Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Türkiyə şərtini bir daha təkrarladı
"Qarabağ məsələsi ilə bağlı Ermənistandan addımlar gözləyirik"

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması və sərhədlərin açılmasını nəzərdə tutan protokolların ratifikasiyası bu ilin ilk aylarında geniş müzakirə mövzusuna çevriləcək. Əksər ekspertlər bu qənaətdədir ki, protokollarla bağlı məsələ yaxın bir-iki ay ərzində həllini tapacaq. Rəsmi Yerevan bu ərəfədə bəyan edib ki, imzaladığı protokollara yenidən baxmaq fikrindədir. Belə ki, bu ölkənin prezidenti Sery Sarkisyan vurğulayıb ki, konstitusiyaya bununla bağlı dəyişiklik etmək niyyətindədir.
Türkiyə Böyük Millət Məclisinin Konstitusiya komissiyasının üzvü, hakim Ədalət və İnkişaf Partiyasının üzvü Burhan Kuzu isə hesab edir ki, dövlətlər 1963-cü ildə imzalanan beynəlxalq razılaşmaya uyğun olaraq ikitərəfli müqavilələrə əməl etməlidir: "Müəyyən müddətə imzalanan müqavilələr vaxtı keçdikdən sonra etibarsız hesab edilir. Müddətsiz müqavilələrə imza atan tərəflər isə birtərəfli qaydada öz imzalarından imtina etməməlidirlər. Bu səbəbdən də Ermənistan beynəlxalq hüququn prinsiplərini pozaraq konstitusiyaya dəyişiklik edə bilməz". Deputat hesab edir ki, əgər Ermənistan belə bir addım atsa, onda o, növbəti dəfə beynəlxalq hüququn əksinə getmiş olacaq.
Ermənistanla imzalanan protokollara gəldikdə, onun fikrincə, orada diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması əks olunub. Lakin onun qüvvəyə minməsi üçün parlamentlərin protokolları ratifikasiya etməsi gərəkdir: "Sürix protokollarının imzalanması ilə Qars və digər müqavilələr qüvvədən düşmür. O ki qaldı Sarkisyanın yuxarıda səslənən bəyanatına, ona qarşı həm ölkə dixilində, həm ölkə xaricindən güclü təzyiqlər var. Fransadakı erməni diasporu isə ümumiyyətlə, türk-erməni protokollarına qarşı çıxır. Ermənistan prezidenti bununla bildirmək istəyir ki, əgər protokollar onları qane etməsə, istənilən an oradan imzalarını geri götürə bilərlər. Əslində, Sarkisyan özü də başa düşür ki, bu addım Ermənistanın beynəlxalq imicinə ciddi zərər vura bilər". B.Kuzu bildirib ki, bu qanunun qəbulundan sonra heç kim Ermənistanla hər hansı bir saziş imzalamayacaq. Çünki, o artıq beynəlxalq aləmdə nufuzdan düşmüş olacaq. Onun sözlərinə görə, Ermənistan prezidenti bu bəyanatla müxalifətin və diasporuın təzyiqinə tuş gəlməmək və vaxt qazanmaq istəyir: "Yaxşı olardı ki, Sarkisyan konstitusiyadan Türkiyəyə qarşı ərazi iddialarının əks olunduğu bəndləri çıxarsın".
Ermənistan prezidenti onu da qeyd edib ki, Türkiyə ilə imzalanan protokolları ratifikasiya etməyə hazırdırlar. Belə olan halda, Türkiyə analoyi addımı atmağa hazırdırmı? AKP-çi deputat bildirib ki, protokolların tək Ermənistan tərəfindən ratifikasiyası heç nəyi dəyişməyəcək. Yəni yalnız hər iki ölkə onu ratifikasiya etdikdən sonra onlar qüvvəyə minə bilər: "Ermənistan prezidentinin məlum bəyanatı isə Türkiyəyə qarşı təzyiq məqsədi güdür. Onlar beynəlxalq ictimaiyyətə guya münasibətlərin normallaşmasını istədiklərini nümayiş etdirmək istəyirlər".
B.Kuzu 2010-cu ildə protokollarla bağlı hansı addımların atılacağına da toxunub: "Prezident, baş nazir və xarici işlər naziri qəti şəkildə bildiriblər ki, Dağlıq Qarabağ problemi həll olunmayana kimi Ankara-Yerevan protokolu parlamentdə müzakirə olunmayacaq. Mən də hakim partiyanın deputatı kimi deyə bilərəm ki, Qarabağ problemi həll olunmayana kimi protokollar nə parlamentdə, nə də parlamentin xarici əlaqələr komitəsində müzakirə olunacaq". AKP-çi deputat əlavə edib ki, baş nazir Rəcəb Tayyib Ərdoğan ABŞ səfəri zamanı bildirib ki, əgər Qarabağ problemi Azərbaycanın maraqlarına uyğun həllini tapmasa, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşmasından danışmağa belə dəyməz: "Biz hazırda Ermnistanın atacağı addımları gözləyirik. Qarabağ məsələsi ilə bağlı Ermənistandan addımlar gözləyirik".
O, Qarabağ probleminin Minsk qurpu çərçivəsində həllinin mümkün olub-olmadığına da toxunub. Onun qənaətincə, həmsədrlik institutu çox qeyri-effektiv fəaliyyət göstərir: "Minsk qrupunun üç fövqəl üzvü var. Lakin onlar problemin həllində bir addım belə irəli gedə bilmirlər. Əgər bu üç ölkə Ermənistana təzyiq göstərə bilmirsə və Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarılmasını təmin edə bilmirsə, onda Minsk qrupunu taixin arxivinə atmaq gərəkdir". Onun sözlərinə görə, problemin həllinə başqa prizmadan yanaşmaq gərəkdir. Həmsədr dövlətlər aydın görür ki, məhz Ermənistan münaqişənin həllinə mane olur. Lakin bu qrup Ermənistana təzyiq göstərmək üçün vahid platformadan çıxış edə bilmir. B.Kuzu bu səbəbdən də 2010-cu ildə Qarabağ probleminin Minsk qrupu çərçivəsində həllini görmür. Ölkəsinin münaqişənin sülh yolu ilə həllinə çalışdığını deyən deputat vurğulayıb ki, Ankara Ermənistana yest edərək ona güzəştə gedə biləcəyini bəyan edib. Ermənistanın isə əsas vəzifəsi Dağlıq Qarabağa qarşı iddialarından əl çəkməsindən ibarətdir.
TBMM üzvü ABŞ Konqresinin separatçı DQR reyiminə maliyyə yardımı ayırmasını da kəskin pisləyib. Onun sözlərinə görə, bu, başdan ayağa absurd və məntiqsiz maliyyə siyasətidir. Ermənistan güc yolu ilə qonşusunun ərazisini işğal edib: "Axı nə səbəbdən işğalçı dövlətə maliyyə yardımı ayrılmalıdır? Digər tərəfdən Qarabağın işğalı nəticəsində bir milyon azərbaycanlı ev-eşiyindən didərgin düşüb. Bu insanlara kömək ayırmaq əvəzinə, ABŞ insanları bu vəziyyətə salan bir reyimə maliyyə ayırır". Deputat sonda bildirib ki, Ermənistan və Qarabağdakı işğalçı reyim öz hərəkəti ilə açıq şəkildə göstərir ki, terrorizm və işğalı dəstəkləyir: "ABŞ isə atdığı addıma aydınlıq gətirə bilmir. ABŞ bir tərəfdən bəyan edir ki, terrorizmə qarşı mübarizə aparır, digər tərəfdən isə terrorçuluq metodu ilə fəaliyət göstərənlərə kömək edir. ABŞ ikili standartlar siyasətindən əl çəkməlidir".


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 06.01.10 | Baxılıb: 279

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •