Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Euronews" ənənəvi standartlarından kənara çıxıb
Azərbaycan ictimaiyyəti telekanalın erməni lobbisinin təsiri altına düşdüyünü hesab edir

Azərbaycan ictimaiyyətinin "Euronews" televiziya kanalına etirazları davam edir. Müxtəlif qeyri-hökumət təşkilatları, media qurumları telekanalın Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair qeyri-obyektiv reportayına etiraz edirlər.
Dünən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi telekanala etiraz bəyanatı ünvanlayıb. Təşkilatın 60 min üzvü adından sədr Mehdi Mehdiyevin imzaladığı bəyanatda bildirilir ki, "Euronews" televiziya kanalı Avropa daxil olmaqla dünyanın 100-dən artıq ölkəsində milyonlarla tamaşaçı auditoriyasına malikdir. Müharibə veteranları və şəhid ailələri "Euronews" televiziya kanalının obyektivliyinə və professionallığına inanaraq bu telekanalı Azərbaycanda da maraqla izləyirlər. Amma telekanalın bu yaxınlarda Azərbaycanın hal-hazırda isə Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ bölgəsi haqqındakı reportayda qeyri-obyektivliyə yol verilib: "Tarixən populyar və peşəkar KİV-lər ədalət və həqiqətin qorunması və aşkar edilməsi uğrunda böyük fədakarlıqlar göstəriblər. Siz isə tarixi və obyektiv həqiqəti əks etdirməyən, hansısa qrup marağına xidmət edən bir reportay hazırlamısınız". Veteranlar və şəhid ailələri reportayda Belçikanın Lüven Katolik Universitetinin Akademik Şurasının direktoru Bernar Kulinin tarixi həqiqətləri araşdırmadan, Dağlıq Qarabağı erməni mədəniyyətinə aid cəlbedici, unikal bölgə kimi təqdim etməsinə də etiraz ediblər: "O, Dağlıq Qarabağı Ermənistanın qəlbi adlandırıb. Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş və separatçı reyimin idarə etdiyi Dağlıq Qarabağ "müstəqil dövlət", separatçıların başçısı Bako Saakyan isə qondarma qurumun "prezidenti" kimi təqdim olunub". Bəyanatda bildirilir ki, bu reportay təşkilatın bütün üzvlərini hiddətləndirib və onların ciddi narazılığına səbəb olub. "Biz öz sıralarında 60 minə yaxın insanı birləşdirən, Azərbaycan Respublikası Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi adından bəyan edirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə bu cür qeyri-obyektiv və ədalətsiz yanaşmanı özümüzə, şəhidlərimizin ruhuna və onların əzizlərinə qarşı hörmətsizlik, düşünülmüş və ya düşünülmədən atılmış təhqiranə addım hesab edirik" - deyə bəyanatda bildirilir.
Təşkilat əlavə edib ki, "Euronews" ənənəvi standartlarından kənara çıxaraq nəinki qeyri-peşəkar məhsul, birtərəfli və qərəzli material yayımlayıb, həmçinin erməni lobbisinin təsiri ilə siyasi mövqe nümayiş etdirib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi hesab edir ki, azərbaycanlıların rəyi öyrənilmədən belə bir verilişin nümayiş etdirilməsi yurnalistika, peşəkarlıq standartlarına ziddir və telekanalın nüfuzuna xələl gətirir: "Ümid edir və inanırıq ki, "Euronews" telekanalı peşəkar yurnalistika ənənələrinə sədaqət nümayiş etdirərək yol verilmiş yanlışlığı və ədalətsizliyi aradan qaldıraraq təkzib verəcək, Azərbaycanın ərazi bütövlüyünə və hüquqları pozulmuş milyonlarla insana hörmətlə yanaşacaq, mövcud həqiqətləri olduğu kimi işıqlandırmaq üçün tədbirlər görəcək".
Dünən Avrasiya Hüquqşünaslar Assosiasiyası da "Euronews"un qərəzli mövqeyinə etiraz bildirən bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, telekanalın hazırladığı reportay birmənalı olaraq Ermənistanın maraqlarını müdafiə məqsədi daşıyır və tamaşaçı auditoriyasına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini təhrif edilmiş şəkildə çatdırır: "Euronews"un Dağlıq Qarabağı "müstəqil dövlət", Bako Saakyanı isə qondarma qurumun "prezidenti" kimi təqdim etməsi beynəlxalq hüquq prinsiplərinə hörmətsizlik deməkdir. Telekanalın bu addımı beynəlxalq siyasi və hüquqi münasibətlərdə dezinformasiyanın yayılmasına zəmin yaradan amil olmaqla yanaşı, Azərbaycanın BMT tərəfindən tanınan ərazi bütövlüyünə sayğısız münasibəti ifadə edir".
Bəyanatda o da bildirilib ki, reportay "Euronews"un Azərbaycan ictimaiyyəti arasındakı nüfuzuna böyük xələl gətirib. Televiziyanın qeyri-korrekt efir siyasətini Azərbaycanın dövlət qurumları və qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri böyük narazılıqla qarşılayıb.
Avrasiya Hüquqşünaslar Assosiasiyası hesab edir ki, rəsmi Bakının, azərbaycanlıların rəyi öyrənilmədən belə bir verilişin nümayiş etdirilməsi yolverilməzdir və Ermənistanın işğalçılıq siyasətinə bəraət qazandırmaq niyyəti güdür: "Telekanal rəhbərliyinin nəzərinə çatdırırıq ki, Ermənistan bölgədə deportasiya və etnik təmizləmə siyasəti aparıb, azərbaycanlılara məxsus tarixi və mədəniyyət abidələri məhv edilib. Dağlıq Qarabağ tarixən Azərbaycan torpağı olub və orada həmişə azərbaycanlılar yaşayıb. Ermənilər isə Dağlıq Qarabağa sonradan gəlmə xalqdır və onlar burada XIX əsrdən başlayaraq məskunlaşıblar. Ermənilər bu həqiqəti nə qədər ört-basdır etməyə çalışsalar da, tarixi faktları təkzib edə bilməzlər".


F.ABASOĞLU
+  -  Çap 
Yerləşdirilib: 18.12.09 | Baxılıb: 311

ONLINE XƏBƏRLƏR
 
  • Türkiyə Silahlı Qüvvələrinin Baş qərargah rəisi ölkəmizdə rəsmi səfərdədir
  • Elmar Məmmədyarov Brüsseldə keçiriləcək Avropa Xalq Partiyasının konfransında iştirak edəcək
  • Azərbaycan BMT-nin Kosmik Fəzanın Sülh Məqsədləri ilə İstifadəsi üzrə Komitəsinə üzv qəbul olunub
  • “Vətən” Cəmiyyətinin nümayəndələri Danimarkanın gənclər və idman naziri ilə görüşüblər
  • Mübariz Əhmədoğlu: “Ermənistan tərəfi müharibəni, Azərbaycan tərəfi isə danışıqların uzadılmasını qəbul etmir”
  • Politoloq: “ABŞ-Ermənistan münasibətlərində bəzi məsələlər izah olunmaz qalır”
  • Arif Həşimov: Azərbaycanlı gənclərin xaricdə doktorantura təhsili davam etdiriləcək
  • Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti tərəfindən 2011-ci il ərzində görülmüş işlər açıqlanıb
  • TQDK-da açıq tipli test tapşırıqları müzakirə olunub
  • Əhmədinejadın parlamentdə ifadə verməsi ilə bağlı qərar qəbul edilib
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib

  •