Ötən il paytaxtın ilkin mənzil bazarı üzrə qeydə alınmış nəticələrə görə, satışdan çıxan binaların sayı 20 olub. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinədən verilən xəbərə görə, bu, 2010-cu ildəki göstəricidən cəmi 2 (22 ədəd) bina az deməkdir. 2011-ci ildə ilkin mənzil bazarında qiymətlər azalana doğru davam etsə də, əsasən sabitlik hökm sürüb. Yeni satışa çıxarılan binaların sayı isə 9 ədəd olub.
2011-ci ildə paytaxtın tikinti materialları bazarında ilin əvvəlindən başlayan aktivlik və qiymət artımı noyabr ayınadək davam edib, hətta ilin 3-cü rübünün qiymət indeksi 2008-ci ilin ən pik qiymətləri olan dövrünü geridə qoyub: “Belə bir tendensiyaya ölkədə tikinti işlərinin sürətlənməsi, əmlak bazarına yönəldilən investisiyaların həcminin çoxalması, yerli istehsalın artımı, alternativ tikinti materiallarının idxal məhsullarını sıxışdırması və mövsümi amillərin səbəb olmasını istisna etmək olmaz. İlin sonuna doğru mövsümi amillər və bununla əlaqədar olaraq bazarda müşahidə edilən passivlik qiymətlərin sabit və nisbi azalmasına gətirib çıxartsa da, hər halda ilin əvvəli ilə sonundakı qiymət fərqi (38 adda 88 növdə tikinti materialı üzrə) 15,7% artım ilə müşahidə edilib. Bu da əsasən bir sıra idxal məhsullarında artan tendensiyasının nəticəsi olaraq baş verib. Başqa sözlə ifadə etsək, 2011-ci ilin yanvar ayı ilə dekabr ayı arasında yaranan bu fərqi əsasən Rusiya istehsalı olan dikt (17%), DSP (38,8%), DVP (25,9%), armatur (16,7%), dəmir boru (11,8%), Ukraynadan idxal edilən dəmir təbəqə (14,3%), sink təbəqə (19,0%) və s. təşkil edib.
|