Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Azərbaycanda 2050-ci ildə temperatur 2-2,5 dərəcə artacaq
Bakını MDB ölkələri istehsalı olan nəqliyyat vasitələri daha çox çirkləndirir

Dünən Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun (AESMF) təşkilatçılığı ilə "Qlobal istiləşmə və iqlim dəyişikliyi" mövzusunda dəyirmi masa keçirilib. Qlobal istiləşmənin və iqlim dəyişikliyinin dünyada ən aktual məsələlərdən olduğunu deyən AESMF-in sədri Rauf Sultanov bu prosesin baş verməsində daha çox kapitalist ölkələrinin günahkar olduğunu bildirib. Əhalinin, xüsusən də uşaqların iqlim dəyişmələri ilə bağlı məlumatının azlığını da vurğulayan R.Sultanov bu istiqamətdə geniş maarifləndirmə işinin aparılmasını vacib sayıb. Fondun ekoloq-eksperti Sadiq Rzayev bildirib ki, AESMF-in əməkdaşları oktyabr-noyabr aylarında Bakı şəhərinin 4 orta məktəbində (Xətai rayonu 204 saylı orta məktəb, Xətai rayonu 287 saylı Zəkalar Liseyi, Araz Ekoloyi Liseyi və Heydər Əliyev adına Müasir Təhsil Kompleksi) "Qlobal istiləşmə və iqlim dəyişikliyi" mövzusunda interaktiv üsullarla təlimlər keçiriblər. Keçirilmiş təlimlərin məqsədi orta məktəb şagirdləri arasında maarifləndirmə işinin təşkili, onların iqlim dəyişikliyi və digər ekoloyi problemlərlə bağlı biliklərinin artırılması olub. S.Rzayevin sözlərinə görə, keçirilən təlimlər zamanı şagirdlərin qlobal istiləşmə, iqlim dəyişmələri və ümumiyyətlə, ekoloyi məsələlərlə bağlı biliklərinin az olduğu üzə çıxıb: "Təlimlər zamanı şagirdlər arasında şifahi sorğu keçirilib. Sorğunun nəticəsindən məlum olub ki, şagirdlərin dünyada və ölkəmizdə qlobal istiləşmə əleyhinə görülən işlər, mövcud protokollar, bu sahədə fəaliyyət göstərən təşkilatlarla bağlı məlumatlanmasına böyük maraq və ehtiyac var. Fondumuz şagirdlərin bu marağını nəzərə alaraq fəaliyyətini gələcəkdə bu istiqamətdə qurmağı və genişləndirməyi qərara alıb".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometrologiya Departamentinin direktor müavini Sahib Xəlilov Danimarkanın paytaxtı Kopenhagendə qlobal istiləşmə və iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq konfransın təşkil olunmasından söz açıb: "Dekabrın 17-18-də yüzdən çox ölkə rəhbəri həmin tədbirə qatılacaq. Konfransın sonunda yekun sənəd imzalanacaq". Problemin həlli üçün böyük vəsait tələb olunduğunu deyən S.Xəlilov bu məsələdə inkişaf etmiş ölkələrin üzərinə daha böyük yük düşdüyünü söyləyib. Qlobal istiləşməni yaradan səbəblərə də toxunan nazirlik rəsmisi əsas amil kimi havaya atılan karbon tullantılarının həcminin artmasını göstərib. Onun sözlərinə görə, 1750-ci ildən indiyə qədər bu sahədə artım müşahidə edilməkdədir. ABŞ, Çin, Rusiya, Yaponiya kimi ölkələrin havaya daha çox karbon tullantısı atdığını deyən S.Xəlilov həmin ölkələrin buna qarşı hər hansı bir tədbir görməkdə maraqlı olmadıqlarını da vurğulayıb: "Proqnozlar göstərir ki, 2050-ci ildə havaya atılan karbon tullantılarının miqdarı 750 milyard ton olacaq. Başqa göstərici ilə havaya atılan karbon tullantısının miqdarının adambaşına 110 ton təşkil edəcəyi ehtimal edilir. Aparılan hesablamalara görə, 1860-cı ildən başlayaraq temperaturun artması müşahidə edilir. Son yüz ildə dünyada temperatur 1 dərəcə artıb, 2100-cü ildə isə temperaturun 6 dərəcəyə qədər artacağı proqnozlaşdırılır. Eyni zamanda okeanda temperaturun 0,1 dərəcə artması müşahidə edilir".
S.Xəlilov iqlim dəyişmələrinin ölkəmizdə müşahidə olunan ssenariləri barədə də məlumat verib. Onun sözlərinə görə, Azərbaycanda temperaturun 2050-ci ildə 2-2,5 dərəcə, əsrin sonunda isə 4,3-5,2 dərəcə artacağı proqnozlaşdırılır. Son 10 il ərzində isə temperatur 0,4 dərəcə artıb.
Dövlət Yol Polisi İdarəsinin məsul işçisi Elxan Dadaşov isə avtomobillər tərəfindən atmosfer havasınının daha çox çirkləndirildiyini söyləyib. Onun sözlərinə görə, son 5 ildə ölkəmizə 60 faizi MDB ölkələrinin istehsalı olan 350 min avtomobil gətirilib. Paytaxt Bakıda isə avtomobillərin sayı 1,6 dəfə artıb. E.Dadaşov başqa ölkələrin istehsalı olan avtomobillərlə müqayisədə MDB ölkələri istehsalı olan nəqliyyat vasitələrinin havanı daha çox çirkləndirdiyini də diqqətə çatdırıb: "Uzaq xarici ölkələrdə istehsal olunmuş avtomobillər katalizatorlarla təchiz edilir. Bu səbəbdən də bu cür nəqliyyat vasitələri havaya daha az dəm qazı xaric edir. MDB ölkələrində, əsasən də Rusiyada istehsal olunan avtomobillərdə isə katalizatorlar quraşdırılmadığından onlar atmosferi daha çox çirkləndirirlər".
Bu sahədə vəziyyəti nizamlamaq üçün görülən işlərdən danışan E.Dadaşov "Təmiz hava aylığı" adlı tədbirlərin keçirildiyini qeyd edib: "Bu günə qədər 30 min avtomobil yoxlanılıb. Havanı normadan artıq çirkləndirən 10 minə yaxın maşının sürücüsünə qarşı inzibati tədbirlər görülüb".


HƏQİQƏT
+  -  Çap 
Yerləşdirilib: 17.12.09 | Baxılıb: 229

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •