Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Sülhməramlılar barədə parlamentə hesabat veriləcək
Yeni qanun layihəsində Azərbaycanın öz ərazisində sülhməramlı əməliyyatlar keçirə biləcəyi də yer alır

Milli Məclisin dünənki iclası cari məsələlərin müzakirəsi ilə başladı. Müsavat deputat qrupunu təmsil edən millət vəkili İltizam Əkbərli qeyd etdi ki, Qarabağ uğrunda döyüşlərdə iştirak edən bəzi insanlar müharibə veteranı vəsiqəsini ala bilmirlər. Bu vəsiqələri verən komissiyalar 3 ildir ki, fəaliyyətlərini dayandırıblar. Əvvəlcə bunun müvəqqəti olduğu bildirilsə də, indiyədək komissiyalar işini bərpa etməyib.
Yeni Azərbaycan Partiyasını təmsil edən millət vəkili Aydın Həsənov da müharibə veteranlarına vəsiqələrin verilməsində problemlərin olduğunu bildirdi. Onun sözlərinə görə, bununla bağlı çoxlu şikayət alır. Millət vəkili dedi ki, müharibə vaxtı pərakəndəlik olduğundan bəziləri döyüşlərə hərbi komissarlıqlarda qeydiyyata düşmədən gediblər və bu gün bunun təsdiq edilməsində problemlər yaranır. Odur ki, bu məsələlərə baxılmasına ehtiyac var.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başlandı. Deputatlar əvvəlcə "Bank olmayan kredit təşkilatları haqqında" qanun layihəsini üçüncü oxunuşda müzakirəyə çıxartdılar. Bu barədə məlumat verən parlamentin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, millət vəkillərinin birinci və ikinci oxunuş müzakirələri zamanı qanunun təkmilləşdirilməsi ilə bağlı verdikləri təkliflər nəzərə alınıb. Sonuncu oxunuşa çıxarılmamışdan öncə qanun layihəsində bir sıra redaktə xarakterli düzəlişlər də edilib.
Qanun layihəsi səsə qoyularaq qəbul edildi.
Müzakirəyə çıxarılan növbəti məsələ "Azərbaycan Respublikasının sülhməramlı əməliyyatlarda iştirakı haqqında" qanunun ikinci oxunuşda müzakirəsi oldu. Bu barədə parlamentin Təhlükəsizlik və müdafiə məsələləri komitəsinin üzvü, millət vəkili Siyavuş Novruzov məlumat verdi. Onun sözlərinə görə, Azərbaycan indiyədək bir sıra sülhməramlı əməliyyatlarda iştirak edib. Hərbçilərimiz həm Kosovoda, həm İraqda, həm də Əfqanıstanda olublar. Hazırda da Əfqanıstanda Azərbaycan sülhməramlıları sülhyaratma əməliyyatlarında iştirak edirlər. Amma bütün hallarda hərbçilərimizin sülhməramlı əməliyyatlarda iştirakı qanunla deyil, dövlətlər arasında imzalanmış ikitərfli sazişlərlə həllini tapıb. Ayrıca qanun olmadığından indiyədək sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərin, diplomatik korpus təmsilçilərinin statusları, sosial təminatlarının hüquqi bazası olmayıb. S.Novruzov bildirdi ki, qanun qəbul olunduqdan sonra Azərbaycanın sülhməramlı əməliyyatlardakı iştirakı sırf onun əsasında həyata keçiriləcək. Qanun layihəsi 4 fəsildən və 19 maddədən ibarətdir. Layihədə sülhməramlı əməliyyatlar "sülhün qorunması üzrə əməliyyatlar", "sülhün bərqərar edilməsi üzrə əməliyyatlar", "sülhün bərpası (sülh quruculuğu) üzrə münaqişədən sonrakı əməliyyatlar", "Birləşmiş Millətlər Təşkilatının sülhməramlı əməliyyatları", "Regional təşkilatların sülhməramlı əməliyyatları" və "lokal sülhməramlı əməliyyatlar" kateqoriyasına bölünüb. S.Novruzov dedi ki, Azərbaycan özü də münaqişəyə cəlb olunmuş bir ölkədir. Qanun layihəsində gələcəkdə Azərbaycanın öz ərazisində də sülhməramlı əməliyyatlar həyata keçirə biləcəyi müddəaları yer alır. Əgər gələcəkdə Azərbaycan öz ərazisində belə bir sülhməramlı əməliyyat həyata keçirmək istəyərsə, hökumətin müraciəti əsasında Birləşmiş Millət Təşkilatı və ayrı-ayrı dövlətlərin iştirakı ilə bu iş reallaşdırıla bilər. Qanuna əsasən, Milli