Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İKT Parlament İttifaqının Nizamnaməsinə dəyişikliklərin detalları məlum olub
Qurumun iclasları iki ildən bir deyil, hər il keçiriləcək

İslam Konfransı Təşkilatı Parlament İttifaqının (İKT Pİ) Nizamnaməsinə bir sıra dəyişikliklər edilib. Bu haqda yurnalistlərlə söhbətində Milli Məclisin İKT Pİ-dəki nümayəndə heyətinin rəhbəri Gövhər Baxşəliyeva məlumat verdi. Onun sözlərinə görə, Nizamnaməyə dəyişikliklər bugünlərdə adıçəkilən təşkilatın İcraiyyə Komitəsinin Qahirədə keçirilən növbəti toplantısında edilib. Dəyişikliklərdən sonra İKTPİ-nin konfransı iki ildən bir deyil, hər il keçiriləcək. Konfransın yeri və tarixi İcraiyyə Komitəsi tərəfindən müəyyən olunacaq və şura tərəfindən təsdiqlənəcək. Şura konfransın yerini, tarixini dəyişdirə, onu təxirə sala biləcək. Konfransın keçirilməsilə əlaqədar təkliflər irəli sürülməzsə, iclas şura ilə əlaqələndirmə şəraitində Baş qərargahda keçiriləcək. Nizamnaməyə edilən digər dəyişikliyə əsasən, fövqəladə hallar və dəyişikliklərə reaksiya vermək üçün quruma aktuallıq və çeviklik imkanı verilib. Belə ki, İKT Pİ-nin rəhbər Troykası (Üçlük) yaradılıb. Troyka İKT Pİ-nin cari, əvvəlki və növbəti prezidentlərindən ibarət olacaq. Troyka konfransa və ya İcraiyyə Komitəsinə İttifaqın maraq və məqsədlərinin həyata keçirilməsinə dair təkliflər təqdim edə biləcək. Troyka konsensus əsasında İKT Pİ-nin mövqeyini müəyyən etmək və ya beynəlxalq əlaqələrini və mövqeyini möhkəmləndirmək məqsədilə beynəlxalq təşkilatlarla əlaqələr qura biləcək. Troyka hər hansı konfrans üzvünü və ya baş katibi bu məqsədlə nümayəndə göndərə bilər. Zərurət olduğu təqdirdə Troyka üzvlərin konsensusu əsasında İKT Pİ adından hər hansı bir fövqəladə vəziyyətlə əlaqədar bəyanat verə biləcək. Rəhbər Troykanın fəaliyyətini Baş Katiblik nizamlayacaq. Baş Katiblik Troykanın fəaliyyətinə dair məruzələr hazırlayacaq. Digər dəyişikliyə əsasən, bundan sonra İKT İcraiyyə Komitəsinin dörd Daimi İxtisaslaşmış Komitəsi - Siyasi Məsələlər və Xarici Münasibətlər, İqtisadi Məsələlər və Ətraf Mühit, İnsan Hüquqları, Qadın və Ailə Məsələləri üzrə, həmçinin Mədəniyyət, Qanunvericilik, Sivilizasiyaların və Dinlərin Dialoqu Məsələləri üzrə komitələri fəaliyyət göstərəcək. Hər komitə 12 nəfərdən ibarət olacaq və orada hər qrupdan - Asiya, Afrika, Ərəb qruplarından dörd nəfər təmsil olunacaq.
Qəbul olunan digər dəyişiklikdə fövqəladə hallarda İcraiyyə Komitəsinin fövqəladə iclasının keçirildiyi əksini tapıb. Bu fövqəladə iclası İcraiyyə Komitəsinin sədri və ya İKT Pİ-nin baş katibi çağıra bilər.
G.Baxşəliyeva bildirdi ki, Nizamnaməyə edilən dəyişikliklər İKT Pİ-ni daha çevik və mobil bir təşkilata çevirmək məqsədi daşıyır. "Niyyət budur ki, İKT Parlament İttifaqı dünyada və islam aləmində baş verən hadisələrə daha tez və zamanında reaksiya verə bilsin" - deyən G.Baxşəliyeva vurğuladı.


İ.QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 29.12.09 | Baxılıb: 311

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •