|
Füzuli rayonunda dekabrın 26-da törədilən qətlin üstü açılıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Baş Cinayət-Axtariş İdarəsi və Füzuli RPŞ əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs tutulub. Saxlanılan Füzuli rayon sakini Tural Kərimovdur. T.Kərimov həmyerlisi Əziz Əliyevi boğma yolu ilə qətlə yetirməkdə təqsirləndirilir.
|