Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bakcell Art Grupla əməkdaşlığa başlayır
"Bakcell" özünün yeni reklam partnyoru - Art Grup agentliyi ilə müqavilə bağlayıb. Hyatt Hotel-də təşkil edilmiş imzalanma mərasimində Bakcell-in baş direktoru xanım İneke Botter bildirib: "Bakcell ölkədə ən çox tanınan brenddir və beynəlxalq telekommunikasiya sahəsində kifayət qədər təcrübəyə malik Art Grup kimi dinamik bir agentliklə çalışmaq gələcəkdə də bu brendinin tanınması prosesini və şirkətin bazarda mövqeyini gücləndirəcək".
Art Grup-un direktoru Fehmi Özkan isə bildirib:
"Biz Bakcell kimi sürətlə inkişaf edən bir şirkətlə çalışacağımıza doğrudan da çox şadıq. Bakcell-in dəyərləri və brendi doğrudan da bu ölkədəki müştərilərin tələblərinə cavab verir". Azərbaycanın ilk mobil operatoru olan Bakcell 1994-cü ildə yaradılıb. Son 11 ay ərzində Bakcell şəbəkəsini və əhatə dairəsini əhəmiyyətli dərəcədə genişləndirib. Bu ilin təkcə oktyabr və noyabr aylarında 200 minə yaxın yeni müştəri Bakcell-ə qoşulub və bununla da şirkətin aktiv abunəçilərinin sayı 2 mln-a çatıb. Bakcell müştəriləri Avropa, Asiya, Şimali və Cənubi Amerikada, Avstraliya və Afrikada rominqdən istifadə edə bilərlər. Dünyanın 153 ölkəsindəki 256 operator ilə Bakcell-in rominq sazişi var.
1986-cı ildə İstanbulda yaradılmış Art Grup agentliyi isə Türkiyənin 5 ən nüfuzlu reklam şirkətlərindən biridir. Bu agentlik Turkish Airlines və Türkiyənin bank sektorunda lider sayılan Ziraat Bank kimi tanınmış brendlərin strateyi kommunikasiya partnyorudur. Hazırda Art Group agentliyi Sony Ericsson, TAV Airports, Sephora, Camper, G-Star, Blomberg və Roche kimi nüfuzlu müştərilərlə çalışır. Son 21 il ərzində Art Grup Procter &Gamble, AEG/Electrolux və Skoda kimi dünyanın digər aparıcı şirkətləri ilə əməkdaşlıq edib. Art Grup Türkiyənin aparıcı mobil operatoru - Turkcell və qida sahəsində çox tanınmış olan Ulker şirkətləri ilə də işbirliyi həyata keçirib.
+  -  Çap 
Yerləşdirilib: 16.12.09 | Baxılıb: 328

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •