Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
“Sivilizasiya” jurnalının ilk sayı işıq üzü görmüşdür
Azərbaycan dövrü mətbuatının cərgəsinə bir nəşr də əlavə olunub. Bakı Avrasiya Universitetinin “Sivilizasiya” adlı elmi-nəzəri, praktik jurnalının ilk sayı çapdan çıxıb. Redaksiya heyəti ölkəmizin görkəmli tarixçi alim və filosoflarından tərtib olunan yeni dərginin əsas məramı dünya sivilizasiyalarının inkişaf qanunauyğunluqları, Azərbaycanın ədəbi, fəlsəfi fikrinin bəşər mədəniyyəti ilə qarşılıqlı əlaqələri, müasir qloballaşma şəraitində etnos və xalqların milli-mənəvi, əxlaqi dəyərlərinin üzləşdiyi problemlər və s. barədə oxuculara geniş məlumat verməkdir.

Jurnalın ilk sayında fəlsəfə elmləri doktoru, professor Nazim Hüseynlinin “Biososial sintez və şumer təfəkkürünün üfüqlərində sossublimasiya”, hüquq elmləri doktoru Nazim Cəfərlinin “Müqayisəli hüququn tədrisi məsələlərinə dair”, filologiya elmləri doktoru Fəxrəddin Veysəllinin “Qloballaşma və mədəniyyətlərarası ünsiyyətdə qlobal dil problemləri”, tarix elmləri namizədi Aqşin Mehdiyevin “Azərbaycan Avropa Şurası yollarında”, fəlsəfə elmləri namizədi Rövşən Hacıyevin “Ümumbəşəri tarixi inkişafın müasir vektoru”, pedaqogika üzrə elmlər doktoru Nazilə Abdullazadənin “Qloballaşma və əxlaqi-mənəvi dəyərlərin qorunması”, və s. alimlərin dərin məzmunlu analitik məqalə və şəhərləri məqalələri dərc olunmuşdur.


Qeyd edək ki, həcm kifayət qədər böyük olan (10 çap vərəqi) “Sivizasiya” jurnalı Azərbaycan, rus və ingilis illərində çıxır və əsasən respublika ali və orta ixtisas məktəblərinin professor-müəllim heyəti və tələbələri arasında pulsuz yayımlanır.


Akif Əhmədgil,
Bakı Avrasiya Universitetinin əməkdaşı
+  -  Çap 
Yerləşdirilib: 17.02.12 | Baxılıb: 74

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •