Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Mahmud və Məryəm"i Bollivud reyissoru çəkəcək
Filmdə Hollivudun qrim ustaları da çalışacaqlar

Azərbaycan və Türkiyə mədəniyyət nazirlikləri arasında müştərək film çəkilməsi ilə bağlı müqavilə imzalanıb. Film Elçin Əfəndiyevin "Mahmud və Məryəm" əsərinin ssenarisi əsasında çəkiləcək.
Filmin çəkilişləri Türkiyənin tanınmış prodüseri Sevda Kayqısıza həvalə edilib. Belə ki, əvvəlcə müsabiqə təşkil olunub. 500 layihənin içindən Sevda Kayqısızın "Mahmud və Məryəm" layihəsi qəbul edilib.
Qeyd edək ki, mart ayından filmin hazırlıqları başlanacaq. Filmin musiqisi bəstəkar Aygün Səmədzadəyə həvalə edilib. Çəkilişlərə isə may ayından start verilməsi planlaşdırılıb. Sözügedən filmdə Azərbaycanın və Türkiyənin tanınmış aktyorları rol alacaqlar. Baş rol Qəmər Banu obrazını Türkiyədə yaşayan aktrisamız Məlahət Abbasova oynayacaq.
"Mahmud və Məryəm" əsəri fantastik yanrda olduğundan reyissorun Bollivuddan gətirilməsi nəzərdə tutulub. Bollivud reyissorlarının ssenari ilə tanış olması üçün əsər ingilis dilinə tərcümə olunub.
Filmdə aktyorların qrimi ilə məşğul olan ustalar da Hollivuddan dəvət olunacaq. Qeyd edək ki, filmin çəkilişlərinin 80 faizinin Azərbaycanda aparılması nəzərdə tutulub. Filmdə baş rolu oynaycaq Məlahət Abbasova isə eyni zamanda prodüser Sevda xanımın köməkçisi olacaq.
+  -  Çap 
Yerləşdirilib: 08.01.10 | Baxılıb: 453

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •