Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qənimət Zahid hansı üzlə Fransaya etiraz edə bilər?
Əgər o, doğurdan da Türkiyəyə yönələn zərbəni bölüşmək istəyirsə, Azərbaycanla həmrəy olmaq istəyirsə, Fransaya sığındırdığı ailəsini vətənə gətirsin

Azərbaycan ictimaiyyəti Fransa senatının qəbul etdiyi qərara öz etirazının bildirir. Tarixin parlament səviyyəsində saxtalaşdırılması artıq bir sıra beynəlxalq qurumların da sərt qınağına səbəb olub. Bu addım ilk növbədə ifadə azadlığının pozulması kimi qiymətləndirilir və onun gələcəkdə təhlükəli presedent yarada biləcəyi narahatlıq doğurur. Qeyd edək ki, uydurma sayqırımı iddiaları haqqında məlum məsələ gündəmə gələndən ona qarşı ən sərt təpkilər məhz rəsmi Bakıdan gəlib. Dövlət rəsmiləri, Xarici İşlər Nazirliyi bununla bağlı açıq mövqe ortaya qoyublar.

İndiki şəraitdə hər bir türk kökənli şəxs Fransaya öz etirazını müxtəlif formalarda ifadə edir. Hansı siyasi qütbdə dayanmasından asılı olmayaraq insanların vətəndaşlıq təəssübü çəkərək etirazlarını bildirməsini başa düşmək olar. Amma bəzən elə adamlar da tapılır ki, onlar səslərini çıxarmasalar yaxşı olar.

«Azadlıq» qəzetinin qiyabi baş redaktoru Qənimət Zahid səsini çıxarmağa, hələ üstəlik kimisə ittiham etməyə haqqı çatmayan adamlardandır. Bir müddət əvvəl ailəsini Fransada yerləşdirib, fransız dostlarına sığınaraq Parisdə dörd otaqlı mənzilə sahib olan qiyabi baş redaktor senatın məlum addımından sonra gərək ki, dilini gödək edib gözəgörünməz olaydı. Yazılarını Paris-Bakı arasında yönləndirən Q.Zahid görəsən Fransaya hansı formada etiraz edəcək? Ümumiyyətlə, özündən xof yaradıb, guya vətənində təqib olunduğunu əlində bayraq edərək ailəsini fransız qoltuğuna sığındıran bu adamın haqqı varmı etiraz eləsin? Azərbaycanı satıb Fransada özünə yuva quran adam kimin təəssübünü çəkəcək məlum məsələdir!

Həm də bu, Q.Zahidin praktikasında təzə məsələ deyil ki… O bir neçə il əvvəl İrana gedib ETTALAT-la əməkdaşlığa qol çəkib, sonradan öz-özünü ifşa etməmişdimi? Məlum rolikdən sonra yoxa çıxmış müavini ilə Xocalı faciəsi günü «Üç palma»nın kölgəsində göstərdiyi şouda baş rolu necə ifa eləmişdi? Təsadüfü deyil ki, sevimli əməkdaşı Ruslan Bəşirli erməni kəşfiyyatçıları ilə bir az içib xumarlanandan sonra Azərbaycanı keçi qiymətinə satdığı zaman öyünərək sitat gətirdiyi də Q.Zahid olmuşdu. İndi bu adam hardansa abır tapıb ona qısılmaq əvəzinə senatın məlum qərarı ərəfəsində Azərbaycanı  Fransa ilə gizli sövdələşməyə getməkdə ittiham edir. Özünün xəstəhal düşüncəsinə arxalanaraq belə cəfəng fikrə düşmək erməni mətbuatının sevimli istinad yerinə çevrilmiş «Azadlıq» qəzetinin boş yazarından çıxa bilərdi.

Q.Zahidin Fransaya nəinki etiraz etməyə hünəri çatmaz, bu mövzuda danışmasa yaxşıdır. Çünki danışdıqca özünü biabır eləyir. Adam onun yerinə xəcalət çəkir.

Əgər Türkiyəyə yönələn zərbəni bölüşmək istəyirsə, Azərbaycanla həmrəy olmaq istəyirsə, Fransaya sığınmış ailəsini vətənə gətirsin. Bu, onun edə biləcəyi ən optimal etiraz forması ola bilərdi. Amma bu çətin ki, baş versin…


Fuad Qəhrəmanlı
+  -  Çap 
Yerləşdirilib: 27.01.12 | Baxılıb: 73

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •