Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Kəşfiyyatçı ölər, adı qalar
İordaniyalı Əl-Balavi eyni zamanda bir neçə dövlətə işləyirmiş

Əfqanıstanda Mərkəzi Kəşfiyat İdarəsinin bazasına qarşı partlayış törətdiyi iddia edilən kamikadzenin xanımı Defne Bayrak iordaniyalı həyat yoldaşı Humam Xəlil Abu Mülal Əl-Balavinin iki kəşfiyyat xidmətinə çalışdığına dair ittihamları rədd edib. İstanbulda yaşayan Defne Bayrak Türkiyənin kütləvi informasiya vasitələrinə müsahibəsində bildirib ki, o, İordaniya mənşəli Humam Xəlil Abu Mülal Əl-Balavi ilə İstanbul Universitetində oxuyarkən tanış olub. Daha sonra onlar evlənib İordaniyada yaşayıblar. 2003 və 2004-cü illərdə iki qızları dünyaya gəlib. Ötən il ailə Türkiyəyə qayıtdıqdan sonra Əl-Balavi tibb sahəsində təhsilini davam etdirmək üçün Əfqanıstana gedib. Əl-Balavi ilə son dəfə mart ayında görüşdüklərini bildirən Defne Bayrağın sözlərinə görə, onlar 10 gün əvvəl telefonla danışıblar. Defne Bayrak bildirib ki, Əl-Balavi Əfqanıstanda tibb sahəsində təhsilini davam etdirmək fikrindən imtina edərək, təhsilini Türkiyədə başa çatdırmaq qərarına gəldiyini bildirib. Defne Bayrak həyat yoldaşının Mərkəzi Kəşfiyyat İradəsi və "Əl-Qaida" ilə əlaqələri olduğuna dair iddiaları rədd edib: "O əgər Mərkəzi Kəşfiyyat İdarəsinə işləyirdisə, nə üçün həmin qurumun əməkdaşlarını öldürməlidir?" Onun sözlərinə görə, bu barədə qəzetlərdən xəbər tutub və bu məlumatlar əsla həqiqətə uyğun deyil. Defne Bayrak həyat yoldaşının valideynləri ilə əlaqəsi olmadığını, uşaqların isə atalarının öldüyünü bilmədiklərini qeyd edib.
Qərb rəsmiləri bildirir ki, Balavi İordaniyanın kəşfiyyat agentliyi tərəfindən işə götürülüb və Əfqanıstanda "Əl-Qaidə" ilə əlaqəyə girməli, özünü əcnəbi cihad döyüşçüsü kimi tanıtmalıydı. Ancaq dekabrın 30-da iordaniyalı özünü Əfqanıstanın Host vilayətində hərbi bazada partladaraq, xüsusi xidmət orqanının 7 əməkdaşı və İordaniya kəşfiyyatı zabitinin həyatına son qoyub.
"Nyu-York Times" qəzeti yazır ki, Balavi və onun fəaliyyəti barədə məlumatlar yavaş-yavaş üzə çıxır. Məsələn, İordaniya rəsmiləri bildirirlər ki, Balavi Pakistana gedərək, onlara könüllü şəkildə "Əl-Qaidə" və onun İordaniya və digər ölkələrdə planladığı əməliyyatlar barədə məlumat göndərməyə başlayıb. Rəsmilər bu məlumatların nə qədər dəyərli olduğunu açıqlamasalar da, Balavinin məlumatlarının diqqət çəkdiyini bildiriblər. İordaniyanın kəşfiyyat xidməti Balavinin məlumatını digər ölkələr, o cümlədən ABŞ-la bölüşüb. Ancaq Balavinin atası Xəlil qəzetə deyib ki, təzadlı məlumatlara görə oğlu ilə dəqiq nə baş verdiyini hələ də anlamır: "Bizim məlumatımız yoxdur, eşitdiklərimiz ziddiyyətlidir".
Ailəsinin bildirdiyinə görə, Balavinin kiçik qardaşı həbs olunub. İndi ailəsi artıq-əskik danışmaqdan çəkinir. Ailəyə mətbuatla danışmaq yasaq edilib. Balavinin ailəsi cihadla bağlı onun saytlara yazmasından da xəbərsiz olduğunu bildirib. Bununla belə, qardaşı son İsrail-Qəzza münaqişəsindən sonra onun "dəyişdiyini" əlavə edir.
Balavinin ailəsi Fələstin əsillidir. Qardaşı deyir ki, o, səhiyyə təşkilatları ilə könüllü əməkdaşlıq edib, yaralı fələstinlilərə yardım göstərib. Buna görə də İordaniya hökuməti tərəfindən həbs olunub. O, Balavinin həbsdən sonra "böyük təzyiq" altında olduğunu, kompyuterdən, elektron poçtdan imtina etdiyini, bunun ardınca isə yoxa çıxdığını danışır: "Əgər pişiyi tutub, onu küncə qoysanız, o, sizin üstünüzə atılacaq". "Nyu York Times" bildirir ki, Əl-Balavinin törətdiyi partlayış cihad saytlarında qələbə, zəfər kimi qələmə verilir. İntiharçının anası Şanara Fadel əl-Balavi "Frans-Press" agentliyinə oğlunun heç vaxt ekstremist olmadığını bildirib. Onun vicdanlı, yaxşı tələbə olduğunu və ötən il təhsil vizası almaq üçün ABŞ hökumətinə müraciət etdiyini deyib.
+  -  Çap 
Yerləşdirilib: 09.01.10 | Baxılıb: 263

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •