Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Yolların keyfiyyətinə nəzarət artırılmalıdır
"Paritet" qəzetinin təşkilatçılığı ilə Dəyirmi masa keçirilib

Dekabrın 17-də "Paritet" qəzetinin təşkilatçılığı ilə "Magistral avtomobil yollarının yenidən qurulması və reabilitasiyası" mövzusunda Dəyirmi masa təşkil olunub. Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə keçirilən tədbirdə magistral yolların vəziyyəti, yenidənqurma işləri və digər məsələlər ətrafında müzakirələr aparılıb.
"Ekoloyi Tarazlıq" İctimai Birliyinin sədri Aytən Poladova yolların hər bir ölkənin qan-damar sistemi kimi izah edildiyini bildirərək, yolların iqtisadiyyata təkan verən ən başlıca infrastruktur olduğunu bildirib. Qeyd edib ki, istənilən ölkəyə gedərkən onun yollarının vəziyyətinə, yollarında duran polislərə baxanda o dövlət və hakimiyyət barədə fikir yürütmək, düşünmək mümkündür.
Bu gün yolların, körpülərin salınmasına iri həə vəsait ayrıldığını deyən A.Poladova bununla belə, yolların təmirinin kifayət qədər keyfiyyətli aparılmadığını bildirib: "Ələt-Hacıqabul yolundan keçənlər görüb bilirlər ki, 2004-cü ildə salınan bu yol yamaqlı şalvara oxşayır. Yeni salınan yol nə tez dağıldı? Dörd il bundan əvvəl istifadəyə verilmiş yolda yamaqların sayının səmada ulduzlar qədər olması onun təzəliyindən deyil, köhnəliyindən, keyfiyyətsizliyindən xəbər verir.
İlkin layihəyə görə, Hacıqabuldan Gürcüstan sərhədinə qədər yolun 400 kilometr hissəsinin yenidən qurulması bu il başa çatdırılmalıdır. İndiyə qədər olan olub, heç olmasa bundan sonra yolların tikilməsinə, keyfiyyətinə dövlət nəzarətinin artırılması müsbət nəticələr verə bilər, yolların davamlılığını uzada, sürücülərin isə rahatlığını təmin edə bilər".
"Paritet" qəzetinin əməkdaşı Günay Bünyadzadə ucqar kəndlərə yeni çəkilmiş yolların təmirinin keyfiyyətsiz aparılmasından gileylənib: "Bir neçə il bundan əvvəl böyük vəsait hesabına yenidən qurulmuş Bakı-Xınalıq yolu heç bir il keçməmiş yararsız vəziyyətə düşdü. Məhz bu səbəbdən Xınalıq kəndinə təşkil etdiyimiz səfəri yarımçıq başa vurmalı olduq. Yol-tikinti qaydalarına ciddi əməl olunmaması, yağan yağışlar, iri tonnaylı maşınların hərəkəti yolu tam yararsız hala salıb".
"Rüzgar" İctimai Birliyinin sədri İslam Mustafayev isə dövlət tərəfindən yolların təmiri istiqamətində görülən işlərdən danışıb. Qeyd edib ki, 2006-2015-ci illər ərzində 3578 kilometr respublika əhəmiyyətli, 5928 km yerli əhəmiyyətli avtomobil yollarının yenidən qurulması və əsaslı təmiri nəzərdə tutulub.
Ümumi uzunluğu 1255 kilometr olan beynəlxalq avtomobil yolları şəbəkəsinin digər istiqamətlərində, Azərbaycanı qonşu ölkələrlə - Gürcüstanla və İranla birləşdirəcək hissələrində də magistral yollar salınır: "Son illər Böyük İpək Yolu (TRACECA) nəqliyyat dəhlizinin Bakıdan Gürcüstan sərhədinədək uzanan 501 kilometrlik sahəsinin modernləşdirilməsində yüksək nəticələr qazanılıb. Belə ki, 2004-cü ildə yolun Ələt-Hacıqabul, bir il sonra birinci texniki dərəcəli Gəncə-Şəmkir (21,3 kilometr) hissələri istismara buraxılıb, Şəmkir-Qazax xəttinin bərpası sona yetmək üzrədir, Kürdəmir-Ucar (46,2 kilometr), Yevlax-Gəncə (88,8 kilometr) və Qazax-Gürcüstan sərhədi (38 kilometr) xətlərində intensiv iş gedir".


Nigar
+  -  Çap 
Yerləşdirilib: 22.12.09 | Baxılıb: 259

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •