Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
İradə İbrahimova "Sərhəd tanımayan eşqlər" layihəsində
Türk kanalı sənətçinin ailəsindən danışacaq

TRT-Avazın yeni layihələrindən birini "Sərhəd tanımayan eşqlər" adlı veriliş təşkil edir. Verilişin aparıcılıq missiyası Türkiyədə yaşayan və fəaliyyət göstərən aktrisa Məlahət Abbasovaya həvalə edilib. Aktrisa ilə telefon bağlantısı zamanı o, verilişin növbəti çəkilişinin Türkiyədə yaşayan azərbaycanlı sənətçi İradə İbrahimovaya həsr edildiyini bildirib: "Eşidəndə ki İradə xanım Azərbaycan əsilli türk vətəndaşı ilə ailə həyatı qurub, çox sevindim. Onunla telefon əlaqəsi yaradaraq, verilişimin ilk qonaqlarından olmasını təklif etdim. Müraciətimi xoş qarşılayan sənətçi ilə görüşüm onun evində oldu. İradə xanım söz vermişdi ki, çəkilişdə həyat yoldaşı ilə birgə, qayınanası və qayınatasının da çıxışına imkan yaradacaq. Mən ötən həftə səmimi və mehriban bir ailənin qonağı oldum. Onlar isti söhbətləri ilə verilişin maraqlı keçməsinə imkan yaratdılar. Hətta İradə İbrahimovanın qayınatası səhhəti ilə bağlı uzun zamandır Azərbaycana gələ bilmədiyini kövrələrək söylədi".
Məlahət xanımın əlavəsinə görə, verilişin yayımı həftədə bir dəfə nəzərdə tutulub. "Sərhəd tanımayan eşqlər" hər həftənin çərşənbə günü saat 20:00-da efirə gedəcək. İradə İbrahimova ilə olan çəkiliş isə növbəti həftələrdən birinin payına düşür. Öyrəndik ki, Türkiyədə yaşayan azərbaycanlı sənətçilər son görüşlərində dostluq körpüsü yarada biliblər: "Mən İradənin səsini çox bəyənirdim. Onun qonaqpərvərliyi və səmimi münasibəti isə mənim ona qarşı olan münasibətimi daha da möhkəm etdi. Demək istəyirəm ki, İradə İbrahimovanın Türkiyənin sənət aləmində yeri var. İstəyirəm ki, türklər Azərbaycanın belə bir sənətçisinin Türkiyədə yaşadığını bilsinlər. Bu işdə əlimdən gələn qədər ona yardımçı olmağa çalışacam. Əminəm ki, aparıcısı olduğum veriliş də bu məqsədə xidmət edəcək".
Xatırladaq ki, verilişin ana xətti ailə həyatı qurandan sonra uzaq ölkələrdə yaşayan vətəndaşlara həsr edilir. M.Abbasova deyir ki, "Sərhəd tanımayan eşqlər" verilişini tək Azərbaycan və Türkiyə ərazisi ilə məhdudlaşdırmaq istəmir. Layihənin bir neçə ölkəni əhatə edəcəyini bildirən aktrisa tezliklə Makedoniya, İsveçrə, Orta Asiya ölkələrinə səfərlər edəcəyini söylədi.
+  -  Çap 
Yerləşdirilib: 09.12.09 | Baxılıb: 292

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •