Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Cəmiyyət siqaret qadağasına hazırlanmalıdır
Hadı Rəcəblinin fikrincə, buna illərlə vaxt lazımdır

Məlum olduğu kimi, bəzi millət vəkilləri neçə illərdir ictimai yerlərdə siqaret çəkilməsini qadağan edən qanunun qəbul edilməsi təklifi səsləndirirlər. Hətta bir müddət öncə millət vəkili Qənirə Paşayeva tərəfindən hazırlanan qanun layihəsi parlamentin Sosial siyasət komitəsinin iclasında müzakirəyə çıxarılmışdı. Amma sonradan bu məsələ gündəmdən çıxdı.
Parlamentin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirdi ki, Azərbaycan parlamentində siqaretin ictimai yerlərdə çəkilməməsi ilə bağlı artıq 10 ildən çoxdur ki, diskussiyalar gedir. Bununla bağlı bir neçə ölkənin təcrübəsi də öyrənilib: "Bizim "Tütün və tütün məmulatları haqqında" mövcud qanunumuzda da bu məsələ bir sıra maddələrdə təsbit olunub. Amma mövcud reallıq onu göstərir ki, cəmiyyətdə bunu reallaşdırmaq çox çətindir. Təsdiqetmənin, reallaşdırmanın mexanizmi çox ağırdır". H.Rəcəbli hesab edir ki, cəmiyyətimizin bu məsələyə hazırlanması üçün xeyli müddət tələb olunur. Məsələn, qardaş Türkiyə dövləti 10 il bundan öncə belə bir addımı atıb. Ancaq bu qanun orada işləməyib. Bu yaxınlarda Türkiyə dövləti yenidən məsələyə qayıdaraq təzədən bütün ictimai yerlərdə tütün məmulatlarından istifadəyə qadağa qoyub: "Xatirimdədir, Türkiyədə səfərdə olarkən otellərdən birində yazılmışdı ki, filan yerdə siqaret çəkmək olar, amma filan yerdə çəkmək olmaz. Özü də orada siqaretdən istifadə ilə bağlı qadağanı pozan şəxsə qanunla nəzərdə tutulmuş cərimə cəzasını həmin otelin meneceri tətbiq edir. Yəni həmin menecer oteldə qalan şəxsə siqaretdən qanunsuz istifadəyə görə cərimə yazır. Ancaq bu cəriməni necə ödəmək olacaq? Bax, bunu icra etməyin mexanizmi çətindir. Bu gün Azərbaycanın mövcud qanunvericiliyində də bu məsələ təsbit olunub, amma İnzibati Xətalar Məcəlləsində cərimənin tutulması mexanizmi yoxdur. Ona görə biz çox fikirləşirdik ki, bu yöndə ayrıca qanun qəbul edək, yoxsa "Tütün və tütün məmulatları haqqında" qanundakı məlum fəsli daha da sərtləşdirək. Daha doğrusu, tütün məmulatlarından istifadə ilə bağlı cərimənin tutulması formasını, qaydasını İnzibati Xətalar Məcəlləsinə salaq..." H.Rəcəbliyə görə, kimlərsə ictimai yerlərdə siqaretdən istifadə etdiyinə görə cərimə olunmalıdırlarsa, bunu məhkəmə etməlidir. Bunun icrası isə polisə tapşırılmalıdır. Amma bu prosedur müəyyən neqativ hallara gətirib çıxa bilər: "Kimsə kiminsə cibinə siqaret kötüyü tullayar və siqaret çəkməyən bir şəxs buna görə cərimə ödəməli olar". Komitə sədri hesab edir ki, hələ ki, bu yöndə müzakirələr davam etdirilməlidir. Digər tərəfdən, siqaret, tütün məmulatlarının zərərliliyi haqqında cəmiyyətdə, məktəblərdə və digər yerlərdə maarifləndirmə işləri gücləndirilməlidir: "Ancaq təəssüflər olsun ki, bu yöndə maarifləndirmə, belə demək mümkünsə, sıfır dərəcəsindədir. Bu məsələdə ailə nümunəsi, sağlam həyat tərzinin təbliği və digər məsələlər öndə dayanmalıdır. Məsələn, mən bu gün görəndə ki, varlı ailələrdə oğlan uşaqları araq içmirlər, siqaret çəkmirlər, buna görə sevinirəm. Vaxtilə ABŞ-da supermenin simvolu "Flipp Morris" sayılırdı. İndi bu gün Amerikada buna rast gəlmək olarmı? Heç bir halda. Supermen bu gün idmanla məşğul olan, qolf meydanında çalışan, at sürəndir və sair. Eyni zamanda, vaxtilə ABŞ, digər Qərb ölkələrinin filmlərində siqaret təbliğ olunurdu ki, indi bunlara rast gəlmək mümkün deyil. Bizdə isə belə yanaşma yoxdur. Bir müddət öncə telekanalların birində tanınmış yazıçılarımızdan birinə həsr olunmuş sənədli filmə tamaşa edirdim. Film boyu bu insanın əlindən siqaret yerə düşmədi. Axı, bu insanlar bizim örnəklərimizdir. Ona görə örnək insanlarımız addımlarına fikir verməlidirlər".
Komitə sədri belə hesab edir ki, siqaretin zərəri ilə bağlı maarifləndirmə işini sürətləndirmək üçün ən önəmli vasitə yazılı və elektron informasiya vasitələridir. Onun fikrincə, KİV-lər bu işdə daha fəal rol oynamalıdırlar: "Bu yöndə verilişlərin, mətbuatda yazıların sayının artırılması lazımdır. Özü də bu işi bayağı, şit formada yox, daha inandırıcı, daha təsiredici formada etməyə ehtiyac var".
Komitə sədri bildirdi ki, ictimai yerlərdə siqaretdən istifadənin qadağan olunması ilə bağlı elə Nazirlər Kabinetinin direktiv sənədləri var. Bundan başqa, nazirliklərin əmr və sərəncamları, məktəb direktorlarının qərar qəbul etmək hüquqları var: "Məktəb direktoru əmr verə bilər ki, dəhlizdə siqaret çəkmək olmaz. Kimsə bu qaydanı pozarsa, həmin adamı müəyyən cəza tədbiri gözləyə bilər. Bunlar da maarifləndirmə, təbliğat elementlərinin bir forması kimi daha yaxşı şəkildə icra edilə bilər".


İlham QULİYEV
+  -  Çap 
Yerləşdirilib: 10.12.09 | Baxılıb: 628

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •