Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
"Azərbaycanın inkişafı İran xalqını sevindirir"
Əhmədineyad Azərbaycanı dost və qardaş ölkə adlandırıb

Xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə Azərbaycan nümayəndə heyətinin İrana bir günlük səfəri başa çatıb. Səfər İranın xarici işlər naziri Mənuçöhr Mottəkinin dəvəti ilə həyata keçirilib. Prezident Mahmud Əhmədineyad, İran İslam Şurası Məclisinin sədri Əli Laricani, xarici işlər naziri Mənuçehr Möttəki və İranın Təhlükəsizlik üzrə Ali Şurasının Baş katibi Səid Cəlili ilə keçirilən görüşlərdə Azərbaycanla İran arasında mövcud əlaqələrin daha da genişləndirilməsinə dair məsələlər müzakirə edilib.
İran prezidenti Mahmud Əhmədineyad nazirlə görüşdə dost və qardaş adlandırdığı Azərbaycanla hər sahədə əlaqələrin getdikcə gücləndiyini bəyan edib. "Anadolu" agentliyinin yaydığı məlumata görə, İran prezidenti tarixi və dərin əlaqələri olan iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş addımlar atılmaqda olduğunu bildirib. İki ölkə arasında əməkdaşlıq sahələrinin və potensialın çox olduğunu söyləyən dövlət başçısının fikrincə, İranla Azərbaycan arasındakı münasibətlərin inkişafı bölgənin də xeyrinədir: "Azərbaycanın inkişafı İran xalqını sevindirir". M.Əhmədineyad Beynəlxalq Atom Eneryisi Agentliyində İrana qarşı qərar layihəsinin səsverməsinə qatılmadığı üçün Azərbaycana təşəkkür edərək, bunun qardaşlığın göstəricisi olduğunu vurğulayıb. E.Məmmədyarov da Azərbaycanla İran arasında son illər siyasi-iqtisadi əlaqələrin inkişaf etdiyinə diqqət çəkərək münasibətləri daha da inkişaf etdirmək istədiklərini açıqlayıb. O, beynəlxalq təşkilatlarda İran əleyhinə qərarlara dəstək verməyəcəklərini qeyd edib.
Səfərin yekunu ilə bağlı iki ölkənin XİN rəhbərləri yerli və xarici yurnalislər üçün keçirdikləri mətbuat konfransında KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar. Qarşılıqlı səfərlərin İran-Azərbaycan münasibətlərinin inkişafında mühüm amil olduğunu vurğulayan Mənuçöhr Mottəki bildirib ki, ölkələrimiz arasında mehriban dostluq və qonşuluq münasibətləri bundan sonra da uğurla davam etdiriləcək. Tərəflər ölkələrimiz üçün əhəmiyyətli olan bir sıra məsələlər ətarfında səmərəli fikir mübadiləsi ediblər. Ticarət döriyyəsinin artırılması, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu xəttinin çəkilişi ilə dəmir yolu şəbəkələrinin birləşdirilməsi, Azərbaycandan qaz alınması və digər məsələlər müzakirə mövzusu olub. Dəvətə, səmimi görüşə və yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirən Elmar Məmmədyarov deyib ki, ölkələrimiz arasında siyasi, iqtisadi və hümanitar əlaqələrin daha da genişləndirilməsi üçün geniş imkanlar mövcuddur. Eneryi daşıyıcılarının dünya bazarına çatdırılması sahəsində çoxşaxəliliyin təmin edilməsi, Tehranda və İranın digər şəhərlərində Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair məsələlər müzakirə edilib.

Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 16.12.09 | Baxılıb: 245

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •