|
Hüquq-mühafizə orqanları bir neçə oğurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə mənzildən oğurluq etməkdə şübhəli bilinən Sumqayt sakini saxlanılıb. Saxlanılan Fərid Baxşıyev Rəna Ağakişiyevanın evindən oğurluq edib. Onun ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində F.Baxşəliyevin 2009-cu ilin noyabr və dekabr aylarında Vahid Bəkirovun mənzilindən və Sumqayıt şəhər sakini Xəlil Muradinin evindən oğurluq etməsi müəyyən edilib. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maarif Dadaşova məxsus avtomaşından 900 manatını, mobil telefonunu və qızıl əşyalarını oğurlamaqda şübhəl bilinən şəxs tutulub. Saxlanılan Yevlax rayon sakinləri Səbuhi Məmmədov və Arif Məmmədovdur.
|