Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Quldurluq edən şəxslər tutulub
Cinayət əməlindən zərər çəkənlərdən ikisi qadın olub

Hüquq-mühafizə orqanları üç quldurluq faktının üstünü açıb. DİN-in mətbuat xidmətindən "Kaspi"yə verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə zor tətbiq edərək ondan mobil telefon alan şəxs tutulub. Saxlanılan Z.Tağıyev qəsəbəsinin sakini Fərid Səmədovdur. F.Səmədov həmyerlisi Səadət Abbasovaya qarşı zor tətbiq edərək mobil telefonunu ondan almaqda təqsirləndirilir. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Arzu Haqverdiyevə qarşı quldurluq edən cinayətkar qrupun digər üzvləri yaxalanıb. Saxlanılanlar Yevlax rayon sakinləri Qurban Əliyev və Rüfət Rüstəmlidir. Belə ki, yanvarın 2-də Yevlax rayonunda Mingəçevir şəhər sakini Arzu Qurban Əliyevin idarə etdiyi "Hyundai" markalı avtomaşına sərnişin qismində oturub Mingəçevir şəhərinə gedəcəyini bildirib. Salahlı kəndində Q.Əliyevlə birgə olan digər sərnişin A.Haqverdiyevi bıçaqla hədələyərək 96 manatını və mobil telefonunu ondan alıb. Yevlax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisədən dərhal sonra Q.Əliyev tutulub.
Gəncə şəhərində 3 naməlum şəxs şəhər sakini Rəna Süleymanovaya qarşı zor tətbiq edərək içərisində 160 manatı və sənədləri olan çantasını ondan alıblar. Kəpəz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən Gəncə şəhər sakinləri Vəli Hüseynov və Cavad Vəliyev saxlanılıb. Hər üç faktla bağlı araşdırmalar aparılır.
+  -  Çap 
Yerləşdirilib: 06.01.10 | Baxılıb: 282

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •