Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dünya Bankı Azərbaycana kredit ayırıb
Dünən Bakıda Dünya Bankı (DB) ilə Azərbaycan hökuməti arasında dəmir yolunun inkişaf etdirilməsi məqsədi ilə 450 mln. ABŞ dollarlıq kredit sazişi və layihənin icrasına dair sənəd imzalanıb.
DB-nın Azərbaycandakı nümayəndəliyindən "APA-Economics"ə verilən məlumata görə, sənədləri DB tərəfindən Bankın Azərbaycan üzrə meneceri Qreqori Yedyeyçak, Azərbaycandan isə müvafiq olaraq maliyyə naziri Samir Şərifov və nəqliyyat naziri Ziya Məmmədov imzalayıblar. "Kreditin müddəti 23 il təşkil edir ki, bunun ilk 8 ili güzəştlidir. Kredit Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (IBRD) vəsaitləri hesabına ayrılacaq. Kredit illik LİBOR+0,25% dərəcəsi ilə ayrılır" - deyə DB-nın Bakı ofisindən bildirilib.
Qeyd edək ki, kredit vəsaiti Bakı şəhərindən Gürcüstan sərhədinə qədər mövcud dəmir yolu xəttinin yenidən qurulması layihəsinin həyata keçirilməsinə sərf olunacaq. Layihənin ümumi dəyəri 1,1 mlrd. dollar təşkil edir ki, bunun 450 mln. dollarını DB ayırır. Hazırda Azərbaycan hökumətinin bu layihədəki iştirak payının müəyyənləşdirilməsi, əlavə investorların cəlb edilməsi kimi məsələlər müzakirə olunur.
Layihə çərçivəsində 503 km uzunluğunda dəmir yolu xəttinin yenidən qurulması, elektrik eneryisi təminatı sistemi və lokomotiv parkının müasir standartlar əsasında modernləşdirilməsi planlaşdırılır. Layihənin icra müddəti 5 ildir.
+  -  Çap 
Yerləşdirilib: 19.12.09 | Baxılıb: 370

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •