nümayiş iştirakçıları digər namizəd Ara Simonyanın seçki qərargahının yanından keçərkən "Biabırçılıq" deyə qışqırıblar. Məlumat üçün bildirək ki, Ara Simonyan Yerevan merinin yaxın qohumudur. Qeyd olunur ki, hakimiyət məhz bu şəxsin lehinə saxtakarlıq edilməsi üçün hazırlıq işləri görür.
Yeri gəlmişkən, bazar günü paytaxt Yerevanda təkrar parlament seçkisi keçirilib. Qalmaqalla başlayan seçkidə deputatlığa namizəd "Aykakan Yamanak" qəzetinin redaktoru Nikol Paşinyanın nümayəndəsi, "Demokratik vətən" partiyasının lideri Petros Makeyan, onun oğlu Karen Makeyan və N.Paşinyanın seçki qərargahının üzvü Sure Martirosyan 10/9-cu seçki məntəqəsində vəhşicəsinə döyülüblər. Ermənistanın müxalifətyönümlü mətbuatının məlumatına görə, onlara 20 nəfər hücum edib. Dava baş verərkən seçki məntəqəsində polislər olsa da, onlar hücum edənlərə qarşı heç bir tədbir görməyiblər. Nəticədə N.Paşinyanın qərargahının 3 üzvü 1 nömrəli kliniki xəstəxanaya, oradan isə təcili yardım maşını ilə Masiv xəstəxanasına aparılıblar. Qeyd edək ki, Yerevanda 10-cu seçki dairəsində Ermənistan parlamentinə əlavə seçkidə hakimiyyətin favoriti Ara Simonyan qələbə çalıb. Ermənistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, seçkilərdə 13380 seçici (24,3 faiz) iştirak edib. Ona 7622 seçici səs verib. N.Paşinyan isə 5023 səs toplayıb.
Xatırladaq ki, sahibkar Xaçatur Sukiasyan öz mandatını geri götürdükdən sonra deputat yeri boşalıb. X.Sukiasyan da Yerevanda mart hadisələrinin təşkilində ittiham olunub, lakin o, amnistiyaya düşüb. Xaçatur Sukiasyan hakimiyyət tərəfindən mart hadisələrində günahkar bilindiyi üçün uzun müddət təqibə məruz qalıb və gizlənməyə məcbur olub. Sonradan könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olan deputat həbsə alınmasa da, mandatından məhrum edilib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 12.01.10 | Baxılıb: 320

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •