"Öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı isə 500 min nəfər civarındadır"
ABŞ-ın keçmiş prezidenti Ronald Reyqanın hüquq üzrə müşaviri olan Brus Feyn qondarma erməni soyqırımı iddialarının yalan olduğunu sübuta yetirən faktları açıqlayıb. Türkiyənin "Birlik" qəzetinin yaydığı məlumata görə, müşavir ermənilərin iddialarının əsassız olduğunu vurğulayıb. O bildirib ki, Reyqanın prezident olduğu 1981-ci ildə bu məsələ Ağ ev tərəfindən araşdırılıb, iddiaların əsassız olduğu sübuta yetirilib və sənədləşdirilib. "Osmanlı imperiyası milli azlıqlara xüsusi diqqət yetirib, onlara qarşı qayğı ilə yanaşıb. Bu reallığı unutmamaq lazımdır. Azlıqlar dini azadlıqlarını və həyatlarını rahat şəkildə davam etdirib" - deyə müşavir bildirib. Onun sözlərinə görə, erməni terror təşkilatları I Dünya Müharibəsi illərində Fransa və Rusiya ilə birlikdə müsəlman osmanlıları qətlə yetirib: "Öldürülən türklərin sayı 2 milyon, ermənilərin sayı isə 500 min nəfər civarındadır.
Bu, araşdırmalar nəticəsində sübuta yetirilib. Burada vacib olan ermənilərin xəyanətidir. Osmanlılılar özlərini müdafiə ediblər. Xüsusilə ABŞ-da yaşayan ermənilər qondarma soyqırımı iddiaları ilə böyük pullar qazanırlar. Amerika hökuməti bu pullara görə erməniləri qarşısına almaq istəmir. Ermənilər inadla arxivlərini açmırlar. Çünki uzun illərdir qondarma iddialarla qazandıqlarını itirməkdən çəkinirlər. Arxivlər açılsa, bütün həqiqətlər ortaya çıxacaq".
Kamran
|