Məclis təkcə ölkənin silahlı qüvvələrinin sülhməramlı əməliyyatlarda iştirakına icazə verib və onları geri çağırmayacaq. Müvafiq icra qurumları ildə bir dəfə parlament qarşısında Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirak edən hərbçilərinin durumu barədə hesabat verəcəklər. Hesabatda sülhməramlı əməliyyatlarda iştirak edən əsgərlərin vəziyyəti, hansı silah növlərindən istifadə etməsi, hansı əməliyyatlara cəlb olunması barədə məsələlər yer alacaq. Bundan əlavə, Milli Məclisə verilən hesabatda sülhməramlı əməliyyatlarda iştirakın məqsədləri, əsasları, miqyası, formaları göstəriləcək, əməliyyatların faktiki gedişatı və əldə olunmuş nəticələr xarakterizə ediləcək. Hesabatda sülhməramlılarımızın əməliyyatlarda iştirakının maliyyələşdirilməsi mənbələri, miqyası, real bölüşdürülməsi, əgər baş veribsə, itkilər barədə də məlumatlar verilməlidir. Müvafiq icra hakimiyyəti orqanı Milli Məclisə sülhməramlıların əməliyyatlarda iştirakının davam etdirilməsi və ya dayandırılması ilə bağlı tövsiyələr də verəcək. Qanun layihəsinə əsasən, Milli Məclis Azərbaycanın sülhməramlı əməliyyatlarda iştirakının bütün aspektləri üzrə parlament dinləmələri keçirə, zəruri hallarda müvafiq dövlət orqanlarına sülhməramlı əməliyyatların planlaşdırılması, maliyyələşdirilməsi və aparılması məsələləri ilə bağlı sorğular göndərə bilər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qanun layihəsinin çox ciddi sənəd olduğunu xatırladaraq, yurnalistlərdən məsələyə yanaşmada diqqət nümayiş etdirməyi xahiş etdi. Onun sözlərinə görə, strağagün Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayı ilə bağlı yurnalistlərin suallarına verdiyi cavab mətbuatda təhrif olunub. Əksər mətbuat orqanları ona istinadən Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılacağı barədə məlumat yayıblar. Z.Əsgərov dedi ki, o, belə bir açıqlama verməyib. Sadəcə bildirib ki, əgər Azərbaycanın Əfqanıstandakı sülhməramlılarının sayının artırılması ilə bağlı müraciət olunarsa, buna baxıla bilər. "Biri var "müraciətə baxıla bilər", biri də var "artırıla bilər". Bunlar ayrı-ayrı şeylərdir" - deyə Z.Əsgərov vurğuladı.
Müzakirələrdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul edildi.
İclasda "İnsanın immun çatışmazlığı virusunun törətdiyi xəstəliklə (HİV infeksiyası ilə) mübarizə haqqında" yeni qanun layihəsi də müzakirə edildi. Qanun layihəsi barədə parlamentin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev məlumat verdi. O bildirdi ki, hazırda Azərbaycanda 2224 nəfər AİDS/HİV virusuna yoluxmuş şəxs var. Virusa yoluxanlardan 2138 nəfəri Azərbaycan, 86 nəfəri xarici ölkə vətəndaşıdır: "1990-cı illərin əvvəllərində Azərbaycanda yalnız bir nəfər AİDS/HİV virusu daşıyıcısı idi. İndi bu rəqəm dəfələrlə artıb. Virusa yoluxanların 88,3 faizi kişilər, 11,7 faizi qadınlardır. Virusa ən çox narkotikdən istifadə edəndə yoluxurlar. Xəstələrin 63,08 faizi bu cür yoluxub. İndiyə qədər Azərbaycanda 274 nəfər bu xəstəlikdən ölüb".
Komitənin sədr müavini qeyd etdi ki, əslində, indiki statistika da həqiqəti tam əks etdirmir: "Bu, yalnız yoxlamalardan keçənlərin statistikasıdır. Həqiqətdə bu virusa yoluxanların sayı 2224 nəfərdən dəfələrlə artıqdır".
M.Quliyev dedi ki, yeni qanun layihəsi bu xəstəliyə yoluxanların cəmiyyətin normal üzvü kimi qəbul edilməsini nəzərdə tutur.
Müzakirələrdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edildi.


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 26.12.09 | Baxılıb: 373

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •