Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İctimai palat(k)ada «Eurovision» hazırlığı
Azad ölkənin azad olmayan düşmənlərinin sırasına ictimai palat(k)a adlandırılan qurumun üzvləri də əlavə olundu

Azərbaycanın “Eurovision-2012” mahnı yarışmasına ev sahibliyi etməsi ölkəmizi istəməyən qüvvələri əməlli-başlı sarsıdıb. Elə sarsılıblar ki, hələ uzun illər özlərinə gələ bilməyəcəklər. Azərbaycanın adının müxtəlif qara siyahılarda hallanması üçün əllərindən gələni edənlər, bundan xüsusi xoşlananlar, bir sözlə, çörəkləri Azərbaycana nifrətdən və bu xalqı aşağılamaqdan çıxanlar bu mühüm mədəniyyət hadisəsindən də yararlanıb «qabağa düşmək» istəyirlər.

Korrupsiya bataqlığına çevrilmiş «Soros» fondunun xarabalıqları üzərində boy göstərən QHT-lərin yaratdıqları anitAzərbaycan və anitmusiqi koalisiyasından sonra bu cərcəyə ictimai pralat (k)a adlandırılan qurum da əlavə olunub.

Artıq siyasi səhnədə olmayan və dərnək səviyyəsinə düşən bu siyasət pərgarları “Eurovision” yarışmasından da divident güdürlər, özlərinin çürümüş ambisiyalarını başları üzərinə qaldırıb Azərbaycana nifrət yağdırırlar. Təki ölkənin imicini  bir az də ləkələsinlər, erməni mətbuatının dövlətimizə qarşı qarayaxma kampaniyasına bir az da dəstək olsunlar.

İctimai palat(k)anın başbilənləri «Eurovision» ərəfəsində etiraz aksiyaları keçirilməsini planlaşdırırlar. Bəs bu aksiyaların formatı necə olacaq? Bax bu məsələ də «kələfin ucu görünür». Etiraz aksiyasında iştirak üçün görəsən kimləri küçəyə dəvət edəcəklər? Müxalifətin artıq çoxdan formalaşmış ştatlı iğtişaşçılarını artıq hamı tanıyır, onlara arxalanıb aksiyanın «möhtəşəm»liyinə heç təşkilatçılar özləri də bel bağlamırlar. Müxalifətin aksiyası heç olmasa «qey parad»dan fərqlənməlidir axı!

Uzun çək-çevirdən sonra palat(k)anın texnoloqları belə qərara gəliblər ki, əhalinin gur olan yerlərində flaş-moblar keçirsinlər, yəni 3-5 adam Fəvvarələr meydanında özlərini adamların sıx yerinə verib başlasınlar çığırmağa, həmən də dağılışsınlar. Muzdlu fotoqraflara da elə bu lazımdır, Allah fotoşopu yaradanının atasına rəhmət eləsin, elə şəkillər peyda olacaq ki, təəcüb etməmək mümkün deyil. Yəni doğurdanmı bütün bunlar Bakıda olub? Bəs niyə camaatın xəbəri yoxdu? Bəs niyə  polis yenə ənənəvi adamları saxlayıb? Bəs niyə canavar kimi ağzını açıb qışqıranlar elə eyni adamlardır? Heç təzə sifət yoxdu? Bu sualların cavabını hamı bilir, ictimai palat(k)anın başbilənləri isə hamıdan yaxşı bilir.
 


Bu siyasi səbatsızlara dəfələrlə başa salınıb ki, mədəniyyət yarışmasını siyasiləşdirmək olmaz. Elə «Eurovision» rəsmilərindən Sietse Bakker məsələyə açıq-aydın cavab verib: ««Eurovision» mahnı müsabiqəsi siyasi tədbir deyil, biz başqalarına bu tədbirdən siyasi məqsədlər üçün istifadə etməyə, ümumiyyətlə, şou zamanı siyasi bəyanatlara imkan vermirik və s. Əgər biz bu qaydalara riayət olunmasını istəyiriksə, o zaman özümüz də mahnı müsabiqəsini siyasi alətə çevirməmək üçün yaxşı nümunə olmalıyıq. Çünki bu, bizim məqsədlərimizə aid deyil».


Fuad Qəhrəmanlı
+  -  Çap 
Yerləşdirilib: 09.02.12 | Baxılıb: 142

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •