Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Vatikanın məxfi arxivindən Azərbaycana gətirilən sənədlərin tərcüməsinə başlanılıb
Ötən il dekabrın 7-də Vatikanın məxfi arxivindən Bakıya gətirilən sənədlərin tərcüməsinə başlanılıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Əlyazmalar İnstitutunun tərcümə və informasiya şöbəsinin müdiri Fərid Ələkbərli bildirib. Onun sözlərinə görə, sənədlərin tərcümə olunması ilə bağlı siyahı müəyyənləşdirilib. Sənədlər həmin siyahıya uyğun olaraq ardıcıl şəkildə tərcümə ediləcək. İlkin olaraq latın dilində olan sənədlərin tərcüməsinə başlanılıb: “Bu sənədlər XV-XVI əsrlərə, Səfəvilər dövlətinə aiddir. Tərcümə xeyli vaxt aparacaq. Bunlar qədim sənədlərdir və çox keyfiyyətli tərcüməsinə ehtiyac var”.

F.Ələkbərlinin sözlərinə görə, bunlarla yanaşı, Vatikan arxivlərində Azərbaycana aid sənədlərin bərpası prosesi də davam edir. Heydər Əliyev Fondu tərəfindən maliyyələşdirilən bərpa prosesini Vatikanın yerli mütəxəssisləri aparır. Artıq bərpaya təqdim edilən 40 əlyazmanın yarısı bərpa edilib. F.Ələkbərli bildirib ki, Vatikan arxivlərində Azərbaycanla bağlı araşdırmalar davam edəcək, lakin hələlik araşdırmaların nə zaman başlayacağı və konkret hansı dövrləri əhatə edəcəyi ilə bağlı təfərrüatlar məlum deyil.


Qeyd edək ki, Vatikanın məxfi arxivlərində Azərbaycana aid tapılan sənədlərin surəti dekabrın 7-də Bakıya gətirilib. Sənədlər ümumilikdə 1000 səhifə həcmindədir. Bu sənədlər Elxanilər, Atabəylər, Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər və Qacarlar dövlətlərinin hökmdarlarının Vatikana məktubları və onlara yazılmış cavab məktubları, Vatikandan sözügedən dövlətlərin hökmdarlarına məktublar və onlara yazılmış cavablar, müxtəlif missionerlərin Azərbaycandakı siyasi cərəyanlarla bağlı gizli hesabatları və s. sənədlərdən ibarətdir.
+  -  Çap 
Yerləşdirilib: 10.02.12 | Baxılıb: 70

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •