Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
2010-cu il Xocalı ili elan oluna bilər
Qənirə Paşayeva: "Ağlamaqla problemlər həllini tapmayacaq"

"2010-cu il Xocalı ili elan oluna bilər". Bu barədə Türkiyənin Bursa şəhərində keçirilən "Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri" ilə bağlı simpoziumda millət vəkili Qənirə Paşayeva məsələ qaldırıb. Bu məsələ 50-dən artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi tədbirin yekun Bəyannaməsində də əksini tapıb. Q.Paşayevanın sözlərinə görə, Bəyannamədə tədbir iştirakçılarının irəli sürdükləri bütün məsələlər nəzərə alınıb: "Bizim təkliflərimiz də yekun sənəddə əksini tapdı. Ötən əsrin 80-ci illərinin sonlarında Ermənistandan deportasiya olunmuş 300 minə yaxın soydaşımızın pozulmuş hüquqları, tarixin müxtəlif dönəmlərində ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımıları və sair məsələləri qaldırdıq. 2010-cu ilin Qarabağ, Xocalı ili elan edilməsi, bununla bağlı türk və müsəlmanların yaşadıqları ölkələrdə aksiyaların, yürüşlərin keçirilməsi də təkliflərimiz sırasında idi. Bəyannamədə bu məsələlərin hamısı əks olundu". Q.Paşayeva hesab edir ki, "Yaxın tariximizdə türk və müsəlman soydaşlarımızın məruz qaldığı insan haqları məsələləri" ilə bağlı simpozium türk dünyası, müsəlman aləminin üzləşdikləri problemlərin beynəlxalq sferaya çıxarılmasında əhəmiyyətli olacaq: "Tədbirdə qeyd edildi ki, iştirakçılar geri döndükdən sonra əməli işə başlamalıdırlar. Mən də hesab edirəm ki, ağlamaqla problemlər həllini tapmayacaq. Bu barədə Azərbaycan prezidenti İlham Əliyevin irəli sürdüyü "müdafiə mövqeyindən hücuma keçməliyik" fikri bütün türk dünyası üçün tezis olmalıdır".
Deputat onu da qeyd edib ki, türk dünyasının, müsəlman aləminin Azərbaycandan böyük gözləntiləri var: "Simpoziumda çıxış edənlərin əksəriyyəti Azərbaycandan dəstək istəyirdilər. Özümüzün üzləşdiyimiz Qarabağ probleminə rəğmən türk, müsəlman qardaşlarımız bizdən kömək umurlar. Bu məni xeyli qürurlandırdı. Bu, Azərbaycanın türk dünyasındakı nüfuzu ilə bağlıdır. Təbii ki, Azərbaycanın mövqeyi zəif olsaydı, bizdən belə ummazdılar".


İ.QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 16.12.09 | Baxılıb: 351

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •