Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Havalar istiləşir, münasibətlər soyuqlaşır
İqlim dəyişikliyi dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərini müxtəlif cəbhələrə atıb

Kopengahendə iqlim dəyişikliyinə həsr olunmuş beynəlxalq konfrans dünən də davam edib. Tədbirdə çıxış edən BMT-nin baş katibi Pan Qi Mun dünya ölkələrini Kopehagendə keçirilən sammitdə daha fəal iştirak etməyə çağırıb. O bildirib ki, sammit iqlim dəyişikliyinin qarşısının alınmasında dönüş nöqtəsi olmalıdır. O əminliyini ifadə edib ki, iqlim dəyişikliyi ilə bağlı müqavilə sənədi növbəti iki həftə ərzində qəbul olunacaq. Pan Qi Mun, həmçinin bu yaxınlarda Böyük Britaniyanın İst Anqliya universitetinin interent yazışmalarından iqlim dəyişikliyi ilə bağlı oğurlanmış məlumatlara da aydınlıq gətirib. Baş katib oğurlanaraq internet səhifələrdə yerləşən məlumatların əksinə olaraq bildirib ki, iqlim dəyişikliyi təbii deyil, insan fəaliyyəti nəticəsində yaranır. O iqlim dəyişikliyinin sürətlə baş verdiyini diqqətə çatdırıb. "Hakerlik vasitəsilə elektron poçtlardan oğurlanmış məlumatlar iqlim dəyişikliyi ilə bağlı elmi araşdırmaların nəticələrinə şübhə qoya bilməz. Bir şey aydındır ki, iqlim dəyişikliyi biz gözlədiyimizdən də sürətlə baş verir və bunun əsas səbəbkarı biz insanlarıq". Qeyd edək ki, Pan Ki Munun çıxışında xatırlatdığı iqlim dəyişikliyi ilə bağlı oğurlanmış məlumatlarda alimlərin öz nəzəriyyələrinə uyğun olmayan sübutları gizlətməyə çalışdıqları göstərilir. İki həftə ərzində 190 ölkədən olan nümayəndələr iqlim dəyişikliyilə mübarizə yollarına dair yeni qlobal razılaşmanın əldə olunmasına çalışacaqlar. Bu sənəd 2012-ci ildə müddəti başa çatan Kioto Protokolunu əvəz etməlidir. Amma bütün ümidlərə və gözləntilərə baxmayaraq, iştirakçı ölkələr arasında böyük parçalanma var və bu parçalanmalar Kioto protokolundan yox, 1992-ci ildə Rio-de-Yaneyroda başlamış proseslərdən qaynaqlanır. Rio-de-Yaneyrodakı Yer Kürəsi mövzusuna həsr olunmuş sammit dünyanın iqliminin dəyişilməsinə və temperaturun artmasına reaksiyanın başlanğıcı idi. Burada toplaşan siyasi liderlər saziş imzalayaraq onu BMT-nin iqlim dəyişikliyi ilə bağlı deklarasiyası adlandırdılar. Məqsəd istixana qazlarının tullantısını sabitləşdirmək və insanın iqlim sisteminə təhlükəli müdaxiləsinin qarşısını almaq idi. Deklarasiyanın dördüncü maddəsində deyilirdi ki, öhdəliklər müxtəlif olsa da, məqsəd birdir. Bu o demək idi ki, ölkələr havaya tulladıqları qazların həcmini azaltmalıdırlar.
Kioto protokolunun tarixçəsi
İkinci dəfə iqlim məsələsini müzakirə etmək imkanı Yaponiyanın Kioto şəhərində nəsib oldu. 1997-ci ildə günlərlə davam edən danışıqlardan sonra BMT konvensiyasının məqsədlərinə nail olmaq istiqamətində ilk kollektiv addım atıldı. Kioto protokolu 37 sənayeləşmiş ölkəni karbon qazı tullantısını azaltmağa cavabdeh edirdi. Hindistan və Çin kimi ölkələrə qarşı tullantı məhdudiyyətləri yox idi.
İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasındakı bu fərq ABŞ-da qəbul edilən saziş üçün çox önəmli idi. Bir çox amerikalı siyasətçi Çinə qarşı karbon tullantıları məsələsində məhdudiyyətlərin olmamasından qəzəbli idi. Həmin vaxt çıxış edən senator Çak Heygel amerikalı siyatəçilərin fikrini belə ümumiləşdirmişdi: "Bu, Amerika üçün çox əl verməyən sövdələşmədir. Mən inanmıram ki, prezident bunu imzalasın". Beləliklə, saziş Senata təqdim edilməmiş Klinton administrasiyası onu rədd etdi. Corc Buşun dövründə isə ABŞ qlobal proseslərdə iştiraka elə də meyilli deyildi. Çoxları bunun ədalətsiz olduğunu hesab edirdi. 2007-ci ildə bir çox ölkələrin təzyiqi altında ABŞ çətinliklə də olsa iki istiqamətdə gedən danışıqlarda iştirak etməyə razılıq verdi. Bu danışıqlar Kopenhagen sammiti zamanı bütün tərəflərin bir yerə gəlməsini nəzərdə tutur.
Kopenhagen perspektivləri və çətinliklər
Amma iki il davam edən danışıqlar bir nəticə vermədi. Bu yaxınlarda Barselonada ətraf mühitin müdafiəsi fəalları iqlim dəyişikliyinə həsr olunmuş toplantının keçirilməsinə maneə yaratmağa çalışmışdılar. Onlar irəliləyişin asta getdiyindən şikayətlənirdilər. Zəngin ölkələr deyirlər ki, dünya dəyişib və yeni sövdələşməyə daha iri inkişaf etməkdə olan ölkələrin havaya atdıqları tullantılara məhdudiyyətlərin qoyulması da daxil edilməlidir. Axı indi real olaraq geniş karbon tullantısı prosesi məhz bu ölkələrdə baş verir. İnkişaf etməkdə olan ölkələr isə deyirlər ki, 1992-ci ildə edilən vədlərə əməl edilməyib və onlar öz xalqlarını yoxsulluqdan çıxarmalıdırlar. Bu fundamental çətinliklərə görə BMT rəsmiləri və hökumətlər Kopenhagendə əməl edilməsi qanuni olan sövdələşmənin əldə edilməyəcəyini etiraf ediblər. Bir çox inkişaf etməkdə olan ölkələr temperaturun artması kimi ciddi reallıqlarla üzləşiblər və onlar gecikmələrdən qəzəblidirlər. Onlar zənginləri günahlandırırlar. Məsələn, Aqustin Ncamşi Kamerundandır və o, PanAfrika İqlim uğrunda Ədalət alyansını təmsil edir: "Paradoks bundan ibarətdir ki, biz zəngin ölkələrlə onların münasibətini dəyişməyə yönəlmiş danışıqlar apararkən, iqlim yoxsul insanları həyatlarını dəyişməyə məcbur edir. İnkişaf etmiş ölkələr bunu bilməlidirlər. Bu, diplomatiya, vergi məsələsi deyil. Bu, ölüm-dirim məsələsidir. Onlar bunu dərk etməlidirlər".
Beləliklə, inkişaf etməkdə olan ölkələrdə inamsızlıq və yorğunluq Kopenhagendə sazişin əldə edilməsi istiqamətində əsas maneə ola bilər. Vasitəçilər texniki məsələlərdə razılığa gələ biliblər. Lakin hərtərəfli saziş əldə etmək üçün lazım olan güzəştlərin çatışmazlığı ucbatından BMT dünya liderlərinə üz tutub. Bu liderlərin əksəriyyəti Kopenhagen sammitində iştirak edir.
+  -  Çap 
Yerləşdirilib: 10.12.09 | Baxılıb: 342

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •