Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Vobay mütləq cəzalandırılacaq
Afrikalı futbolçu səhlənkarlıq edərək “Xəzər Lənkəran”ın düşərgəsinə gəlməkdə gecikib

“Culius Vobay komandamızın düşərgəsinə yanvarın 6-da qayıtmalı idi. Ancaq afrikalı futbolçumuz səhlənkarlıq edərək, 10 gün yubandı”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov deyib. Yanvarın 16-da Antalyaya təlim-məşq toplanışına yollanan cənub təmsilçisinin 2 legioneri sıralarında deyil. Belə ki, rumıniyalı Andrey Mureşanla syerra-leoneli Julius Vobay komandanın Türkiyədəki hazırlığında iştirak etmir.


Vobay viza problemi üzündən Lənkəran klubunun sıralarına qoşula bilmir ki, vitse-prezident bunun günahının futbolçuda olduğu bildirib: “O, vaxtında gəlsəydi, belə vəziyyət də yaranmazdı. Julius başqa futbolçularımız kimi istirahətdən yanvarın 6-da qayıtmalı idi və 1 həftəyə vizası alınacaqdı. Ancaq onun səhlənkarlıq etməyi nəticəsində sənədlər tökülüb qalıb. Vobay yanvarın 16-da axşam Bakıya gəlib çıxıb və həmin vaxt artıq komandamız Antalyaya təlim-məşq toplanışına yollanmışdı. İndi onun viza məsələlərinin həlli ilə məşğuluq. Vobayın nə vaxt düşərgəmizdə yer alacağına, Antalya toplanışında iştirakına bu günlərdə aydınlıq gələcək. Mureşan isə istirahətdən sonra qayıtmışdı. Sadəcə, 1-2 günlük bizdən icazə alaraq, vətəninə yollanıb. Hər bir insanın problemi ola bilər və biz də bunu anlayışla qarşılayaraq, futbolçumuza icazə verdik”.


Göründüyü kimi, Mureşandan fərqli Vobayın yoxluğu öz günahı ucbatıntandır. Özü də bu, Syerra-Leone yığmasına çağırılan sağ cinah yarımmüdafiəçisinin ilk belə intizamsızlığı deyil. Julius hələ cari mövsümün əvvəlində rumıniyalı sabiq baş məşqçi Mirça Rednik tərəfindən əsas komandadan kənarlaşdırılaraq, əvəzedici heyətə göndərilmişdi. Maraqlıdır, “Xəzər Lənkəran”ın rəhbərliyi onu çətin vəziyyətdə qoyan legioneri ilə bağlı yenə sərt ölçü götürəcək?: “Vobay bu hərəkətinə görə mütləq cəzalandırılacaq. Bizim üçün fərqi yoxdur, hansı futbolçu intizamsızlıq ediriksə, ona qarşı sanksiya tətbiq edirik. Julius hələ ötən ilin martında milli komandanın oyunları ilə əlaqədar vətənində istirahətdən gec qayıtmışdı. Bizimlə müqavilə bağlayan futbolçular klubun Nizam-İntizam Məcəlləsi ilə tanış olur və ona imza atmaqla, bunu qəbul etdiklərini təsdiqləyirlər”.


Qeyd edək ki, “Xəzər Lənkəran” Vobayı ötən ilin qış fasiləsində Rumıniyadan transfer edib.
+  -  Çap 
Yerləşdirilib: 19.01.12 | Baxılıb: 79

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •