Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Təkrar bazarda yeni tikililərin sayı azalıb
Bazar üzrə bağlanan əqdlərin dinamikasında isə artım qeydə alınıb

Təkrar mənzil bazarı üzrə bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə artım qeydə alınıb. Bu artım -1,3 faiz təşkil edib. Noyabr ayı ərzində ümumi təklif portfelində köhnə mənzillərin payı isə ötən aya nisbətən azalıb. Təklifin cüzi azalmasına əsasən mənzillərin qiymət dinamikasında azalan tendensiyanın dərinləşməsi səbəb olub. Araşdırmalar göstərir ki, təklif üzrə azalma ümumi təklif portfelində yeni tikililərinin 58 faiz olan payının cüzi azalmasına təsir göstərib. Bu barədə qəzetimizə "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin mətbuat xidmətindən məlumat verilib. Mənbədən bildirilib ki, təkrar bazardakı yeni tikililərin sayı ötən ayla müqayisədə azalıb: "Bu azalma -3,2 faiz təşkil edib. Bazarda təklifin 2 faiz azalmasına baxmayaraq, orta qiymət 1 faiz enib. İpoteka kreditləşməsinin təsiri nəticəsində əmlakın bu növü üzrə likvid dəyər nisbi artsa da, risk dərəcəsi hələ də yüksək olaraq qalıb". Aparılan araşdırmalardan məlum olub ki, təkrar bazarda şəhər üzrə mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq -1 faiz azalıb.
Aktivlik əmsalına görə ən cəlbedici rayonlar noyabr ayında da əvvəlki kimi Xətai, Nərimanov və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti kimi ipoteka üçün daha səmərəli olmaları göstərilir. Təkrar mənzil bazarında qiymət indeksi azalaraq 230.0 bənd səviyəsində qərarlaşıb: "Noyabr ayında qiymət indeksində 2.4 bənd azalma müşahidə edilib. Orta qiymət 1 faiz azalaraq ötən ay qeydə alınmış 1243 $/kv.m-dən 1231 $/kv.m-ə düşüb. Bu göstərici 2007-ci ilin fevral ayında qeydə alınan nəticədən aşağı olub. Ay ərzində heç bir rayonda qiymət artımı baş verməyib. Ən çox qiymət azalması isə Səbail rayonunda qeydə alınıb və 1,9 faiz təşkil edib". Monitorinq qrupunun araşdırmaları göstərir ki, noyabrda təklif 2,4 faiz azalıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 6850-ə enib. Yasamal, Xətai, Nərimanov, və Nəsimi rayonlarının təklif portfelindəki payı mütləq çoxluq təşkil edib. Bu 4 rayonun ümumi təklif portfelindəki payı birlikdə 78,6 faizə bərabərdir. Təhlillər göstərir ki, bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (1231 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya malikdirlər. Bu mənzillərin ümumi portfeldə xüsusi çəkisi 58,8 faiz təşkil edib: "Mənzillərin orta otaq göstəricisi 2.48, hər otağın orta satış qiyməti 49450 ABŞ dolları, mənzilin orta qiyməti isə 113561 ABŞ dolları təşkil edib".


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 18.12.09 | Baxılıb: 289

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •