Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
MTRŞ efirdə milli-mənəvi dəyərlərin vəziyyəti ilə bağlı sorğu keçirib
Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərin vəziyyəti ilə bağlı ictimai rəy sorğusu keçirib. Qurumun Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov APA-ya bildirib ki, sorğu sentyabr ayında Bakı şəhərində 150 respondent arasında aparılıb, analiz və nəticələrin təhlili oktyabr ayında yekunlaşdırılıb.
Sorğuda iştirak edən respondentlərin 11%-i Azərbaycanın efir məkanında milli-mənəvi dəyərlərlə bağlı durumun onu qane etdiyini, 48,7%-i qismən qane etdiyini, 40,3%-i isə qane etmədiyini bildirib. Sorğu iştirakçılarının fikrincə, efirdə neqativ əxlaqi-tərbiyəvi təsirlər (40,2%), aparıcıların bayağı davranışları (57,8%) daha çox narahatlıq doğurur. İştirakçılar hesab edirlər ki, milli-mənəvi dəyərlərin pozulması hallarına əsasən şou verilişlərində (51,3%), xarici teleseriallarda (44,5%) daha çox rast gəlinir. Milli-mənəvi dəyərlərin pozulmasında əsas günahkarlar isə telekanallar (60,5%), verilişlərin aparıcıları (16,5%) və cəmiyyətdir (20%). İştirakçılar efirdə milli-mənəvi dəyərlərin pozulmasının qarşısının alınması üçün şou verilişlərinin sayını azaltmağı (18,5%) və efirə nəzarəti gücləndirməyi (79,8%) təklif ediblər. Efirdə milli-mənəvi dəyərlərin pozulması halları ilə rastlaşarkən respondentlərin 6,7%-i MTRŞ-nın "Qaynar xətt"inə (498-18-82) zəng edir, 91,6%-i isə kanalı çevirir. İştirakçıların 27,6%-i ailə-məişət münasibətlərinin formalaşmasında televiziyanın müsbət, 71,4%-i isə mənfi rolunu hiss edib.
+  -  Çap 
Yerləşdirilib: 21.10.09 | Baxılıb: 397

ONLINE XƏBƏRLƏR
 
  • Milli Məclisin yaz sessiyası işə başlayıb
  • Parlamentin İntizam və Hesablayıcı komissiyaları yenidən təşkil olunub
  • AVRONEST katibliyinin rəhbərinin Bakıya səfəri başlayıb
  • Qırğız Respublikasının gənclər, əmək və məşğulluq naziri Bakıya səfərə gəlib
  • Azərbaycanın Litvadakı səfiri bu ölkənin təhsil və elm naziri ilə görüşüb
  • Benilüks Azərbaycanlıları Konqresi Xocalı faciəsinin ildönümünə həsr olunan silsilə tədbirlər keçirəcək
  • Oqtay Əsədov: “Ən sərt formada mövqeyimizi ortaya qoymuşuq”
  • Dağlıq Qarabağa Çeçenistan variantı təklif olundu
  • Fransanın həmsədrlikdən kənarlaşdırılmasının hüquqi forması tapılmalıdır
  • Magistraturaya sənəd qəbulu fevralın 8-də, ilk imtahan isə 26-da başlayır
  • TQDK nəzarətçilərlə seminar-məşğələlərə başlayıb
  • Kür və Araz çaylarında çirkliliyin səviyyəsi artıb
  • Misir parlamentinin qarşısında onlarla adam yaralanıb

  •