|
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə bağlı dairə seçki komissiyalarında müşahidəçilərin qeydiyyatı başa çatıb. Mərkəzi Seçki Komissiyasının (MSK) mətbuat xidmətinin rəhbəri Azər Sarıyev APA-ya bildirib ki, indiyədək 41 min 700 müşahidəçi qeydə alınıb. Seçki Məcəlləsinin tələbinə uyğun olaraq DSK-larda müşahidəçilərin qeydiyyatı səsverməyə 5 gün qalmış dayandırılıb. A.Sarıyev DSK-larda baxılmamış müraciətlərin olduğunu və buna görə də müşahidəçilərin sayının artacağını istisna etməyib. Qeyd edək ki, bələdiyyə seçkiləri ilə bağlı MSK-da 1138 yerli müşahidəçi qeydə alınıb. A. Sarıyev müraciət edənlərin hamisinin müraciətinə müsbət cavab verildiyini söyləyib.
|