Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bir də deyək Hüseyn vay!
Srağagün Azərbaycanda Aşura günü qeyd olunub. Doqquz ildir bu mövzuya toxunmuram. Axırıncı dəfə 2000-ci ildə Aşura günü reportayına getmişəm. Həmin reportay çox sərt alınmışdı. Ona görə zəng edib təzyiq edən də oldu, təşəkkür bildirən də. O vaxtdan bəri getmirəm. Kumiri Polat Alemdar olan nəslin Aşura gününü necə qeyd etdiyini ora getməsəm də bilirəm. Bu, itirilmiş bir nəslin faciəsidir. Kərbala müsibətindən pisdir. Amma bu gün yenə yazmaq istədim. Vaxtilə işlətdiklərimi bir də təkrarlayacağam. Dəyişən tək ömürdən gedən illər deyil...
Həmin təziyələrdə işlənən yalnız bir sətir əbədi xatirimə həkk olunub: Bir də deyək Hüseyn vay! Fikrimcə, biz Həzrəti Hüseynə "vay Hüseyn" demişik, deyirik, deyəcəyik.
Əgər 14 əsr öncə qəhrəmanlıq eposu yaradan şəxsiyyətin ümməti bu qədər rəzil, savadsız və cahil gündədirsə, bir də deyək hüseyn vay. Əgər şəhidlik zirvəsinə yüksələn əsl islamın böyük şəxsiyyətini məhz bu cür yad edirlərsə, baş yarıb, zəncir vururlarsa, özü də bu zəncir qaçaqmalçılıq yolu ilə gətirilirsə, bir də deyək Hüseyn vay! Əgər həmin şəxsiyyətin qəbirini ziyarətə getmək indi titul sayılırsa, ziyarətdən qayıdan titullunun qardaşı, əmisi, dayısı nəşə alveri edib bu milləti zəhərləyirsə, haram pul qazanırsa, qazandığı haram pulu uşaqlarına yox, TV-də gedən meyxanaya, SMS-ə xərcləyirsə, bir də deyək Hüseyn vay! Dini bir olan cənub qonşumuz 20 faiz torpağımızı işğal etmiş, milyon nəfərədək soydaşımızı qaçqın etmiş, 30 mindən çox din qardaşını qətlə yetirmiş işğalçı dövlətə həyan olursa, bir də deyək Hüseyn vay! Dünyanın sürətlə inkişafa getdiyi bir vaxtda, komyuter texnikası, elmi araşdırmalar üstə çarpışan mərkəzlərin yalnız sədasının gəldiyi bir vaxtda bizim cavanların beyni sünni-şiə xəstəliyi ilə ovulursa, böyüklər saqqalla əmmamənin fərqini arayıb tapa bilmirsə, təsbehin hansı əldə tutulduğunun daha müstəhəb olduğunu dəqiqləşdirmək üçün aylarla baş sındırırsa, bir də deyək Hüseyn vay! Həzrəti Hüseynin şəhidlik zirvəsinə ucalmasının mahiyyətini, onun fəlsəfəsini, Aşura gününün savabını bilməyənlər bu gün mənim qapıma "sizi filan məsciddə Aşura günü təziyəsinə dəvət edirik" xəbərdarlığı vururs, və mən bu beyni pozulmuş gəncə Aşuranın Hz. Adəmin tövbəsinin qəbul edildiyi, Hz. Yunusun balığın qarnından çıxarıldığı, Hz. Musa və Hz. İsanın anadan olduğu, Hz. Süleymana mülkün verildiyi, Hz. Peyğəmbərimizin keçmiş və gələcək günahlarının bağışlandığına dair ona Allah tərəfindən təminat verildiyi və s. gün olaraq qəbul edildiyini anlada bilmədimsə, bir də deyək Hüseyn vay! "Əgər "bu gün bu anda olardım Kərbalada" deyən azərbaycanlı gənc Kərbəlanın yerinin harada olmasından, orada baş verənlərdən xəbəri yoxdursa, Peyğəmbər nəslinin ən böyük davamçısı olan Hz. Hüseynə bənzəmək, onun kimi davranmaq, onun uzaq durduğu mənfi hərəkətlərdən çəkinməkdənsə, bir dəfə özünü döymək sevgi sayılırsa, ilin bütün gününü içib, yalnız bir gün yas saxlamaq sevgidirsə, bir də deyək Hüseyn vay! Əgər Aşura ildə bir dəfə "bu gün Hüseyn öldürülüb" deyib yas saxlamaq, özünü döyməkdirsə, İslamda münafiqliyin əlamətlərindən sayılan bu cür davranışın qəti olaraq qadağan edildiyini anlatmaq mümkün deyilsə, bir də deyək Hüseyn vay! Əgər bu gün "sən o Aşura günü bir nəzir ver" sözü təsir mexanizminə çevrilibsə, nalayiq sözlər danışıb, qiybət edib, sonra "sabah Aşuradır" deyib, pullarını hoqqabaz mollalara "Quran" oxutmaq, ehsanlar vermək, il ərzində işlədikləri günahları yumaq, qurbanlar kəsmək, nəzirlər verməklə, əllərində dəmirdən beş barmaq düzəldib "ələm" adını verdikləri heç bir xeyri və zərəri olmayan nəsnələrə əllərini sürtmək sevgi sayılırsa, bir də deyək Hüseyn vay! Əgər bəzi məscidlərdə "Qarabağı unutma" əvəzinə "Hər gün Aşura, hər yer Kərbəla" yazılı plakatlar asılırsa, Aşura qara bayram sayılırsa, Aşura mərasimlərindən mənfəət məqsədilə istifadə edilirsə, "Peyğəmbəri sevdiyinə görə onun nəvəsinin şəhid edilməsinə yas tuturuq" bəhanəsi varsa, bir də deyək Hüseyn vay!
Görəsən, bu insanlar heç fikirləşiblərmi, Hz. Peyğəmbərin çox sevdiyi əmilərindən biri olan "Allahın aslanı" ləqəbiylə tanınan, Uhud savaşının qəhrəmanı Hz. Həmzəyə niyə yas tutmuruq? Axı o da vəhşicəsinə qətlə yetirilmişdi. Bəs Hz. Hüseynin atası Hz. Əliyə niyə yas saxlamırıq? Axı o da məscidə gedərkən xəncərlə öldürülmüşdü. Əgər bunları belə ayırd edə bilməyənlər varsa, tövbəni, nəziri qəbul edənin yalnız və yalnız Allah olduğunu deyil, məsciddəki mollalar və ya hansısa cəmiyyəti quranlar, ağalar, seyidlər olduğunu hələ də fikirləşənlər varsa, məscidlərdə qənd yapışdırmaqla, qola cındır bağlamaqla, onun açılmasıyla da arzu yerinə yetdiyini fikirləşənlər aramızdadırsa, bir də deyək Hüseyn vay!
Əgər məhərrəmlik ayına görə nişan, toy, ad günü, saxlanılırsa, həmin bu ayda müğənnilər yas mərasimləri aparırlarsa, mövhumat həqiqəti üstələyirsə, azərbaycanlı gənc "Mən fələstinlilərə qarşı edilən bu cinayətləri pisləyirəm. Cuhudlar Allah qarşısında cavab verməlidirlər" deyirsə, mollalar nəzir qurtusunun yanında mürgü vurursa, məhz elə Aşura təziyələrində "nəzirlərinizi qutuya atın" deyib dilənçiləri qovurlarsa, bir də deyək Hüseyn vay. Gör sənin ümmətin səni necə yada salır? Gör kimlər sənin müqəddəs adından danışırlar?
Kimdir bu yezidlər, şümürlər, ömər sədlər, ibn ziyadlar, hərməlalar? Niyə Fatmanisənin, Balabacının, Şahsənəmin balası onları lənətləməli, "Rədd olsun İsrail" deyib, əvəzində kəmsavad, dinsiz, imansız qalmalıdır? Niyə? Harada yazılıb belə qanunlar?
Gəlin, dinimizin həqiqətlərini öyrənməyə çalışaq, dinimizi mövhumatdan qurtaraq. Xarici ölkələrin bu kimi hərəkətlərimizi din kimi qələmə verib, bizi məsxərəyə salmalarına imkan verməyək. Dinə qayıdaq və dinin qayda-qanunlarına əməl edək. Müsəlman olaq, müsəlman.


Sənan Nəcəfov
+  -  Çap 
Yerləşdirilib: 29.12.09 | Baxılıb: 1066

16.12.09
Metamorfozalar
03.11.09
Fantaziyalar
ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •