Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Gede "Neftçi"dən 100 avro istəyir
FİFA bununla bağlı flaqmana xəbərdarlıq edib

Son günlər Bakının "Neftçi" klubu ilə bağlı problemlər səngimək bilmir. Markus Fereyranın paytaxt təmsilçisindən FİFA-ya şikayət edərək, 100 min dollar civarında pul alması, üstəlik "Turan"la şübhəli oyun komandanı çətin vəziyyətə salıb. Komandanı bu dəfə sınağa çəkən isə almaniyalı məşqçi Hans-Yurgen Gededir.
Apasport.az saytının məlumatına görə, sabiq baş məşqçisi Gede də müqaviləsinin birtərəfli qaydada, qeyri-qanuni şəkildə pozulmasını əsas gətirərək klubdan təzminat istəyir. Bu məqsədlə alman çalışdırıcı ali futbol qurumu FİFA-ya müraciət edib. FİFA isə Gedenin müqaviləsinin qeyri-qanuni pozulmasını təsdiqləyərək, ona təzminat ödənilməsi haqda qərar çıxarıb.
Hətta bu məqsədlə beynəlxalq futbol təşkilatı "Neftçi" klubuna rəsmi məlumat göndərərək, təxminən 100 min avronun yaxın zamanlarda ödənilməsi barədə xəbərdarlıq edib. "Mənim vaxtımda FİFA-dan Hans-Yurgen Gede ilə bağlı rəsmi sənəd almamışdıq. İndi belə xəbərdarlıq məktubunun olduğunu deyə bilmərəm. Çünki mən artıq komandada deyiləm". Bu fikirləri apasport.az saytına açıqlamasında "Neftçi"nin sabiq vitse-prezidenti İlqar Quluzadə deyib.
Bu postda 15 ay çalışan İ.Quluzadənin dövründə baş məşqçi postuna gətirilən Hans-Yurgen Gede yarım ildən sonra istefaya göndərildi. Bu ilin martında qovulan alman mütəxəssisdən uzun müddət xəbər-ətər çıxmasa da, indi o, müqaviləsinin birtərəfli qaydada, qeyri-qanuni şəkildə pozulmasını əsas gətirərək klubdan təzminat istəyir.
İ.Quluzadənin artıq 3 aya yaxındır "Neftçi"dən ayrıldığını nəzərə alsaq, onun bu haqda xəbərsiz olması, klubdan sənəd haqda soruşulmasını deməsi başa düşüləndir. Ancaq onu da nəzərə almaq lazımdır ki, Gede ilə bağlı olaylar flaqmanın əvvəlki rəhbərliyi dövründə baş verib. Bu mənada İ.Quluzadənin fikirlərini öyrənməyə lüzum vardı: "Bu məsələdə faktlarla danışmaq lazımdır. Yəni, həqiqətən də FİFA-dan belə rəsmi sənəd gəlib, ya yox? Həmin sənədi görəndən sonra öz fikrimi deyə bilərəm. Fakt yoxdursa, danışmağa da dəyməz. Təbii ki, müqavilə pozulursa, təzminat məsələsində Gede öz mənafeyini güdəcək, klub da öz nüfuzunu qoruyacaq. Onun nəinki məşqçilikdə, insani keyfiyyətlərində də ciddi problemləri var idi. Gedenin "Neftçi"dən kənarlaşdırılmasından artıq xeyli vaxt keçib. Görünür, yuxusunda nəsə görüb".
+  -  Çap 
Yerləşdirilib: 09.12.09 | Baxılıb: 262

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •