Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi ABŞ prezidentinə müraciət edib
Qondarma reyimə maliyyə yardımı ayrılması Azərbaycanla münasibətlərə mənfi təsir göstərəcək

"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi Birləşmiş Ştatlar prezidenti Barak Obama, Dövlət Departamenti və Konqresinə, eləcə də bu ölkənin Azərbaycandakı səfirliyinə müraciət ünvanlayıb. Müraciətdə vurğulanır ki, ABŞ Nümayəndələr Palatasının və Senatın Dağlıq Qarabağın separatçı erməni reyiminə 8 milyon dollar ayırması xəbəri birlik tərəfindən hədsiz təəssüf və kədər hissilə qarşılanıb. Müraciətdə qeyd edilib ki, "özünü demokratiyanın və insan hüquqlarının müdafiəçisi kimi tanıdan ABŞ-ın bu kobud səhvi yaxın gələcəkdə ona çox baha başa gələcək". ABŞ rəhbərliyinin diqqətinə çatdırılıb ki, "1988-1994-cü illərdə Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində 20 faizdən çox ərazimiz işğal olunub, bir milyondan artıq müsəlman-türk soydaşımız ev-eşiyindən didərgin düşüb, maddi-mədəniyyət abidələrimiz, məscidlər dağıdılıb". Müraciətdə qeyd edilib ki, 1992-ci il fevralın 26-da baş vermiş Xocalı soyqırımı Sonqmi, Xatın faciələri ilə müqayisə oluna bilər. Xocalı soyqırımının törədilməsində Ermənistanın indiki hakimiyyəti yaxından iştirak edib: "Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü çərçivəsində həlli üçün səy göstərməli olan ABŞ-ın növbəti dəfə Dağlıq Qarabağa maliyyə yardımı ayırması başadüşülən deyil".
"Xocalı Soyqırımını Tanıtma" İctimai Birliyi bəyan edib ki, son 17 ildə ABŞ Dağlıq Qarabağdakı qondarma reyimə 200 milyon dollardan artıq yardım ayırıb: "Məlumdur ki, bu yardımlar təyinatı üzrə-humanitar məqsədlər üçün xərclənməyib. ABŞ hökumətinin Ermənistana 2 milyard dollardan artıq yardım ayırması, Cənubi Qafqazda Azərbaycan kimi əhəmiyyətli bir strateyi müttəfiqlə münasibətlərin pozulmasına gətirib çıxaracaq". O da qeyd edilib ki, ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın növbəti "şıltaqlığı" Azərbaycan ictimaiyyəti tərəfindən narahatlıqla qarşılanıb: "Yəqin ki, siz mənşəcə şotland olan, ABŞ-ın Arkanzas ştatında vəkil işləmiş mərhum Samyuel A.Uimzin "Ermənistan-terrorçu "xristian ölkənin gizlinləri" kitabını oxumamısınız". O öz əsərində belə yazıb: "Azərbaycan dövləti erməni hücumlarından yaxa qurtarandan sonra özünü erməni terrorçularından qorumağa başladı. Konqres Azərbaycanı cəzalandırmaqla buna reaksiya verdi. Birləşmiş Ştatların lobbiləşmiş Konqresindəki erməni lobbisi Azərbaycana yardımın müxtəlif növlərini qadağan edən qanunlar qəbul etdi. Azərbaycana nöqsan tutulurdu ki, guya o, Ermənistanı blokadada saxlayır, göndərilən hərbi avadanlığın Ermənistana çatmasına mane olur. 1992-ci ildə Konqres Azadlığı Müdafiə Aktını qəbul edərək, onun 907-ci maddəsi ilə Ermənistanı "qeyri-qanuni" blokadaya almasını aradan qaldırana qədər Azərbaycanı xarici yardımın müxtəlif növlərindən məhrum etdi. Özlərini erməni adlandıran balaca, lakin hay-küyçü qrupun siyasi təzyiqinə əsasən hərəkət etmək Konqresə başucalığı gətirmir. Erməni faktlarını yoxlamağın vaxtı çoxdan çatmışdır".
Müraciət müəllifləri ABŞ prezidentinə bu kitabı oxumağı məsləhət gördüklərini bildiriblər: "Ən azından ona görə ki, bu kitabı ABŞ qanunvericiliyinin keşiyində dayanan, müsəlman təəssübkeşliyindən uzaq olan bitərəf və işinin peşəkarı olan Samyuel A.Uimz qələmə alıb. Bu kitab çap olunan ərəfədə o, müəmmalı şəkildə qətlə yetirilib. Sizi əmin edirik ki, bu qətldə də "erməni barmağı"nın olması şübhəsizdir".
Müraciət müəllifləri onu da bildiriblər ki, 2009-cu ildə ABŞ-ın Florida ştatının Tamp şəhərində Xocalı Assosiasiyası yaradılıb. Bu təşkilatı yaradan milliyyətcə gürcü olan Feliks Sersvadzedir. Onun babası ötən əsrin əvvəllərində Azərbaycanda yaşayıb. O, Azərbaycan xalqının humanistliyinin dəfələrlə şahidi olub. Erməni daşnakları tərəfindən Xocalı soyqırımının törədildiyini eşidən Feliks Sersvadze şəhidlərin ruhuna və ABŞ qanunvericiliyinə hörmət əlaməti olaraq Xocalı Assosiasiyasını qeydiyyatdan keçirməyə səy göstərir: "Xahiş edirik ki, bu təşkilatın normal fəaliyyət göstərməsi üçün köməklik göstərəsiniz".
Müraciət müəllifləri sonda bildiriblər ki, Azərbaycan ictimaiyyəti Dağlıq Qarabağa ayrılmış 8 milyon dollar məbləğində maliyyə yardımının ABŞ prezidenti tərəfindən imzalanmayacağına əmin olmaq istəyir: "İnanırıq ki, siz və ABŞ hökuməti Dağlıq Qarabağ münaqişəsinin tezliklə və sülh yoluyla həlli, 17 ildir ki, öz yurdlarından qaçqın düşmüş, hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının Qarabağa qayıtmaları üçün öz pozitiv səy və fəaliyyətinizi daha da artıracaqsınız".


Kamran
+  -  Çap 
Yerləşdirilib: 23.12.09 | Baxılıb: 297

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •