Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
AVCİYA seçkilərin şəffaf və ədalətli keçdiyini bəyan etdi
Assosiasiya yekun hesabatı yanvarda açıqlayacaq

Dünən Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) bələdiyyə seçkilərində keçirdiyi "exit-poll"la bağlı mətbuat konfransı keçirdi. Assosiasiyanın seçki qərargahının rəhbəri Məhərrəm Zülfüqarlı bildirdi ki, qurum 2004-cü ildən bəri ölkədə keçirilən seçkiləri müşahidə edir: "İlk vaxtlarda ölkəmizdə "exit-poll"lar beynəlxalq müşahidəçilər tərəfindən keçirilirdisə, indi artıq assosiasiya müstəqil şəkildə bu prosesi həyata keçirir". Onun sözlərinə görə, assosiasiya bu dəfə keçirilən bələdiyyə seçkilərinin hazırlıq prosesinə may ayında başlayıb. Hər dəfə olduğu kimi bu dəfə də AVCİYA "exit-poll"u "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birgə həyata keçirib.
Daha sonra təşkilatın seçkilərin yekunu ilə bağlı bəyanatını səsləndirən M.Zülfüqarlı qeyd etdi ki, assosiasiya seçki ərəfəsi beynəlxalq təşkilatlarla sıx əlaqələr yaradaraq bələdiyyə seçkilərinin ölkə üzrə 49 dairə, 1600 məntəqədə müşahidəsini təşkil edib: "AVCİYA həmçinin "ELS" Müstəqil Araşdırmalar Mərkəzi ilə birlikdə 8 bələdiyyə ərazisini əhatə edən 17 DSK-nın 222 məntəqəsində "exit-poll" tədqiqatını da həyata keçirib".
M.Zülfüqarlı qeyd etdi ki, assosiasiya oktyabr ayının 8-dən başlayaraq bələdiyyə seçkiləri ərəfəsi dövrün monitorinqini həyata keçirib və nəticələrlə bağlı aralıq hesabat tərtib edərək, dekabrın 18-də keçirilmiş mətbuat konfransında ictimaiyyətə təqdim edib. AVCİYA Seçki Qərərgahı aralıq hesabat və kitabın elektron variantı www.avciya.az saytına da yerləşdirilib.
Assosiasiya seçkilərin şəffaf keçirilməsinə yardım etmək məqsədilə 2004-cü ildən bu günə kimi bir sıra metodik vəsait və 11 kitabça nəşr etdirib. Bu il isə "2009-cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabı" nəşr olunaraq müşahidəçilərə təqdim olunub. Assosiasiyanın hazırladığı sənədlər, hesabatlar və kitabların elektron variantları www.avciya.az saytında yerləşdirilib.
M.Zülfüqarlı vurğuladı ki, seçki günü 5 dəfə (saat 11.00, 13.00, 16.00, 17.30, 17.30, 19.00) məntəqələrdəki səsvermənin vəziyyəti, müşahidə olunan qanun pozuntuları, kənar müdaxilələr, seçici fəallığının vəziyyəti və s. barədə məlumatlar AVCİYA-nın Seçki Qərargahında fəaliyyət göstərən operatorlar tərəfindən toplanaraq kompyuterə yerləşdirib. Assosiasiya yekun hesabatı yanvarın 8-nə kimi ictimaiyyətə təqdim edəcək.
Onun sözlərinə görə, AVCİYA-nın bələdiyyə seçkilərindəki müşahidəsinin nəticələri onu deməyə əsas verir ki, 49 DSK üzrə 1600 məntəqədə seçici fəallığı 32,6 faiz təşkil edib.
AVCİYA-nın "ELS" müstəqil araşdırmalar mərkəzi ilə birgə 8 bələdiyyə ərazisinin əhatə edən 17 DSK-nın 222 məntəqəsində keçirilmiş "exit-poll" tədqiqatlarının nəticələrinə əsasən, seçici fəallığı aşağıdakı kimi olub: Nərimanov bələdiyyəsi üzrə 28,3, Nəsimi bələdiyyəsi üzrə 26,4, Səbail bələdiyyəsi üzrə 31,3, Xətai bələdiyyəsi üzrə 28,3, Xırdalan bələdiyyəsi üzrə 38, Xaçmaz bələdiyyəsi üzrə 27,1, Şirvan bələdiyyəsi üzrə 37,8, Gəncə şəhər Nizami bələdiyyəsi üzrə 26,1 faiz.
Təşkilatın yaydığı bəyanatın sonunda göstərilib ki, AVCİYA dekabrın 23-də keçirilmiş bələdiyyə seçkilərini baş tutmuş hesab edir və Azərbaycan Respublikasının Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq şəffaf və ədalətli keçdiyini vurğulayır: "AVCİYA bələdiyyə seçkilərinin nəticələrini yerli özünüidarə institutu və vətəndaş cəmiyyətinin inkişafı sahəsində mühüm mərhələ olduğunu bəyan edir".
Tədbirdə daha sonra çıxış edən "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri İradə Yaqubova bildirdi ki, yekun rəyin Azərbaycan və ingilis dillərində kitab şəklində nəşri də planlaşdırılır. O söylədi ki, seçki günü ölkə üzrə bir sıra məntəqələrdə bəzi qanun pozuntuları, məmurlar tərəfindən müdaxilə hallarına aid faktlar qeydə alınıb və bu faktlar toplanaraq araşdırılmaq üçün aidiyyəti qurumlara göndərilib.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 25.12.09 | Baxılıb: 322

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •