Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Konqresin separatçı reyimə maliyyə yardımı göstərməsi başadüşülən deyil
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi müraciət qəbul edib

Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi ABŞ prezidenti Barak Obamaya, ABŞ Senatına, ABŞ Konqresinin Nümayəndələr Palatasına, Dövlət Departamentinə, ABŞ-ın Azərbaycandakı səfirliyinə müraciət qəbul edib. Müraciətdə bildirilir ki, Qarabağ müharibəsi veteranları ABŞ Konqresinin Dağlıq Qarabağdakı separatçı reyimə 8 milyon dollar məbləğində maliyyə yardımı ayırmasına etiraz edir. Konqresin bu addımı Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ dövlətinin rəsmi mövqeyi ilə bir araya sığmır. Müraciətdə qeyd edilib ki, Azərbaycan 20 ilə yaxındır ki, erməni terroru və təcavüzündən əziyyət çəkir. Ermənistanın deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, 1 milyona yaxın azərbaycanlı doğma torpaqlarından qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Bu gün Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində və ona bitişik 7 rayonunda separatçı reyimi dəstəkləməklə işğalçılıq siyasətini davam etdirir: "Buna görə də ABŞ Konqresinin qondarma reyimə maliyyə yardımı göstərməsini yolverilməz hal hesab edirik. Konqresin bu addımı Azərbaycanın Dağlıq Qarabağ üzərindəki suveren hüquqlarına hörmətsizlik deməkdir. ABŞ Dövlət Departamentinin bəyanatlarında və sənədlərində Azərbaycanın ərazi bütövlüyü dəstəkləndiyi halda Konqresin beynəlxalq birlik tərəfindən tanınmayan separatçı reyimə maliyyə yardımı göstərməsi başadüşülən deyil. Heç bir şübhə yoxdur ki, Konqresin bu qərarından sonra Ermənistan rəhbərliyi Dağlıq Qarabağ probleminin sülh yolu ilə tənzimlənməsi prosesinə maneçiliyini daha da gücləndirəcək".
Müraciətdə bildirilir ki, Azərbaycan xalqı ABŞ Konqresinin işğal altındakı nəzarətsiz ərazilərə maliyyə yardımı göstərməsini hərbi xuntalara və separatçı reyimlərə dəstək kimi qəbul edir. "Biz hesab edirik ki, ABŞ Konqresinin bu qərarı ABŞ dövlətinin Azərbaycanla və ümumiyyətlə, Cənubi Qafqazla bağlı geosiyasi maraqlarına ziddir, regionda sabitlik və təhlükəsizliyə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə aradan qaldırılması məsələsinə xələl gətirir" - deyə müraciətdə bildirilir.
Qarabağ müharibəsi veteranları daha sonra qeyd ediblər ki, Konqresin məlum qərarı ATƏT-in Minsk qrupunun həmsədri kimi ABŞ-ın ədalətli vasitəçi imicinə kölgə salıb və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına inamsızlıq yaradıb: "Ümid edirik ki, ABŞ prezidenti Barak Obama veto hüququndan istifadə edərək, Dağlıq Qarabağa maliyyə yardımı göstərilməsini məqsədəuyğun hesab etməyəcək, bununla da regionda sülhün və sabitliyin təmin olunmasına xələl gətirən addımların qarşısını alacaq".

F.ABASOĞLU
+  -  Çap 
Yerləşdirilib: 19.12.09 | Baxılıb: 296

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •