Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Administrativ reket
Obama Amerika banklarına müharibə elan etdi

ABŞ prezidenti Barak Obama Amerika banklarına sərt xəbərdarlıq edərək onları kiçik və orta biznesə kreditləri artırmağa çağırıb. Barak Obama vurğulayıb ki, bu banklar Amerika vergiödəyənlərindən əlahiddə yardım alıblar və indi milli iqtisadiyyatın bərpasına kömək etmək üçün bu banklardan əlahiddə öhdəliklər tələb olunur: "Əgər banklar əhalinin maraqlarının qorunmasına qarşı mübarizə aparmaq istəyirlərsə, mən bu mübarizəyə qarşı vuruşmağa hazıram".
Həftəsonu Barak Obama demişdi ki, prezidentliyə piyli bankirlərə kömək etmək üçün can atmırdı. Ötən gün isə prezident Obama ən nüfuzlu bank müdirlərinə xatırlatdı ki, Amerika vergiödəyənləri qlobal maliyyə böhranı şəraitində bankları iflasdan qurtarmaq üçün onlara böyük yardım ediblər. Prezidentin sözlərinə görə, indi artıq həmin bu bankların Amerika iqtisadiyyatına kömək etmək vaxtı gəlib çatıb. Barak Obama bildirib ki, onun adına daxil olan çoxlu sayda məktublarda işgüzar adamlar və qurumlar kifayət qədər kredit almaq üçün hər hansı bir bank tapa bilmədiklərindən şikayətlənirlər. O, bankların baş direktorlarını maliyyə sisteminin islahatına yönələn yeni qanunlara qarşı lobbiçiliyə görə kəskin tənqid edib. Prezident Obama deyib ki, Amerika xalqının maraqlarını qorumaq üçün tələb olan islahatların bankların lobbiçilk fəaliyyəti üzündən ləngiməsinə yol verməyəcək: "Əgər banklar əhalinin maraqlarının qorunmasına qarşı mübarizə aparmaq istəyirlərsə, mən bu mübarizəyə qarşı vuruşmağa hazıram".
Obama bildirib ki, Amerika hökumətinin və Amerika xalqının köməyi ilə çətinlikdən çıxan Amerika bankları indi daha geniş təbəqələrin rifahı, iqtisadiyyatın daha da sabitləşməsi və bərpası kimi məsələlərdə öz öhdəliklərini yerinə yetirməlidirlər. Barak Obama bu addımı ilə Amerika əhalisinin artan qəzəbinə reaksiyasını göstərməyə çalışıb.
Amerikalılar arasında getdikcə belə bir təsəvvür özünə yer alır ki, işsizliyin artdığı və həyat səviyyəsinin pisləşdiyi bir dövrdə banklar çiçəklənməkdə davam edir.
Yeri gəlmişkən, ABŞ mətbuatı yazır ki, Obamanın Nobel sülh mükafatına layiq görülməsi prezidentin əleyhdarları arasında istehza ilə qarşılanır. Belə ki, bir çoxları onun indiyədək xarici siyasətdə ciddi uğur əldə etməməsini önə çəkirlər. Mühafizəkarların rəyinə görə, Obamaya Nobel mükafatının verilməsi avropalı solçuların Amerika prezidentinin gələcək addımlarına nəzarət etməsi, ümumilikdə, yeni administrasiyanın sol-mərkəzçi xəttinə dəstək və Corc Buş siyasətinin ictimai şəkildə rədd edilməsi cəhdindən doğur. Bu isə heç də prezident Obamanın dünyada azadlıq və demokratiyanın yayılması, yaxud sülhün bərqərar olması yönümündə nailiyyətlər əldə etməsinə işarə deyil.
"Washington Post" qəzetinin yazarı Cekson Diehl tənqidçilərin müəyyən mənada haqlı olduqlarını etiraf etsə də, Obama administrasiyasının yeni siyasətinin artıq kiçik bəhrələr verdiyini qeyd edir. Diehlin sözlərinə görə, ilk baxışdan Yaxın Şərq sülh prosesi iflasa uğramış kimi görünə bilər. Lakin əslində, Obama hökuməti radikal sağçı Benyamin Netanyahu hökumətini bir sıra ağrılı kompromislərə vadar edib ki, bu sıraya Fələstin dövlətinin yaranmasına razılıq və yəhudi məntəqələrinin inşasının dayandırılması daxildir. Bu yaxınlarda prezidentin Əfqanıstana əlavə qoşun göndərmək haqda qərarı ABŞ-ın bu ölkə ilə bağlı üzərinə götürdüyü öhdəlikləri bir daha təsdiq edir. Artıq Almaniya və Fransa kimi NATO müttəfiqləri də hərbi səylərə qoşunla yardım etməyə söz veriblər. O biri tərəfdən, Barak Obama Çinə səfəri zamanı rəsmi Pekinin İranla bağlı dəstəyini qazanmağa nail oldu. Hərçənd İran reyimi ilə dialoq səyləri iflasa uğradı. ABŞ diplomatlarının İranı zənginləşdirdyi uranı Rusiyaya təhvil verməyə yönəltməsi ciddi qələbə kimi dəyərləndirilə bilər. Belə ki, bunu etməklə İran rəhbərliyi atom bombası üçün lazım olan urana malik olmaqdan imtina etməli, yaxud da indiyədək regionda yaxın tərəfdaşı olan Rusiya ilə üz-üzə gəlməlidir. Hələlik İran buna yox deyir. Və əgər Rusiya sonda Vaşinqtonla bərabər hərəkət edərək İrana ciddi sanksiyalar tətbiq edilməsinə hazır olsa, onda Obama administrasiyasının yeni xarici siyasət kursu tam bəraət almış olar.
+  -  Çap 
Yerləşdirilib: 16.12.09 | Baxılıb: 298

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev fransalı senatorları qəbul edib
  • Milli Məclisdə Fransa Senatının üzvləri ilə görüş keçirilib
  • Elmar Məmmədyarov İndoneziya səfirinin etimadnaməsinin surətini qəbul edib
  • Dairə seçki komissiyaları seçici siyahılarının dəqiqləşdirilməsinə başlayıb
  • FHN Bakı-Gürcüstan istiqamətində yük qatarının aşması ilə bağlı məlumat yayıb
  • Zahid Oruc: “Fransa açıq-aşkar ərazi bütövlüyümüzə hörmətsizlik nümayiş etdirir”
  • BQXK nümayəndələri Dağlıq Qarabağda saxlanılan azərbaycanlı əsirə baş çəkiblər
  • Türkiyənin baş qərargah rəisi Azərbaycana səfərə gəlir
  • Egemen Bağış: “Soyqırımı” olduğu sübut edilsə, Türkiyə buna görə üzr istəyəcək”
  • Azərbaycan XİN: “Suriyada ölənlər arasında hələ ki azərbaycanlı yoxdur”
  • Vəfa Quluzadə: Azərbaycan İranla dinc qonşuluq siyasəti həyata keçirir
  • Təhsil Nazirliyi Almaniyada ali təhsillə bağlı müsabiqə elan edib
  • Müəllimləri müsabiqədənkənar işə qəbul edən rəhbər şəxslər ciddi cəzalandırılacaq

  •