Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

 
AXTARIŞ
 

 
 
ARXİV
 
« Sen.2010»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
27282930   
 
 




 
 
 
Axtarış: 
Azərbaycan Milli Konservatoriyası yeni bina gözləntisindədir
Vaqif Əbdülqasımov: "Otaq qıtlığından siniflərdə alətlər, əsasən də royal yerləşdirmək mümkün deyil"

2001-ci ildən fəaliyyətini müstəqil təhsil ocağı kimi davam etdirən Milli Konservatoriya hələ də sığınacaq obyektinə çevrilməkdədir. Hazırda təhsil ocağı özünün tərkibində fəaliyyət göstərən İncəsənət Gimnaziyasında yerləşdirilib. Onun adına inşa etdirilən binanın tikintisi isə neçə illərdir başa çatdırılmır. Şahidi olduğum möhtəşəm və yarımçıq binanın tikintisi demək olar ki, dayandırılıb. Bu və ya digər məsələlərə aydınlıq gətirmək məqsədi ilə Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, Əməkdar incəsənət xadimi, professor Vaqif Əbdülqasımovun fikirlərini öyrənməyə çalışdım. Sığınacaq mühitinə alışdıqlarını bildirən həmsöhbətim fikrinə öncə tarixə qısa ekskursla başladı:


- Öncə qeyd edim ki, dahi bəstəkar Üzeyir Hacıbəyli Azərbaycan milli musiqisinin tədris sisteminin yaradılmasında böyük əmək sərf edib. Onun təşəbbüsü ilə 1920-ci ildə yaradılan Xalq Konservatoriyasında (bir ildən sonra bəstəkarın layihəsi əsasında dövlət statusu alıb) Şərq fakültəsinin açılmasına qısa zamanda nail olub. Təəssüf ki, Şərq musiqisinin tədrisi uzun çəkmədi. Həmin fakültəni Bakı Musiqi Texnikumuna köçürdülər. Yəni fakültənin tədrisi sistemi sıxışdırılaraq, texnikum səviyyəsinə endirildi. O zaman milli musiqini tədris edən pedaqoqlar demək olar ki, yox səviyyəsində idi. Üzeyir bəyin ali məktəbə cəlb etdiyi mütəxəssislərin sayı da qaneedici olmadığından, fakultənin aqibəti bir müddət texnikum səviyyəsində həll edildi. O zaman belə bir fikir irəli sürülürdü ki, əvvəlcə musiqiçilər texnikumda orta səviyyədə dərs alsınlar, daha sonra ali musiqi akademiyasında savadlansınlar. Bu sistem 1922-ci ildən 1926-cı ilə qədər davam etdi və tələbələr yenidən Üzeyir bəyin rəhbərliyi ilə konservatoriyada milli musiqi dərsləri almaq imkanı qazandılar. 1935-ci ildən isə fakultənin fəaliyyəti dayandırıldı. Üzeyir bəyin növbəti səyi nəticəsində musiqişünaslar üçün milli musiqi alətləri üzrə təcrübə kursları yaradıldı və bu, 1941-ci ilə qədər davam etdi. Sonrakı illərdə milli musiqi kadrlarının sayının artırılması məsələsi gündəmə gəlsə də, həllini tapa bilmədi. Nəhayət, 1957-ci ildə ictimaiyyətin təsiri nəticəsində kemiş Mərkəzi Komitə konservatoriyanın tərkibində xalq musiqisi kafedrasının açılmasına göstəriş verdi. İlk müddətdə orada bu sahə üzrə diriyorlar və milli musiqi üzrə nəzəriyyəçi ixtisasçıları yetişməyə başladı. Bu sistem 1966-cı ildə daha da çiçəkləndi. Milli musiqi alətləri üzrə ixtisas sinifləri yaradıldı. Artıq 2000-ci ildə ənənələr yaxşılığa doğru dəyişmişdi. Müstəqil dövlət olaraq 2001-ci ildə ulu öndərimiz Heydər Əliyevin fərmanı ilə ayrıca Azərbaycan Milli Konservatoriyası yaradıldı. Üzeyir bəyin arzusu artıq real həllini tapdı. Həmin ildən başlayaraq bəstəkar Səyavuş Kərimi təhsil ocağına rektor təyin edildi. Həmin ərəfədə konservatoriya müvəqqəti olaraq Asəf Zeynallı adına Musiqi Texnikumunda yerləşdirildi.


- 2001-ci ildən bu yana təhsil ocağı müxtəlif binalarda məskunlaşıb. Amma ayrıca bina ilə təmin edilməyib.

- Yeni binanın tikilməsi məsələsi həmin illərdə qüvvəyə minmişdi. Layihə hazırlandı və bəyənildi. Bu ərəfədə biz texnikumun binasından "Azneft" deyilən ərazidəki keçmiş Tibb İşçilərinin Evinə köçürüldük. Orada davam edən iki illik fəaliyyətin ardınca yenə bizi müvəqqəti konservatoriyanın tərkibində olan gimnaziyanın binasına köçürdülər.


- Səhf etmirəmsə, yeni bina gimnaziyaya yaxın ərazidə yarımçıq inşa etdirilib. Tikinti hansı səbəblə dayandırılıb?

- Biz bura köçən ərəfədə bina tikildirdi. 5-6-ci mərtəbəyə qədər tikinti işləri aparılıb. Əgər nəzərdə tutulan layihə gerçək həllini taparsa, Milli Konservatoriyanın möhtəşəm və rahat bir evi olacağını əminliklə deyə bilərəm.


- Amma tikintinin yarıda dayandığının səbəbindən danışmadınız.

- Tikinti bizə məlum olmayan səbəblərdən qəflətən dayanıb. Son 3-4 ildə tikinti işləri demək olar ki, ləng aparılır. Bu gedişlə onun aqibəti barəsində xoş söz söyləyə bilmərəm.


- Yəqin ki, bu geçikmələr tədris sistemində də özünü göstərə bilib. Çünki bir musiqiçinin təhsil alması üçün kitab oxumaq kifayət etmir.
Bildiyim qədərilə siniflərdə alətlər olmalı, ansambl və orkestr heyəti üçün şərait yaradılmalı və s.

- Etiraf edim ki, konservatoriya yarandığı gündən müəyyən problemlər yaşamasaydı, tədris sistemi daha artıq inkişaf edərdi. Sinif otaqları yetərincə deyil. Tələbələrin rahat şəkildə təhsil alması üçün bu, vacib şərtlərdən biridir. Eyni zamanda Azərbaycan Milli Konservatoriyasında çatışmayan alətlər problemi var. Yəni otaq qıtlığından siniflərdə alətlər, əsasən də royal yerləşdirmək mümkün deyil. Əslində, heç royalımız da yoxdur.


- Bu problemin həllində sizə kim yardımçı olmalıdır?

- Əslində, bu problemi yoluna qoymaq üçün əvvəlcə bina məsələsi həll edilməlidir. Çünki ola bilsin Təhsil Nazirliyi bizə hansısa alətlərin təminatında yardımçı oldu. Onları gətirib harada yerləşdirməliyik? Eyni zamanda otaqlar da köhnə təmirlidir.


- Çox güman ki, alət və bina problemi tələbələrin təhsil ehtiyacını ödəməkdə hansısa maneələr yaradır.

- Bəli. Bu problemi tələbələrdən öncə professor və müəllim heyəti, ən başında isə biz yaşayırıq. Çünki burada dərslərin əsas hissəsi alətlər vasitəsi ilə tədris edilir. Bu günün gənclərində öyrənmək həvəsi daha çoxdur. Xanəndə nəinki oxumaq, eyni zamanda hansısa alətdə çalmaq, notu qavramaq, nəzəriyyəni öyrənmək arzusundadır. Bunları həyata keçirməyə çalışırıq. Amma bizdən asılı olmayan səbəblərə görə, çox halda problem yaşanır. Bu gün tədrisdə müasir elementlərə daha çox üstünlük verilir. Tələbələr kitabxanada audio texnika vasitəsi ilə nəyisə öyrənməyə çalışır. Amma bizdə nəinki bu, onların oturub kitab oxumasına belə şəraitimiz yoxdur.


- Yenə bina məsələsinə qayıtmaq istəyirəm. Çünki yuxarıda sadaladığımız məsələlərin həlli üçün obyektin olması mütləqdir. Binanın inşasının hansı səbəbdən dayandırıldığı ilə yəqin ki, maraqlanmısınız.

- Bu suala cavab verməyə çətinlik çəkirəm. Çünki maraqlananda, bizə konkret bir söz deməyiblər. Fakt budur ki, tikinti dayandırılıb. Amma arada öyrənirik ki, bina tikilib, təhvil veriləcək. Biz də bunun ümidi ilə yaşayırıq. Bu ümidin Nazirlər Kabinetində həllini tapacağına inanırıq. Çünki əgər binanın tikintisini tamamilə dayandırsaydılar, yarımçıq tikilini məhv edərdilər.


- Bir az əvəl siniflərlə tanış oldum və bunların hər biri kənd orta məktəblərinin şəraitini xatırladırdı. Məlum vəziyyət məzunların axınına mane olurmu?

- Əlbəttə olur. Əslində, Milli Konservatoriyaya axın çoxdur. Hətta bizdə xaricdən təhsil alanlar da var. Amma şərait etibarı ilə onları təmin edə bilmirik. Əsas səbəblərdən biri isə yataqxananın olmamasıdır. Çünki uzaqdan gələn tələbələr, əsasən də əcnəbilər bunu bizdə gözləyirlər. Onlar maraqlananda biz onlara şəraitimiz haqqında məlumat veririk. Ona görə ki, onlar hansı mühitdə təhsil alacaqlarını bilməlidirlər. Bizim onları savadlandırmaqdan başqa köməyimiz dəyə bilmir. Əgər şəraitimiz ürəkaçan olsa, Şərq dövlətlərindən konservatoriyaya böyük tələbə axını olar. Bunu bizə ünvanlanan müraciətlərə əsaslanaraq deyirəm. Yeri gəlmişkən qeyd edim ki, Şərq milli musiqisi sahəsində Azərbaycan Milli Konservatoriyası yeganə ali ixtisaslı məktəbdir ki, burada nəinki Azərbaycan musiqisi, digər Şərq xalqlarının musiqisi öyrədilir. Elə bu səbəbdən də bizə yaxın olan İran və Türkiyədən başqa, hətta ərəb, Avropa ölkələrindən burada oxumaq həvəsinə düşənlər var. Onu da əlavə edim ki, konservatoriya nəinki milli musiqinin tədrisi ilə məşğul olur, eyni zamanda Azərbaycan və Şərq dünya musiqisi sahsində elmi istiqamət yönümlü tədqiqat işləri də aparır. Bizim kollektiv üzvlərinin saysız-hesabsız məqalələri var ki, onlar xaricdə geniş şəkildə çap edilir.
Yuxarıda sadalanan problemlərə baxmayaraq, son 9 ildə biz musiqi arenasına yüzlərlə istedadlı gənc bəxş edə bilmişik. Beynəlxalq və respublika səviyyəsində keçirilən müsabiqələrdə bizim tələbələr müvəffəqiyyət əldə ediblər. Əgər bizim şəraitimiz yaxşı olarsa, görün daha nələr edə bilərik!


S.İBRAHİMOVA
+  -  Çap 
Yerləşdirilib: 30.12.09 | Baxılıb: 409

ONLINE XƏBƏRLƏR
 
  • Elxan Məmmədov “Lill” – “Sportinq” oyununda
  • B.Foqts mətbuat konfransı keçirəcək
  • Ermənilər mövqelərimizi atəşə tutmaqda davam edir
  • Novorossiysk limanından 214 min 274 ton xam neft ixrac edib
  • Avqustda 18 min 261 ton avtomobil benzini ixrac edilib
  • Yunanıstanda siqaret qadağan edildi
  • İdmançılarımız Dünya çempionatına yollanır
  • Düşmən atəşkəsi pozmaqda davam edir
  • MŞ sədri: “Düşünürük ki, bir neçə evin tikilməsinə nail olaq”
  • Bakıda Beynəlxalq Festival keçiriləcək
  • Bakı Dövlət Universitetinin 91 yaşı tamam oldu
  • SKMF Qusarlı sahibkarlardan investisiya layihələrinin qəbuluna başlayır
  • “Unıbank”da “Qəşşşşəng” kampanıyası start götürdü

  •  
    BANNERİMİZ
     
    kod almaq: