Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycan İnvestisiya Şirkəti alman şirkətlərilə memorandumlar imzalayıb
"Ağstafasüd Kompleksi" və "Ağstafa Aqroservis" müəssisəsi yaradılacaq

Dünən İqtisadi İnkişaf Nazirliyində Azərbaycan İnvestisiya Şirkəti (AİŞ) ilə Almaniyanın "RAO AgroMilk" və "RAO Global Group" şirkətləri arasında Anlaşma memorandumlarının imzalanması mərasimi keçirilib. Memorandumlara əsasən, "Ağstafasüd Kompleksi"nin və "Ağstafa Aqroservis" müəssisəsinin yaradılması nəzərdə tutulur. Bu barədə qəzetimizə nazirliyin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, AİŞ-in icraçı direktoru Əfqan İsayev həyata keçiriləcək layihələr barədə ətraflı məlumat verib. Layihələrin reallaşmasının regionda kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyətini qeyd edən Ə.İsayev onların "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" və "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq həyata keçirildiyini vurğulayıb. İmzalanan sənədlərdən də söz açan AİŞ rəhbəri bildirib ki, Ağstafanın Böyük Kəsik kəndində 4 təsərrüfatı özündə birləşdirəcək "Ağstafasüd Kompleksi" və rayonun Səməd Vurğun qəsəbəsində "Ağstafa Aqroservis" müəssisəsi yaradılacaq: "Layihəyə görə, "Ağstafasüd Kompleksi"ndə gündə 50 ton süd istehsal olunacaq. İlk 2 ildə 5 çeşiddə sterilizə olunmuş süd, yoqurt, xama kimi məhsullar hazırlanacaq. Ümumiyyətlə, kompleksdə il ərzində 18 milyon litrdən çox süd məhsullarının istehsalı, həmçinin südlük, ətlik və damazlıq heyvanların yetişdirilməsi nəzərdə tutulur. Müəssisənin fəaliyyətinin 3-cü ilindən isə kompleksdə kərə yağı və digər heyvandarlıq məhsullarının istehsalına başlanacaq". Hesablamalara görə, "Ağstafasüd Kompleksi"ndə illik yem tələbatı 65 min ton təşkil edəcək və bunun 95 faizi kompleksdə istehsal ediləcək. Kompleksi yem bazası ilə təmin etmək məqsədilə 2700 hektar torpaq sahəsinin ayrılması da nəzərdə tutulur: "İlkin hesablamalara görə, layihənin ümumi dəyəri 30 milyon avro təşkil edəcək. Yaradılacaq "Ağstafasüd Kompleksi"nin ilkin nizamnamə kapitalı 5 milyon avro olacaq. Bu vəsaitin 4 milyon avroluq hissəsini xarici investisiyalar təşkil edəcək. Nizamnamə kapitalında AİŞ-in payı 20 faiz təşkil edəcək". Müəssisənin işçi layihəsinin hazırlanmasını və tikintiyə nəzarəti Almaniya tərəfindən "Wolf System", "SHS Architecture-Engineering Management" şirkətlərinin mütəxəssisləri həyata keçirəcək. Azərbaycan tərəfindən isə bu işə "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutunun mütəxəssisləri cəlb ediləcək.
Ümumi dəyəri 3 milyon avro olan ikinci layihəyə əsasən isə, "Ağstafa Aqroservis" müəssisəsinin yaradılması nəzərdə tutulur. "Ağstafa Aqroservis"in nizamnamə kapitalı 1 milyon avro təşkil edəcək. Nizamnamə kapitalında AİŞ-in payı 25 faiz olacaq. Bu müəssisə Ağstafa və ətraf rayonlarda aqrotexniki xidmət göstərəcək. Aqroservis Almaniyanın qabaqcıl "Claas", "Lemken", "Grimme", "Fliegl" və "Rauch" şirkətlərinin kənd təsərrüfatı texnikası, texniki qurğu və avadanlıqları ilə təchiz ediləcək.
Tədbirdə "İAK Agrar Consulting" şirkətinin icraçı direktoru Diethard Rudert, "SHS Architecture-Engeneering Management" şirkətinin direktoru Yohannes Heinzler və "Ağstafa Aqroservis" layihəsinin hazırlanması qrupunun rəhbəri Oğul İbrahimov layihələrin əhəmiyyətindən danışıb və uğurlu icrasına ümidvar olduqlarını bildiriblər. Sonra "Ağstafasüd Kompleksi" və "Ağstafa Aqroservis" müəssisəsinin yaradılmasına dair Anlaşma memorandumları imzalanıb. Sənədləri AİŞ-in icraçı direktoru Əfqan İsayev, Almaniyanın "RAO AgroMilk" şirkətinin icraçı direktoru Frits Hofmeister və "RAO Global Group" şirkətinin icraçı direktoru Slava Afanasyev imzalayıblar. Qeyd edilən layihələrin maliyyələşdirilməsində Avropa banklarının kreditindən də istifadə olunacaq. 200-dək yeni iş yerinin açılmasına imkan yaradacaq bu layihələrin reallaşdırılması müasir Avropa standartlarına cavab verən, gigiyenik tələblərə uyğun, əldəymədən qablaşdırılan yüksək keyfiyyətli süd və süd məhsulları istehsalının artırılmasına şərait yaradacaq.


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 19.12.09 | Baxılıb: 358

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •