Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Terroru dəstəkləyən ölkə
İranın Azərbaycana qarşı təxribatla məşğul olduğu dəfələrlə sübuta yetirilib

İranın fars molla rejiminin qonşu Azərbaycanda pozuculuq və sabitliyi pozmağa yönəlmiş tədbirləri ara vermir. Bir müddət əvvəl ölkəmizə qarşı həyata keçirilən kiberhucumun ardınca daha təhlükəli bir hadisənin üstü açılıb. Belə ki, ötən həftə Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində ictimai xadimin xidməti fəaliyyətinə son qoymaq məqsədilə onun həyatına sui-qəsd etməyə, yəni terror aktına hazırlıqda, qanunsuz olaraq külli miqdarda odlu silah, döyüş sursatı, partlayıcı maddələrin, qurğuların əldə edilməsində və digər cinayətlərdə təqsirli bilinən bir qrup şəxs ifşa olunaraq yaxalanıb. Bəlli olub ki, Azərbaycan vətəndaşları - Rasim Əliyev, Əli Hüseynov, habelə əvvəllər banditizm, adam oğurluğu, quldurluq kimi xüsusilə ağır cinayətlər törətdiyinə görə barəsində axtarış elan edilmiş, hazırda Ərdəbil şəhərində yaşayan Balaqardaş Dadaşov və qeyriləri cinayət əlaqəsinə girərək qabaqcadan əlbir olan bir qrup şəxs halında Bakı şəhərində fəaliyyət göstərən xarici ölkə vətəndaşları olan ictimai xadimlərin xidməti fəaliyyətlərinə son qoymaq məqsədilə onların həyatına sui-qəsd, yəni terror aktı etməyə hazırlıq işləri aparıblar. Onlar bu məqsədlə qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə edərək İran istiqamətindən Azərbaycanın gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirib Azərbaycana gətirmiş və digər hüquqazidd əməlləri törədiblər. Həmin şəxslərin İranın xüsusi xidmət orqanları tərəfindən birbaşa əlaqələndirildikləri və maliyyə aldıqları da bəlli olub. Lakin Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş təxirəsalınmaz qabaqlayıcı əməliyyat tədbirləri nəticəsində Rasim Əliyev və Əli Hüseynov iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları terror aktını başa çatdıra bilməyərək yaxalanıblar. Rasim Əliyev və Əli Hüseynov təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə bütün halların araşdırılması üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, nəticə İranın bu işdə xüsusi xidmət orqanlarının bu işdə əli olduğunu üzə çıxarmış olacaq. Bəs görəsən, fars rejiminin belə bir iyrənc addımları atmağa nə sövq edir? Şübhəsiz ki, daim müsəlman birliyindən və həmrəyliyindən danışan İran bu cür addımları ilə ortaq mənəvi dəyərlərə, qonşuluq və dostluq meyarlarına sadiq olmadığını nümayiş etdirmiş olur. İrana bağlı qüvvələrin ölkəmizdə terror aktı törətmək istəyinin ifşa olunması bir daha onu göstərir ki, İran sözdə Azərbaycana dost desə də, faktiki olaraq bu münasibətlərdə səmimi deyil. Əgər İran tərəfi əvvəl Azərbaycan əleyhinə müxtəlif ayətullahların və KİV vasitəsilə hücuma keçirdisə, bu dəfə artıq söhbət konkret olaraq terror törətməyə cəhd əməlindən gedir. MTN-nin son əməliyyatı da onu göstərir ki, İran Azərbaycana qarşı açıq düşmənçilik siyasəti yürüdür. Bir müddət əvvəl Azərbaycan İslam Partiyasının üzvlərinin hüquq-mühafizə orqanları tərəfindən ifşa olunan və İran tərəfindən dəstəklənən cinayət əməlləri də buna misaldır. Artıq heç kimdə sirr deyil ki, bir müddət əvvəl Azərbaycanın internet məkanına hücumlar da məhz bu ölkədən edilib. Ümumiyyətlə, Azərbaycanda indiyədək ifşa olunmuş əksər dini-ekstremist qrupların İranın xüsusi xidmət orqanlarının tapşırıqlarını yerinə yetirdikləri təkzibolunmaz faktlarla tam sübuta yetirilib.

Bu ölkənin Azərbaycana qarşı hər zaman təxribatla məşğul olduğu dəfələrlə təsdiqini tapıb. Söz yox ki, bu ölkə ölkəmizin beynəlxalq aləmdə əldə etdiyi istənilən uğura qarşı çıxır. Bir vaxt Bakı-Ceyhan neft kəmərinin işə düşməsindən sonra İran təyyarələrinin və gəmilərinin Azərbaycanın ərazi sularının pozması yaddan çıxmayıb. Məhz Azərbaycan rəhbərliyinin atdığı qəti addımlar sahəsində İran hakimiyyət orqanları geri çəkilməli oldu.

Qardaş Türkiyənin Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin Bakı üzərində uçuşu fars molla rejimini geriyə addım atmağa məcbur etdi. Çox güman ki, İranın atdığı son addımlar onun beynəlxalq aləmdə təklənməsindən irəli gəlir. Rəsmi Tehran yürütdüyü mənfur hərb siyasət nəticəsində beynəlxalq sanksiyalarla üzləşib və bu səbəbdən də Azərbaycanı öz təsir dairəsinə salmaq istəyir. Lakin onun bütün atdığı addımlar kimi bu cəhdi də uğursuz nəticələnəcək. Qeyd edək ki, İran hər hansı bir dövlətlə münasibətində soyuqluq yaranarkən təsir mexanizmlərindən biri kimi terror addımlarından istifadə etdiyinə əvvəllər də rast gəlinib. Belə hal ölkəmizə qarşı da olub. Hüquq-mühafizə orqanlarının sayıqlığı sayəsində hər dəfə belə halların qarşısı alınsa da, terror aktı ilə bağlı görülən hazırlıq işlərinin miqyası, İran dövlətinin bu məsələdə ortaya qoyduğu xüsusi səy rəsmi Tehranın Azərbaycanda sabitliyi pozmaq niyyətindən əl çəkmədiyini göstərib. Bir faktı da qeyd edək ki, İranın terror dövləti kimi tanınması beynəlxalq aləm tərəfindən də təsdiqlənib. Təsadüfi deyil ki, Birləşmiş Ştatlar 1984-cü ildən İranı terrorizmi müdafiə edən, himayə edən dövlətlərin siyahısına daxil edib. Bu ölkənin İraqda, Əfqanıstanda və hətta Türkiyədə terror aktları həyata keçirməyə cəhd göstərdiyi barədə çoxsaylı faktlar var. İran xüsusi xidmət orqanlarının bir vaxtlar PKK terror təşkilatına dəstək verdiyi və onu Türkiyə əleyhinə istifadə etdiyi barədə faktlar mövcuddur.


Kamran
+  -  Çap 
Yerləşdirilib: 24.01.12 | Baxılıb: 83

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •