Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Azərpoçt"a əmanətlərin qəbuluna da icazə verilə bilər
Mərkəzi Bank (AMB) cari ilin sonuna kimi "Azərpoçt" dövlət müəssisəsinə maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya verəcək. "APA-Economics"in məlumatına görə, bunu AMB-nin İdarə Heyəti sədrinin birinci müavini Alim Quliyev bildirib. Onun sözlərinə görə, artıq lisenziyanın verilməsi üçün AMB tərəfindən bütün tədbirlər görülüb və "Azərpoçt"da lisenziyanın alınması üçün son tamamlama işləri həyata keçirilir: daxili informasiya və risklərin idarəedilməsi sistemləri qurulub, təşkilati və texniki məsələlər həll olunur. A.Quliyev qeyd edib ki, artıq Əmlak Məsələləri üzrə Dövlət Komitəsi tərəfindən maliyyə xidmətləri ilə bağlı "Azərpoçt"un yeni nizamnaməsi də təsdiqlənib. Hazırda qurumun maliyyə xidmətləri göstərməsi üçün idarəetmə orqanlarının təşkili üzrə tədbirlər həyata keçirilir. Bundan sonra AMB-nin "Azərpoçt"a bank olmayan kredit təşkilatları üçün nəzərdə tutulan lisenziya təqdim edəcəyi gözlənilir.
A.Quliyevin sözlərinə görə, "Azərpoçt"un maliyyə xidmətləri göstərməsinə başlaması bu sahədə rəqabət mühitinin daha da gücləndirəcək. Çünki "Azərpoçt" dövlət müəssisəsi ölkədə ən geniş filial şəbəkəsinə malik olan qurumdur. İlkin mərhələdə "Azərpoçt" tərəfindən hesablaşmaların aparılması, pulköçürmə əməliyyatları və əhaliyə sosial xidmətlər göstəriləcək. Növbəti mərhələlərdə isə əhalidən əmanətlərin cəlb edilməsi məsələsi gündəmə gətirilə bilər. Lakin "Azərpoçt" tərəfindən kreditlərin verilməsi istisna olunur.
Qeyd edək ki, sistemin yaradılması üzrə işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Mərkəzi Bank, FACP konsaltinq şirkəti, "Azərpoçt", icraçı qurum olan "HP Azerbaiyan" şirkət və onun layihədəki tərəfdaşları "Colvir" və "Sinam" şirkətləri tərəfindən həyata keçirilir.
+  -  Çap 
Yerləşdirilib: 18.12.09 | Baxılıb: 311

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •