Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür
Mübariz Qurbanlı: "Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Rusiyanın da maraq dairəsindədir"

"Türkiyənin baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri Rusiya-Türkiyə münasibətlərində bir sıra məsələlərin həllinə yönəlib. Məlumdur ki, son illər bu dövlətlər arasında ikitərəfli əlaqələr yüksələn xətlə inkişaf edir. Bir sıra iqtisadi layihələrdə Rusiya və Türkiyənin ortaq maraqları görünməkdədir. Xüsusilə eneryi sahəsində bu dövlətlər müəyyən layihələri birgə həyata keçirməkdədirlər". Bunu yap.org.az saytına açıqlamasında YAP icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ərdoğanın Rusiyaya gözlənilən səfərini şərh edərkən deyib. Türkiyə və Rusiyanın hələ sovetlər dönəmində müəyyən problemlərinin olduğunu xatırladan M.Qurbanlının sözlərinə görə, hazırda iki ölkənin münasibətlərinin yaxşılığa doğru inkişaf etməsi müşahidə olunur. YAP icra katibinin müavini qeyd edib ki, bu dövlətlər arasında yaxınlaşma, iqtisadi-siyasi münasibətlərin dərinləşməsi, nəticə etibarilə Cənubi Qafqazdakı problemlərin həllinə müsbət təsir göstərir və göstərəcək: "Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri ərəfəsində Türkiyə mətbuatının verdiyi məlumata görə, aparılan danışıqlarda Qarabağ məsələsi də gündəmdə olacaq. Bu, təsadüfi deyil, çünki Türkiyə Cənubi Qafqazda sülh və əmin-amanlıq yaradılması üçün müxtəlif layihələr ortaya qoyub. Xüsusilə Qafqazda sülh və sabitlik paktı ideyasını irəli sürüb. 2008-ci ilin avqustunda Rusiya-Gürcüstan müharibəsi zamanı Türkiyə bu bölgədə sülhün yaradılması üçün ən çox səy göstərən dövlətlərdən biri kimi çıxış edib".
M.Qurbanlı hesab edir ki, Ərdoğanın Rusiya rəhbərləri ilə görüşü zamanı Qarabağ məsələsinin ətraflı şəkildə gündəmə gətirilməsi bu problemin həllinə müsbət təsir göstərə bilər: "Rusiya Minsk qrupunun həmsədridir, Türkiyə isə Minsk Qrupunun üzvü və böyük bir dövlətdir. Rusiyanın Ermənistana təsir imkanları kifayət qədər böyükdür. Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılması məsələsi Rusiyanın da maraq dairəsindədir. Ona görə ki, bu gün sərhədlərin açılması iqtisadi cəhətdən ağır vəziyyətdə olan Ermənistana "nəfəs" vermiş olardı. Ancaq Türkiyənin mövqeyi də aydındır ki, Qarabağ məsələsi həll edilmədən sərhədlər açılmayacaq. Bu baxımdan, gözlənilən səfərdə hesab edirəm ki, bir sıra kompleks məsələrin müzakirəsi müsbət nəticələrin əldə olunmasına gətirib çıxaracaq".


K.HACIYEV
+  -  Çap 
Yerləşdirilib: 09.01.10 | Baxılıb: 337

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •