Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Dayə seçərkən nəyə diqqət etməli?
Elmira Mirzəyeva: “Müəyyən qurumlar yaranmalıdır ki, dayələrin hazırlanması ilə məşğul olsun”

Gülnar Ağayeva: “Dayə nə qədər yaxşı olsa da, ana sevgisini əvəz edə bilməz”


Bu gün cəmiyyəti düşündürən məsələlərdən biri də yeni doğulan uşaqların tərbiyəsi, onların sağlam böyüyüb inkişaf etməsidir. Bu yolda, təbii ki, valideynlərin üzərinə böyük məsuliyyət düşür. Ancaq hərdən müəyyən səbəblərə görə bu məsuliyyət dayələrin üzərinə atılır. Məsələn, valideyn özü işə gedir, uşağına baxmaq üçün isə dayə tutur.


Bu cür hallar Azərbaycanda əvvəlki illərlə müqayisədə son dövrlərdə daha da artmaqdadır. Hətta bəzi valideynlər məcburiyyət daxilində dayə tuturlarsa, bəziləri bunu özləri əziyyət çəkməmək üçün edirlər. Lakin bunun uşaqlar və onların gələcəyi üçün hansı fəsadlara gətirib çıxaracağına etinasız yanaşırlar. Nəticədə öz doğma uşaqlarını ana qayğısından, ana nəfəsindən məhrum edirlər. Dayə məsələsində digər məqam onların uşaqları incitməsi və hətta döyməsidir. Çox uzağa getməyək, elə bu yaxınlarda Azərbaycan televiziyalarında nümayiş olunan kadrlar buna əyani sübutdur.


Bunları yazmaqda məqsəd dayələrin işinə əngəl olmaq deyil. Ən ümdə məqsədimiz odur ki, valideynlər dayə tutarkən hansı kriteriyalara əməl olunmalıdr, onu bilsinlər. Və uşaqlarının etibarlı əllərdə olub-olmamağına əmin olsunlar. Sözügedən mövzu ətrafında aldığımız ekspert rəylərinə görə, dayələr üç əsas keyfiyyəti daşımalıdırlar. Birincisi - onlar təhsilli, ikinci – mütləq sağlam olmalıdırlar, üçüncüsü isə psixoloji testdən keçməlidirlər. Daha ətraflı elə ekspertlərin özündən öyrənək:


Uşaq Qaynar Xəttinin psixoloqu Gülnar Ağayeva dedi ki, uşağa ilk növbədə valideyn qayğısı lazımdır: “Uşaqla valideynin məşğul olması emosional baxımdan daha yaxşıdır. Yəni uşaq hərtərəfli qayğı ilə təmin olunur. Dayə nə qədər yaxşı olsa da, ana sevgisini əvəz edə bilməz. Bu gün elə analar var ki, işdə olurlar, uşağa baxmağa vaxtları olmur, ona görə dayə tutmağa məcbur qalırlar. Amma, mən ümumiyyətlə, uşaqların dayəyə verilməsinin tətrəfdarı deyiləm. Əgər valideyn dayə tutmağa məcburdursa, onu araşdırmalı və haqqında hər şeyi öyrənməlidir. Uşaqlara dayə tutmaq o demək deyil ki, valideyn uşağa vaxt ayırmamalıdır. Dayəylə paralel valideyn də günün müəyyən saatlarında uşağa vaxt ayırmalıdır. Bu işləri sırf ananın üzərinə atmaq da olmaz, ata da həmçinin uşaq üçün vaxt ayırmalıdır. Belə olmadıqda, gələcəkdə uşağın sağlamlığında fəsadlar yarana bilər”.


Gülnar xanım, həmçinin hesab edir ki, təhsili və sağlamlığı olmayan dayələrə etibar etmək olmaz. Əgər dayə təhsillidirsə, demək o, uşağa həm gigienik cəhətdən, həm də sağlamlıq baxımından yaxşı baxacaq.


Praktik Psixoloqlar Assosiasiyasının prezidenti Elmira Mirzəyeva da qeyd etdi ki, əgər valideyn çıxılmaz vəziyyətdə qalaraq uşaq üçün dayə tutarsa, onun keçmişi, sağlamlığı, təhsili, şəxsi xarakterik xüsusiyyətlərini mütləq nəzərə almalıdır: “Çünki biz bilmirik ki, tərbiyəçi kimi dayənin şəxsi keyfiyyətlərində hansı mənfi və ya müsbət xüsusiyyətlər var. Bir sözlə, valideyn evinə adam buraxanda nəzərə almalıdır ki, kimi buraxır. Çox yaxşı olar ki, valideynin imkanı olarsa, evdə izləmə kamerası quraşdırsın. Dayələr arasında ruhi və əsəb xəstəliyi olanlar da var. Bundan başqa, dayə adıyla evlərdən oğurluq edənlər də az deyil”.


Psixoloq digər bir məqam kimi bildirdi ki, biz istəsək də, istəməsək də dayənin saxladığı uşaq ancaq onun xasiyyətini götürür: “Mən hesab edirəm ki, dayə məsələsi artıq ciddiləşdirilməlidir, yəni müəyyən dövlət və qeyri-dövlət qurumları yaranmalıdır ki, birbaşa dayələrin hazırlanması ilə məşğul olsun. Onlar üçün kurslar təşkil olunmalı və bütün psixoloji və sağlamlıq testlərindən keçməlidirlər. Valideyn də dayə seçərkən heç bir tərəddüdsüz həmin mərkəzə müraciət etməlidir. Necə ki uşaqlarımızı poliklinika və özəl klinikanın həkimlərinə etibar edirik, eləcə də həmin mərkəzin dayələrinə etibar edə bilərik”. E.Mirzəyeva sonda vurğuladı ki, dayəliyə də bir peşə, sənət kimi baxmalıyıq. Çünki biz gələcəyimizi tapşırırıq onlara.


Uşaq Hüquqları Müdafiə Liqasının sədri Yusif Bəkirov isə hesab edir ki, dövlət tərəfindən dayələr üçün müəyyən imtiyazlar nəzərdə tutulsmalıdır: “Ümumi praktikaya görə, bir çox inkişaf etmiş ölkələrdə əhali çox olduğundan, bağçalarda yerlər məhdudlaşır və valideynlər dayə tutmağa məcbur olurlar. Dayə məsələsi isə dövlət tərəfindən tənzimlənir. Dayələrə xüsusi kurslar keçirilir və onlar hərtərəfli olaraq hazırlanırlar. Təəssüflər olsun ki, Azərbaycanda və digər yüksək inkişaf etməmiş ölkələrdə vəziyyət başqa cürdü. Burada ya uşaq bağçaları çatışmır, ya da bağçalar acınacaqlı vəziyyətdədir. Ona görə də valideyn dayə tutmağa məcbur olur. Ən pis hal isə odur ki, valideyn heç bir dayəni müqavilə ilə götürmür. Müqavilə ona görə lazımdır ki, dayə uşağı vura bilər, evdən oğurluq edə bilər. Bir məsələ də dayələrin sağlamlıq haqqında sənədlərinin olmamasıdır. Hesab edirəm ki, dayə vəzifəsi də dövlət tərəfindən tənzimlənməli və onun dövlət proqramı hazırlanmalıdır. Bundan başqa, dayələrin işləməsi üçün geniş şərait yaradılmalı, müəyyən imtiyazlar olmalı və onlar vergidən azad edilməlidirlər. Digər tərəfdən, uşaqların hüquqlarını müdafiə etməkdən ötrü dayələrə nəzarət proqramı da hazırlanmalıdır. Çünki dayə uşağı incidə və onunla düzgün davranmaya bilər. Hesab edirəm ki, belə olarsa, dayə öz işinə məsuliyyətlə yanaşar”.


Elgün Mənsimov
+  -  Çap 
Yerləşdirilib: 27.01.12 | Baxılıb: 92

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •