|
Ötən gün respublika ərazisində iki boğulma faktı qeydə alınıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Yasamal rayonu D.Bünyadzadə küçəsində yaşayan Reyhan Hümbətova evində dəm qazından boğularaq dünyasını dəyişib. Binəqədi qəsəbəsi ərazisində, qəsəbə sakini Vüsal Hüseynov göldə balıq tutarkən suya yıxılıb. Nəticədə V.Hüseynov boğularaq dünyasını dəyişib.
Ayxan
|