Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« İyul.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
   1234
567891011
12131415161718
19202122232425
262728293031 
 
 




 
 
 
Axtarış: 
Məsuliyyətli Obama
ABŞ prezidenti ölkədə pis nə baş verərsə, öz üzərinə götürür

ABŞ prezidenti Barak Obama Milad Bayramı günü Detroytda təyyarənin partladılamsı cəhdinin Ağ Ev tərəfindən təhqiqatının nəticələriylə bağlı danışıb. Ağ Evdə Mərkəzi Kəşfiyyat İdarəsi də daxil olmaqla, 20 kəşfiyyat qurumunun rəhbərinin iştirakı ilə toplantı keçirilib və 2 saat çəkən toplantıda Barak Obama kəşfiyyat rəhbərlərini danlayıb.
Barak Obamaya görə, araşdırma nəticəsində Amerika kəşviyyatının buraxdığı səhvlər aşkar olunub. Onun qənaətincə, hücumun qarşısını almaq üçün ABŞ hökumətinin müvafiq məlumatı olub, lakin mövcud məlumatlardan irəli gələn addımların atılmaması və həmin məlumatın və vəziyyətin təhlil edilməməsi baş vermiş hadisənin gerçəkləşməsini mümükün edib. Obama bəyanatında 4 məqamdan ibarət planını açıqlayıb. Prezident sözügedən tədbirləri səsləndirdikdən sonra bunu da əlavə edib ki, kəşfiyyatda aşkar edilmiş boşluqlara baxmayaraq, son nəticədə əsas məsuliyyət onun özünün üzərinə düşür. Amerikalıların çoxunu şoka salan o olub ki, sən demə, hökumətin hücumun qarşısını almaq üçün kifayət qədər məlumatı olubmuş. Lakin mövcud məlumatın təhlilsiz qalması sözü gedən əhvalatla nəticələnib. 2001-ci il 11 sentyabr hücumundan sonra Amerika kəşfiyyatında islahatlar artıq keçirilmişdi və Obama bu sahədə yeni radikal gedişlər edilməsini nəzərdə tutmur. Onun qənaətincə, səylər sistemin səmərəli işinin təmin edilməsi istiqamətində göstərilməlidir. O cümlədən aeroportların təhlükəsizliyinin təkmilləşdirilməsinə investisiyaların edilməsi nəzərdə tutulur. Obama əhatəli kəşfiyyat informasiyasının səmərəli təhlilinə çağırıb.Prezidentin opponentləri sual edə bilərlər ki, görəsən bu tədbirlər kifayət olacaqmı? Barak Obama vurğulayıb ki, yol verilmiş nöqsanlar fərdi yox, sistematik xarakter daşıyır. Bununla da o eyham vurub ki, gələn dəfə bu cür hadisə baş verərsə, kəşfiyyat idarəsi cavab verməli olacaq. Lakin eyni zamanda o, bunu da qeyd edib ki, yekunda əsas məsuliyyət elə onun özünün üzərinə düşür. Başqa sözlə o etiraf edib ki, sözügedən hadisə onun üçün növbəti bir sınaqdır.
Barak Obama onu da deyib ki, bu, böyük bir xətadır və böyük fəlakətə yol aça bilərdi: "Bir güllədən güc-bəlayla yayındıq. Təhlükəsizlik sistemi effektiv işlədiyi üçün yox, təyyarədə olan cəsur insanların sayəsində terrorun qarşısı alınıb. Bu cür işləmək olmaz. Buna sakit yanaşa bilmərəm. Daha yaxşı işləməliyik və işləyəcəyik. Amerikalıların həyatları təhlükədədir". Barak Obama bu dəfə kəşfiyyat xidmətlərinin rəhbərlərinin heç birini istefaya göndərməyib. Ancaq Ağ Ev rəsmiləri növbəti belə olaydan sonra istefaların qaçılmaz olacağını bildiriblər. Xatırladaq ki, ABŞ təyyarəsini partlatmağa cəhd göstərən Nigeriya əsilli 23 yaşlı Faruk Abdülmuttalibin atası 3 ay əvvəl oğlunun "pis niyyət"də olduğu barədə rəsmilərə xəbərdarlıq edib. Ancaq buna baxmayaraq, onun təyyarə ilə uçuşuna qadağa qoyulmayıb, vizası ləğv olunmayıb, təhlükəsizlik tədbirləri görülməyib.
+  -  Çap 
Yerləşdirilib: 09.01.10 | Baxılıb: 136

ONLINE XƏBƏRLƏR
 
  • Düşmən dörd istiqamətdə atəşkəsi pozub
  • “Qarabağ” Polşada tarix yazdı
  • Jurnalist Araşdırmaları Mərkəzi monitorinqləri davam etdirəcək
  • Şirvan-Sabirabad yolunda hərəkət məhdudlaşdırılıb
  • “Təhlükəsiz Şəhər” Xidməti 16 cinayətin üstünü açıb
  • “Əl-Qaida”dan Türkiyəyə çağırış
  • Respublika üzrə 46 minə yaxın daşınmaz əmlak obyekti dövlət qeydiyyatına alınıb
  • Gürcüstandakı “SOCAR” yanacaqdoldurma məntəqələrinin sayı 40-a çatdı
  • “İSR-duz istehsalı” MMC-də məhsul istehsalı dayandırıldı
  • Əli Abbasov dövlət naziri Zəfər Çağlayanla görüşüb
  • Magistraturaya əlavə yerləşirmə başlayıb
  • YUNESKO-nun Baş direktoru ümummilli liderin məzarın ziyarət edib
  • Azərbaycan antikorrupsiya islahatları sahəsində irəliləyişə nail olub

  •  
    BANNERİMİZ
     
    kod almaq: