Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Qazaxıstanda demokratiya yolunda daha bir addım atıldı
İlk dəfə olaraq ölkədə çoxpartiyalı parlament fəaliyyət göstərəcək

Ötən bazar günü Qazaxıstanda keçirilən növbədənkənar parlament seçkilərində böyük səs çoxluğu ilə(80%-dən yuxarı ) prezident Nursultan Nazarbayevin rəhbərlik etdiyi «Nur Otan» partiyası qalib gəldi. Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına görə, kiçik və orta sahibkarların maraqlarını təmsil edən «Ağ yol»(Ak jol) və Qazaxıstan Xalq Kommunist Partiyası (QXKP) isə parlamentdə təmsil olunmaq üçün 7 %-li baryeri aşan ikinci və üçüncü partiyalar oldular.


Qeyd etmək lazımdır ki, son on ildə Qazaxıstan parlamentinə üçüncü dəfə keçirilən növbədənkənar seçkilərdə bu dəfə də sürpriz nəticə qeydə alınmadı. Digər seçkilərdə olduğu kimi, bu dəfə də, hazırkı prezidentin rəhbərlik etdiyi «Nur Otan» partiyası qalib gəldi. Bu, hakim partiyanın seçicilər arasında hələ də öz populyarlığını saxladığından xəbər verir.   Lakin  buna baxmayaraq, seçkilərin nəticələri göstərdi ki, hakim partiya ölkədə müəyyən qədər öz  mövqelərini itirib. Belə ki, əgər 5 il  öncə «Nur Otan» parlamentdə təmsil olunmaq üçün 7 %-li baryeri aşan yeganə partiya olmuşdusa, amma, budəfəki seçkidə  «Nur Otan»ın ciddi rəqibləri oldu.


Qazaxıstan Mərkəzi Seçki Komissiyasının ilkin hesablamalarına görə,  parlamentin aşağı palatasına(Məclisə) partiya siyahısı üzrə keçirilən seçkilərdə seçicilərin səsləri aşağıdakı kimi olub:


-Xalq-Demokratik Partiyası - «Nur Otan»- 80, 74%
-Qazaxıstan Vətənpərvərlər  Partiyası -0,89%
-Qazaxıstan Demokratik Partiyası-«Ağ yol» -7,46%
-Ümumxalq Sosial-Demokrat  Partiyası -1,59%
-Qazaxıstan Xalq Kommunist Partiyası(QXKP)-7,2%
-Qazaxıstan Sosial-Demokrat Partiyası-«Auıl» -1,46%
- Demokra Partiyası-«Ədalət» -0,66%


Beləliklə, Qazaxıstan parlamentinin aşağı palatası-Məclisdə 3 partiya-«Nur Otan», «Ağ yol» və  QXKP təmsil olunmaq hüququ əldə etdilər. 
Beləliklə, «Nur Otan» partiyası Məclisdə -  83,  «Ağ yol» - 8,  QXKP isə 7 deputatla təmsil olunacaqlar.


Xatırladaq ki, Qazaxıstan parlamentinin aşağı palatasında-Məclisdə 107 deputat yeri var. Bunlardan  9-u Qazaxıstan Xalqlar Asambleyası tərəfindən seçilir, qalan 98 deputat yeri isə ümumxalq seçkisi yolu ilə müəyyənləşir. 


Burada qeyd etmək yerinə düşər ki, 5 il əvvəl keçirilən son parlament seçkiləri zamanı Qazaxıstanın ünvanına çoxlu iradlar səsləndirildi-ölkədə çoxlu partiyaların mövcud olmasına baxmayaraq «Nur Otan»ın partamentdə yeganə partiya kimi  təmsil olunması ölkədə «demokratiyanın olmaması» kimi yozulurdu. Halbuki, 2007-ci il parlament seçkilərində «Nur Otan» seçicilərin 88 % səsini toplaya bilmişdi.


Seçkinin nəticələrinə görə, ikinci yerdə qərarlaşan Ümumxalq Sosial-Demokrat Partiyası isə seçicilərin yalnız 4,54 % səsini toplaya bilmişdi. Digər tərəfdən isə, seçkiləri izləmiş beynəlxalq müşahidəçilər hər hansı qanun pozuntularına rast gəlmədiklərini bildirmişdilər. Yalnız ATƏT-in müşahidə missiyası fərqli fikir səsləndirmişdi. Unutmaq lazım deyildir ki, bu qurum, indiyədək postsovet məkanında keçirilən bütün seçkilər  barədə anoloji fikirlər səsləndirib. 


Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, parlament seçkiləri Qazaxıstan üçün çox gərgin bir dövrdə baş tutdu. Əvvəla, seçkilər bu dəfə də, növbədənkənar keçirilirdi. Hətta bəzi partiya liderləri hakimiyyətə irad tuturdular ki, seçkilərin keçirilməsi üçün çox qısa müddət ayrılıb və bu, partiyalara özlərini toparlamağa imkan yaratmır. Digər tərəfdən isə, bu, son bir ildə ölkədə artıq ikinci növbədənkənar seçkilər idi - 2011-ci ilin aprelin Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilmişdi və həmin seçkilər də Nursultan Nazarbayevin qələbəsi ilə yekunlaşmışdı.


Digər tərəfdən isə, seçkilər ərəfəsində  Qərbi Qazaxıstanda- Manqistau vilayətinin Janaozen şəhərində baş verən faciəli hadisələrin də ölkədəki siyasi vəziyyətə təsirini nəzərdən qaçırmaq lazım deyildir. Təqribən 120 min əhalisi olan bu şəhər az qalmışdı ki, neftçi tətilləri ilə dünyada məşhurlaşsın. 2011-ci ilin iyun ayından başlanan neftçi təlilləri sonda işçilərin kütləvi surətdə işdən qovulması ilə nəticələndi.


Dekabrın 16-da , Qazaxıstan öz müstəqilliyinin 20 illiyini qeyd edən gün, şəhərdə kütləvi iğtişaşlar baş verdi. Nəticədə 17 nəfər dünyasını dəyişdi, 100-dən çox insan yaralandı. Şəhərdə çoxlu inzibati binalar yandırıldı, mağazalar, avtonəqliyyat müəssisələri, bankların ofisləri dağıdıldı. İğtişaşlar nəticəsində şəhərə 20 milyon dollar dəyərində ziyan vuruldu.


Qərbi Qazaxıstanda baş verən olaylar hakim partiyalardan nüfuzuna da öz mənfi təsirini göstərdi. Belə ki, hakimiyyət daimi ölkədə əhalinin rifahının yaxşılaşdığını bəyan edirdi. Lakin insan tələfatından sonra, hakim partiyanın təmsilçilərindən formalaşan Janaozan vilayətinin icra strukturları öz işlərindəki ciddi çatışmamazlıqlar olduğunu etiraf etdilər. Bundan əlavə, tətillərin davam etdiyi 7 ay ərzində, «Nur Otan» şəhərdəki vəziyyəti  nümayişkaranə  şəkildə inkar edirdi, ya da ki, «fəhlələr çox şey istərlər» deməklə kifayətlənirdi.   


Bu arada Qazaxıstanda yaranmış sosial gərginlikdən istifadə edən kommunistlər öz mövqelərini bir qədər gücləndirə bildilər. Onlar hələ ötən il prezident seçkiləri zamanı fəaliyyətlərini bir qədər aktivləşdirmişdilər. Kommunistlərin əsas elektoratı sözsüz ki, əhalinin aztəminatlı hissəsi, təqaüdçülər və işsizlər idilər. Son vaxtlar onların sıraları büdcə təşkilatlarında çalışanlar, kəndlilər, eləcə də, böyük müəssisələrdə çalışanlar və tələbələr hesabına bir qədər də genişləndi. Elə bu səbəbdən də XKP budəfəki seçkilərdə 7%-li baryeri aşmağa nail oldu.


Yerli analitiklərin qənaətinə görə, parlamentdə mandatlara sahib olan  «Ağ yol» Partiyası budəfəki seçkilərdə siyasi olimpə doğru böyük sıçrayış etmiş oldu. Belə ki, bir neçə il əvvəl bu partiya, sadəcə, Qazaxıstandakı amorf siyasi təşkilatlardan heç nə ilə fərqlənmirdi, adətən belə cırtdan partiyalar seçkilər ərəfəsində öz varlıqlarını sübut etməyə çalışırdılar. Amma, son bir ildə «Ağ yol»un rəhbərliyində baş verən dəyişikliklər, eləcə də, partiyanın kiçik və orta sahibkarlığı dəstəkləmə kursu götürməsi, ölkədəki siyasi partiyalar arasında ikinci mövqeyə yüksəlməyə şərait yaratdı.


O ki qaldı seçkidə qalib gəlmiş hakim partiyaya, ənənəvi olaraq, «Nur Otan»ın elektratını əsasən büdcə sferasında çalışanlar, eləcə də, iri biznes strukturlarının təmsilçiləri təşkil edirlər.


Bütün bunlara baxmayaraq,  müşahidəçilərin  qənaətinə görə,  parlament seçkilərinə hazırlıq çoxpartiyalılıq sisteminə keçidin artıq Qazaxıstan  siyasətinin qaçılmaz bir hissəsi olduğunu nümayiş etdirdi . Ölkənin siyasi partiyaları yalnız seçkilər ərəfəsində deyil, hətta seçkilərarası dövrlərdə də  fəal olduqlarını, və artıq ölkədə real siyasi qüvvəyə çevrildiklərini  sübut etmiş oldular. Doğrudur, faktiki olaraq, bu gün Qazaxıstanda 4 əsas siyasi partiya fərqlənir. Bunlar  prezident  Nursultan Nazarbayevin rəhbərlik etdiyi «Nur Otan»,  kiçik və orta biznesin maraqlarını müdafiə edən partiya-«Ağ yol», Qazaxıstanda fəhlə sinfinin- «sovet cəmiyyətinin» maraqlarını təmsil edən  Xalq Kommunist Partiyası və radikal müxalifət- Qazaxıstan Ümummilli Sosial-Demokrat Partiyasıdır. Son parlament seçkilərin nəticələrinə görə, onların ikisi-«Ağ yol» və XKP «Nur Otan»a rəqib olaraq parlamentdə təmsil olunmaq hüququ əldə etdiklə yanaşı, icra strukturlarının formalaşması prosesində də iştirak etmək şansı qazanıblar.  


Və sonda, qeyd etmək yerinə düşər ki,  ATƏT-in müşahidə missiyası istisna olmaqla, əksər beynəlxalq və yerli müşahidəçilər seçki kampaniyası dövründə Qazaxıstanda yaranmış bütün çətinliklərə baxmayaraq, parlament seçkilərinin açıq və şəffaf keçirildiyini bildiriblər. 


Seçkilərdən əldə olunan nəticə isə budur ki, hakim partiyanın böyük üstünlüklə qalib gəlməsinə baxmayaraq, Qazaxıstanda çoxpartiyalalılıq əsasında qanunverici orqanın formalaşması artıq reallığa çevrilib.


Fuad Qəhrəmanlı
+  -  Çap 
Yerləşdirilib: 18.01.12 | Baxılıb: 93

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •