Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Ermənistanda ömürlük məhbuslar aclıq edir
Onlar bununla AŞ PA-nın Ermənistan üzrə həmməruzəçisinin diqqətini cəlb etmək istəyirlər

Ermənistanda «Nubareşen» islah-əmək müəssisəsində 20-yə yaxın ömürlük həbs cəzası almış məhbus aclığa başlayıb. «Qraparak» qəzeti yazır ki, onlar aclıq aksiyasından əvvəl Ermənistan prezidentinə, AŞ rəhbərliyi və Qızıl Xaçın nümayəndəliyinə tələblərinin əks olunduğu məktub yollayıblar. Onların tələbi budur ki, prezident onlara baş çəkib fikirlərini dinləsin.


Ömürlük məhbuslar onların barələrində çıxarılan qərarlara yenidən baxılmasını və cəzalarının 15-20 ilə qədər azaldılmasını istəyirlər. Məhbuslar son aylar müvafiq instansiyalara çoxsaylı məktublar göndərsələr də, nəticəsiz qalıb. Bu da onların sonda radikal addım atmalarına səbəb olub. Onlar bildiriblər ki, əgər tələbləri nəticəsiz qalarsa, əlavə 20 məhbus da onlara qoşulacaq. Eyni zamanda tələbləri yerinə yetirilməyənə qədər aclığı davam etdirəcəklər. Məhbuslar həmçinin həbsxanalardakı dözülməz vəziyyətdən də şikayətçidirlər.


Şübhəsiz ki, ömürlük məhbuslar bu aksiyanı keçirməklə Yerevanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçisi Con Preskottun diqqətini cəlb etmək istəyiblər. Yayılan məlumatlara görə, ötən gün Ermənistana səfərə gələn həmməruzəçi ölkədə insan haqlarının vəziyyəti, eləcə də həbsxanalardakı vəziyyəti monitorinq edəcək. Lakin erməni müxalifəti onun fəaliyyətindən narazıdır. Belə ki, Ermənistan parlamentinin müxalif fraksiyaları Yerevanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının Ermənistan üzrə həmməruzəçisi Con Preskottu Ermənistan iqtidarını dəstəkləməkdə suçlayıblar. Preskott səfərini ictimai təşkilatlarla, AŞPA-da Ermənistan nümayəndə heyətinin üzvləri və siyasi qüvvələrin nümayəndələri ilə görüşlərlə başlayıb. Daşnaksutyun, Jaranqutyun partiyaları, parlamentdə təmsil olunmayan müxalif Erməni Milli Konqresin nümayəndələri və hakim koalisiya üzvləri olan Respublikaçılar, Firavan Ermənistan və Orinats Yerkir (Qanunçuluq Ölkəsi) partiyaları ilə görüşüb. AŞ PA rəsmisinin Ermənistan prezidenti, parlament sədri, xarici işlər və ədliyyə nazirləri, baş prokuror, Mərkəzi Seçki Komissiyasının sədri ilə görüşləri də nəzərdə tutulub. Ekspertlər qeyd edir ki, Con Preskott görüşləri zamanı diqqəti Yerevanda 10 adamın ölümü ilə nəticələnmiş 2008-ci il mart iğtişaşlarının araşdırılması, polisə ərizə vermək üzrə müstəqil mexanizmlərin yaradılmasına və polis-cəmiyyət münasibətlərinin bəzi aspektlərinə dair AŞ PA-nın 1837 saylı bəyannaməsinin yerinə yetirilməsilə bağlı məsələlərə yönəldib. 1 mart iğtişaşları zamanı həlak olanların ailə üzvləri də Ermənistan üzrə AŞ PA məruzəçisinin onlarla görüşəcəyinə ümid edirlər. Onlar “1 mart” cinayət işi üzrə istintaqdan narazıdırlar və dörd il ərzində qatillərin aşkar edilib cəzalandırılmadığına etiraz edirlər.


Qeyd edək ki, Ermənistan üzrə digər AŞ PA məruzəçisi Aksel Fişerin xəstəliyi səbəbindən Yerevana gələ bilməyib. Yayılan məlumatlara görə, AŞ PA-da Ermənistan nümayəndə heyəti üzvləri ilə görüş zamanı Daşnaksutyun parlament fraksiyasının təmsilçisi Armen Rustamyan may ayında gözlənilən seçkilərin 100 faiz proporsional sistem üzrə keçirilməsinin zəruriliyi məsələsini qaldırıb. O, deyib ki, majoritar seçki sistemi “hakimiyyətin yenidən əldə saxlanmasına xidmət edir” və hakimiyyət yenidən seçilmək istəyirsə, majoritar sistem ləğv olunmalı, seçkilər yalnız partiya siyahıları üzrə təşkil olunmalıdır: “Mənim bu müşahidəm nədənsə Preskottu qəzəbləndirib. Söhbət mübahisəyə döndü. İzah elədik ki, əvvəlcə Ermənistanda mövcud vəziyyəti öyrənmək, müxtəlif nöqteyi-nəzərlərlə tanış olmaq, sonra isə AŞ PA qətnaməsində ana xətlə gedən, seçkilərə dair etimadı artırmaq üçün görüləsi tədbirlər haqqında düşünmək lazımdır. Elə şərait yaratmaq lazımdır ki, xalq öz istədiyi hakimiyyəti seçə bilsin. Hakimiyyətin önəmli istinadgahı məhz majoritar seçki sistemidir. Bu sistem hakim rejimə bəri başdan üstünlük təmin edir. Əvvəlki seçkilərə nəzər salsaq, görərik ki, majoritar sistem üzrə qaliblərin 99 faizini hakimiyyət nümayəndələri təşkil edir”.


Hal-hazırda Ermənistan Milli Məclisində 131 millət vəkilinin 90-ı proporsional, 41-i majoritar seçki sistemi üzrə seçilir. “Jaranqutyun” parlament fraksiyası isə AŞ PA rəsmisinə Ermənistanda hökm sürən durumu təsvir etmək istəyib, lakin Ermənistan üzrə AŞ PA həməruzəçisi polisin və prokurorluğun mənfi fəaliyyətinə aid fikirləri dinləmək istəməyib. “Fikir və rəy bildirdiyimizə cavab olaraq yumruğunu stola vurub səni dinləmək istəmirsə, bu, birmənalı tərəfkeşlik əlamətidir. O, bizim dəlillərimizi eşitmək istəmirdi, çünki onlara öz məruzəsində qiymət verilməlidi. O, heç bir fakta bələd olmaq istəmir ki, daha sonra onlara qayıtmağa məcbur olmasın”, - deyə Ermənistanın AŞ PA nümayəndəsi Zaruhi Postancyan bəyan edib. Con Preskott jurnalistlərin suallarına cavab verməkdən imtina edib. O deyib ki, hal-hazırda parlament fraksiyaları ilə görüşür, müxalif partiyaların mövqelərini daha sonra dinləyəcək.


Azər NURİYEV
+  -  Çap 
Yerləşdirilib: 18.01.12 | Baxılıb: 73

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •