Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Əfqanıstan Azərbaycanın sığorta-pensiya modelini öyrənir
Modelin öyrənilməsi Dünya Bankı tərəfindən keçid dövrü ölkələrinə tövsiyə olunub

Dünya Bankı (DB) Azərbaycanın sığorta-pensiya sistemində aparılan islahatlar və qurulan yeni modelin öyrənilməsini keçid dövrü ölkələrinə tövsiyə edib. Hazırda bankın Əfqanıstan üzrə layihəsi çərçivəsində ölkəmizdə sığorta-pensiya sistemində həyata keçirilən və beynəlxalq etimad qazanan islahatlarla tanış olmaq məqsədi ilə Əfqanıstanın nümayəndə heyətinin Azərbaycana səfərə başlayıb. Nümayəndə heyətinin tərkibinə Dünya Bankı ekspertləri, Əfqanıstanın Əmək, Sosial İşlər, Şəhidlər və Əlillər Nazirliyinin rəhbər şəxsləri, o cümlədən bu ölkənin Maliyyə Nazirliyinin, Müstəqil Administrativ İslahat və Dövlət Qulluğu üzrə Komissiyasının əməkdaşları daxildir. Bu barədə qəzetimizə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Mənbədən bildirilib ki, qonaqlar dünən DSMF sədri Səlim Müslümovla görüşüblər. Nümayəndə heyətini fondun fəaliyyəti ilə yaxından tanış edən S.Müslümov vurğulayıb ki, artıq Azərbaycanda beynəlxalq standartlara uyğun sığorta-pensiya sistemi yaradılıb. Fond rəhbəri ölkədəki geniş spektrli islahatların tərkib hissəsi kimi sığorta-pensiya sisteminin yenidən qurulması və davamlı inkişafına nail olunması üçün indiyə qədər görülən işlər barədə də qonaqları məlumatlandırıb. S.Müslümov fərdi uçot sistemi, sığorta-pensiya sistemində hüquqi və fiziki şəxslərin qeydiyyatı, sosial qanunvericilik və s. məsələlərlə bağlı qonaqları maraqlandıran sualları da cavablandırıb.
Səfər dekabrın 27-nə qədər davam edəcək. Bu müddətdə Azərbaycanda olacaq nümayəndə heyətinə DSMF-də tətbiq olunan informasiya idarəetmə, fərdi uçot, maliyyə idarəetmə sistemləri, qanunvericilik, sosial sığorta haqlarının toplanması və s. məsələlərlə bağlı məlumatlar veriləcək. DSMF-nin ayrı-ayrı rayon şöbələrinin iş şəraiti ilə yaxından tanış olmaq üçün qonaqların Azərbaycanın bir sıra rayonlarına səfərləri də nəzərdə tutulur.

HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 22.12.09 | Baxılıb: 289

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •