«Eurovision» ərəfəsində qaraqışqırıq salan bu qadının açıqlamaları erməni mətbuatının əsas istinad yerinə çevrilib
Azərbaycanın beynəlxalq uğurları, əldə olunan nailiyyətlər, ölkəmizdə həyata keçirilən geniş abadlıq və quruculuq tədbirləri vətəninə bağlı olan hər bir kəsi sevindirir. Bir neçə aydan sonra Bakıda keçiriləcək “Eurovision” mahnı yarışması kimi mötəbər mədəniyyət tədbiri ölkəmizin həyatında mühüm hadisə olmaqla yanaşı onun dünyada bir daha tanıdılması baxımdan gözəl fürsətdir. Amma çox təəssüf ki, bəzən adını azərbaycanlı qoyan elə adamlar da tapılır ki, bu fürsətə özlərinin ənənəvi ambisiyalarını həyata keçirmək vasitəsi kimi, yaranmış imkandan Azərbaycana zərbə vurmaq şansı kimi baxırlar. Həyata hər zaman qara eynək arxasından baxan belələri hansısa məqsədlər naminə Azərbaycanın nailiyyətlərinə sevinmək əvəzinə, dezinformasiyalar yayaraq, “Azad musiqi azad olmayan ölkədə” kampaniyası çərçivəsində beynəlxalq aləmdə ölkəmizin nüfuzuna xələl gətirməyə çalışırlar.
Fəaliyyətləri ancaq Azərbaycana iifrət üzərində qurulan beynəlxalq erməni şəbəkəsinin «beşinci kaloniyası»nı həmişə olduğu kimi tanış simalar təşkil edirlər - Sülh və Demokratiya İnstitutu, Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu, İnsan Hüquqları Klubu, Siyasi Azadlıqları Müdafiə Alyansı, Demokratik Jurnalistika Məktəbi, “Nida” Vətəndaş Hərəkatı, “Azad gənclik” Təşkilatı və s. Bunlar müxtəlif adlar altında gizlənsələr də, əslində məqsədləri eynidir, eyni dirijorun çubuğunun işarəsi ilə hərəkətlərini tənzimləyirlər. Azərbaycanda azad sözün, azad fikrin olmadığını təbliğ edir, «Eurovision» kimi beynəlxalq əhəmiyyətli bir yarışmaya ölkəmizin ev sahiblik etmək iqtidarında olmadığını car çəkirlər. Bu istiqamətdə Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus daha çox dəridən-qabıqdan çıxmaqdadır.
Qeyd edək ki, Sülh və Demokratiya İnstitutu adlı təşkilatın rəhbəri, erməni əsilli olmasını heç gizlətməyən L.Yunusun siyasi səhnədə peyda olduğu andan ala-qaranlıq karyerası onun kimliyindən, özünəməxsus yol keçməsindən xəbər verir. O, AXC-Müsavat cütlüyünün hakimiyyəti dönəmində Müdafiə Nazirliyinin nəzdində təchizat və təminat (əsgərlərin qidalanması və qida rasionu üzrə) şöbəsinə rəhbərlik edib. Müharibənin qızğın dövründə erməni kökənli birisinin belə bir mühüm posta oturdulması, Azərbaycan oğullarının can verdiyi döyüşlərdə hələ bu vaxta kimi açılmayan xəyanətlərin başlanğıcı idi. Azərbaycana qarşı qarayaxma kampaniyasında ad çıxarmış daha bir “azərbaycanlı”, Helsinki Vətəndaş Assambleyasının rəhbəri Arzu Abdullayevanın vaxtı ilə mətbuata verdiyi açıqlamasında bildirmişdi ki, L.Yunus müdafiə nazirliyində işlədiyi müddətdə oranı sözün həqiqi mənasında çapıb-talayıb. Cəbhəyə göndəriləsi ət və digər qida məhsullarını mənimsəyərək, bazara çıxarıb. Bununla da müharibə dövründə yumşaq desək, ermənilərin mənafeyinə xidmət etmiş olub. L.Yunus ermənilərdə nə görübsə onlara pərəstişini heç vaxt gizli saxlamayıb.
Ötən il paytaxtın Şəmsi Bədəlbəyli küçəsində yenidənqurma tədbirləri ilə bağlı aparılan işlər zamanı Sülh və Demokratiya İnstitutunun rəhbəri L.Yunusun bir neçə kvadrat metrlik ofisi də sökülüb. Həmin ərazidə yaşayan bütün vətəndaşlar qanunla müəyyən olunmuş miqdarda pul kompensasiyası və şəhərin mərkəzi rayonlarında alterativ yaşayış yeri ilə təmin olunsa da, “hüquq müdafiəçisi” bunların heç biri ilə razılaşmayıb. O, məqsədli şəkildə hay-küy salaraq, guya, ölkəmizdə insan haqlarının tapdandığını, demokratiyanın kobud şəkildə pozulduğunu bildirib.
Bu qadın özünün genetik yaddaşına uyğun olaraq, bu məsələdə daha çox ermənipərəst mövqe nümayiş etdirməsi ilə seçilib. Belə ki, bu “hüquq müdafiəçisi»nin «Eurovision» yarışmasının hazırlıq proseslərinə, paytaxtımızda aparılan abadlıq və quruculuq siyasətinə qarşı fikirləri az keçməmiş erməni mətbuatında özünə yer tapıb. Ermənilərin “trend.am” və “ponorama.am” saytları və digər qəzetləri könül xoşluğu ilə belə xəbərlərə münasibət bildirib, ölkəmizdə demokratiyanın boğulmasından danışıblar. Bütün bu baş verənləri yaxından izləyib, qısa təhlil aparanda aydın olur ki, L.Yunusun və onu dəstəkləyənlərin fəaliyyəti erməni dairələrinin təhriki ilə Azərbaycana olan növbəti hücum, ölkəmizin əleyhinə həyata keçirilən kampaniyanın tərkib hissəsidir.
Adının hüquq müdafiəçisi qoyan əslində isə qrant dəllalı olan bu qadının eşi Arif Yünüsda erməni kökəninə sadiq qalaraq arvadının hüquqi hoqqalarına palitoloji rəng qatmaqla ad çıxarıb. Görünür genetik kodlar heç zaman dəyişilmir. Bu ər-arvadın Azərbaycan nifrəti də məhz kökdən gəlir. L.Yunusun barmaq işarəsi ilə oturub duran «QHT-şnik»lər isə öz əməlləri ilə sübut edirlər ki, onlar da məmnuniyyətlə erməni xislətini bölüşürlər.
Rufik İSMAYILOV