Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Münaqişənin nizamlanması ilə bağlı mövqeyimiz birmənalıdır"
Elmar Məmmədyarov: "Artıq beynəlxalq ictimaiyyət münaqişənin tezliklə həllinin vacibliyini anlayır"

Xarici işlər naziri Elmar Məmmədyarov ilin yekunları ilə bağli Trend-ə müsahibə verib. Nazir bildirib ki, yola saldığımız 2009-cu il Azərbaycan Respublikasının xarici siyasəti sahəsində fəaliyyət və nailiyyətlər baxımından çox zəngin olub. Prezident İlham Əliyevin çoxsaylı xarici səfərləri, bir çox xarici ölkənin dövlət rəhbərlərinin və yüksək səviyyəli rəsmilərinin ölkəmizə etdikləri ziyarətlər, həm ikitərəfli, həm də çoxtərəfli formatda intensiv əməkdaşlıq, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair intensiv danışıqlar prosesi, beynəlxalq təşkilatlarda aktiv fəaliyyət, ölkəmizdə və onun hüdudlarından kənarda təşkil edilmiş və həyata keçirilmiş bir sıra mühüm beynəlxalq əhəmiyyətli tədbirlər, Bakının il ərzində İslam dünyasının mədəniyyət paytaxtı olması, dünyada cərəyan edən iqtisadi böhran şəraitində ölkə daxilində iqtisadi sabitliyə və irəliləyişə nail olma, regional və qlobal səviyyədə mövqelərimizin möhkəmlənməsi, diplomatik təmsilçilik baxımından coğrafi əhatə dairəmizin genişlənməsi, ənənəvi və yeni qlobal təhdidlərə qarşı mübarizədə Azərbaycanın rolunun artması və bir sıra digər məsələlərdə atılan addımlar 2009-cu ildə ölkəmizin xarici siyasətini xarakterizə edən ümumi məqamlar kimi yadda qalıb.
- 2010-cu ildə ölkəmizin xarici siyasət sahəsində ən əsas və başlıca prioriteti Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkəmizin ərazi bütövlüyünün bərpası olaraq qalır. Bu istiqamətdə prezident İlham Əliyevin müəyyən etdiyi strateyi vəzifələrin həyata keçirilməsində bütün imkanlarımız istifadə ediləcək. Bununla yanaşı, ölkəmizin Cənubi Qafqazda lider rolunun və beynəlxalq əlaqələr sisteminin məsul iştirakçısı qismində nüfuzumuzun artırılması, sabit, öncədən müəyyən edilmiş və ən əsası, milli maraqlarımıza cavab verən ikitərəfli, regional və beynəlxalq əlaqələrin inkişaf etdirilməsi, bütün ölkələrlə bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin davam etdirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində aktiv fəaliyyət, Avropa və Avroatlantik məkanına inteqrasiya prosesinin davam etdirilməsi, dünya eneryi bazarlarında mühüm və təsiredici qüvvəyə malik olan ixracatçı və tranzit ölkə kimi imkanlarımızı daha da genişləndirmək kimi məsələlər xarici siyasətimizin digər prioritetlərini təşkil edir.
- 2009-cu ili Dağlıq Qarabağ probleminin həllində irəliləyiş ili kimi qiymətləndirmək olarmı?
- 2009-cu ili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həllinə dair aparılan danışıqların intensivliyi baxımından xarakterizə etmək olar. Bunu il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin altı dəfə keçirdikləri görüşlər göstərir. Beynəlxalq ictimaiyyətin bu uzadılmış münaqişəyə diqqəti də il ərzində kifayət qədər yüksək olmuşdur. Belə ki, cari ilin 10 iyul tarixində İtaliyanın L'Akuila şəhərində keçirilmiş "Böyük Səkkizliy"in sammitində ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar birgə bəyanatı və 1 dekabr tarixində Afinada, ATƏT ölkələrinin Xarici İşlər Nazirlərinin Şurasında Rusiya və Fransanın xarici işlər nazirləri və ABŞ dövlət katibinin müavininin iştirakı ilə birgə bəyanat qəbul edilmişdir.
Artıq beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı status-kvonun yolverilməzliyini və münaqişənin tezliklə həllinin vacibliyini anlayır. Münaqişənin nizamlanması ilə bağlı mövqeyimiz birmənalıdır. Münaqişə yalnız və yalnız Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həll edilməlidir. Bu mövqe beynəlxalq hüququn norma və prinsipləri, BMT Nizamnaməsi, Helsinki Yekun Aktı və münaqişənin nizamlanması çərçivəsində qəbul edilmiş çoxsaylı beynəlxalq sənədlərə söykənir. Azərbaycanın hazırkı mövqeyi 2008-ci il noyabrın 2-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladıqları birgə Bəyannamədə öz əksini tapıb. Bəyannamədə göstərilir ki, münaqişə beynəlxalq hüquq prinsipləri normaları çərçivəsində, həmçinin bu çərçivələrdə qəbul edilən sənədlərə müvafiq həll edilməlidir. Bu gün bütün dünya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacağını yeganə yol kimi qəbul edir və danışıqlar məhz bu prinsipdən irəli gələn detalların uzlaşdırılması üzərində gedir. Münaqişənin nizamlanması üçün irəliləyişin əldə olunması yalnız Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasından sonra mümkündür.
- Azərbaycan son vaxtlar beynəlxalq aləmin ikili standartları ilə qarşılaşır. "Euronews" kanalının Dağlıq Qarabağa dair filmini, ABŞ Dövlət Konqresinin separatçı reyimə yardımla bağlı qərarı, Avropa Parlamentinin Azərbaycanda söz azadlığı ilə bağlı qətnaməsini misal göstərmək olar. Bu kimi halları siz necə qiymətləndirirsiz?
- Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu dünyada müxtəlif qüvvələr tərəfindən qısqanclıqla qarşılanır və bir sıra hallarda bu, ölkəmizlə bağlı məsələlərdə ikili standartlara yol verilməkdə öz əksini tapır. Biz qeyd etdiyiniz faktları Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik, torpaqlarımızın işğalı, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünlərə qarşı həyata keçirilmiş etnik təmizləmə, tarixi və mədəni abidələrin dağıdılması faktlarına qarşı biganəlik kimi qiymətləndirir və belə hallarla bağlı öz kəskin etirazımızı bildiririk.
Bununla yanaşı, Azərbaycan mürəkkəb beynəlxalq mühitdə demokratik inkişaf yolunu tutan gənc bir ölkə kimi yüksək standart və dəyərlərə istiqamətləndirilmiş dövlət quruculuq prosesində inamlı və uğurlu addımlar atmaqdadır. Bu proses dünya ictimaiyyəti tərəfindən diqqətlə izlənilir və qiymətləndirilir, lakin bəzi hallarda bu qiymətləndirmələr reallıqdan uzaq, ölkəmizə təzyiq mənası daşıyır ki, bu da barışılmaz bir haldır. Azərbaycan bir çox demokratik parametrlərə görə həm region, həm də regiondan kənarda yerləşən ölkələrdən irəlidədir. Dövlət başçısının həyata keçirdiyi siyasət Azərbaycanı güclü və qüdrətli dövlətə, regionun liderinə çevirib və Azərbaycana təzyiq cəhdləri qəbuledilməzdir.
+  -  Çap 
Yerləşdirilib: 29.12.09 | Baxılıb: 311

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •