Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« May.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
28293031   
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Pakistanda növbəti siyasi böhran
Ali Məhkəmə sədri ilə baş nazir arasında qarşıdurma pik həddə çatıb

Pakistanda siyasi böhran yetişir. Ötən gün Pakistan Ali Məhkəməsi baş nazir Yusif Rza Gilanidən məhkəmənin amnistiya barədə qərarının ləğv edilməsi barədə qərardadına əməl etməyi tələb edib. Amnistiya qərarı ölkənin birinci şəxslərinə, o cümlədən  korrupsiyada ittiham olunan prezident Asif Əli Zərdariyə toxunulmazlıq hüququ verir. Aparıcı siyasi partiyaların liderləri isə baş naziri xəbərdar ediblər ki, Ali Məhkəmə ilə qarşıdurma ona, eləcə də prezidentə vəzifəsini itirməsi hesabına başa gələ bilər.


«Bizim baş naziri dinləməkdən başqa yolumuz qalmayıb. O, yanvarın 19-da Ali Məhkəməyə gəlməli və dinləmələrə qatılmalıdır» deyə 7 hakimdən ibarət Pakistanın Ali Məhkəməsinin bəyanatında bildirilib. Ali Məhkəmədəki mənbələrin verdiyi məlumata görə, baş nazir Gilani Ali Məhkəmənin sədri İftixar Çoudri və onun həmkarlarından indiyə qədər nə səbəbdən ali məhkəmə instansiyasının 2009-cu ildə qəbul etdiyi və amnistiya barədə qərarı «qanunsuz» elan edən qərarına əməl etmədiyinə aydınlıq gətirməsini soruşacaq. «Kommersant»da dərc edilən məqalədə göstərilir ki, amnistiya qərarı korrupsiya qalmaqallarında və qanunsuz əməllərdə əli olan bir neçə min pakistanlı məmurun və siyasətçinin cinayət məsuliyyətindən yaxa qurtarmasına imkan verir. Bu amnistiya haqqında qərarı 2007-ci ildə prezident Pərviz Müşərrəf qəbul etmişdi. O bununla da korrupsiyalaşmış elitanın dəstəyini əldə etmək və öz idarəçiliyini saxlamaq istəyib. Həmin vaxt bu amnistiyaya düşənlər arasında ilk olaraq o zaman baş nazir olan Benazir Bhuttonun əri Zərdari də olmuşdu. Zərdari Bhuttonun hökumətində maliyyə naziri vəzifəsində çalışırdı və adı gurultulu maliyyə qalmaqallarında çəkilirdi. Hətta buna görə ona «Zərdari iki faiz» adını vermişdilər.


Ali Məhkəmənin prezident üzərindən immuniteti götürən qərarına qarşı çıxan hökumət başçısını «xalça üzərinə çağırması» isə ölkədə siyasi böhranı daha da dərinləşdirib. Bu siyasi böhran isə bəlli olduğu kimi, artıq bir müddətdir ki, ali mülki rəhbərliklə ölkədə söz sahibi olan hərbçilər arasında yaşanır. Belə ki, hərbçilər prezident-baş nazir tandeminə qarşı çıxış edirlər. Ali Məhkəmənin sədri də bu prosesə qoşulub və o, vaxtilə Pərviz Müşərrəfin hakimiyyətdən getməsində əhəmiyyətli rol oynayıb. Ali Məhkəmənin sədri açıq şəkildə bildirib ki, baş nazir istənilən halda amnistiyanın ləğvinə qarşı çıxa bilməyəcək. Əgər baş nazir inad göstərməkdə davam edəcəksə, o, etimadsızlıq ala və həbsxanaya salına bilər. Artıq Pakistan müxalifətinin liderləri də baş naziri Ali Məhkəmə sədri ilə qarşıdurmaya son qoymağa çağırıb. Onların qənaətincə, bu, hərbi çevrilişlə nəticələnə və güc strukturlarının hakimiyyətə gəlməsi ilə nəticələnə bilər. Müxalifətin əhval-ruhiyyəsinə «Təhriki insaf» partiyasının lideri İmran Xan da dəstək göstərib. O bildirib ki, hökumət korrupsiyanı ört-basdır etmək üçün bütün vasitələri işə salıb. Onun qənaətincə, hökumət hərbçiləri ölkədə «qayda-qanun yaratmağa» sövq edir. Belə hal isə hərbi çevrilişlər yaşayan Pakistanda dəfələrlə baş verib.
+  -  Çap 
Yerləşdirilib: 18.01.12 | Baxılıb: 53

ONLINE XƏBƏRLƏR
 
  • Ali məktəblərə ərizə qəbulu başa çatdı
  • Mədət Quliyev: Vərəmdən vəfat edən şəxslərin sayı əvvəlki illərlə müqayisədə nəzərə çarpacaq dərəcədə azalıb
  • Zahid Oruc: “Azərbaycan bu hərəkatda əlavə siyasi dəstək əldə edir”
  • “Xameneyi rəsmən İsraili yandıracağını bəyan edib”
  • ATƏT PA-nın 2014-cü ilin yaz sessiyası Azərbaycanda keçirilə bilər
  • Bahar Muradova İsveçrənin ATƏT PA-da nümayəndə heyətinin rəhbəri ilə görüşüb
  • Məleykə Abbaszadə: “Nərgizlə fəxr edirəm”
  • “Elektron Təhsil” müsabiqəsinin I mərhələsi başa çatıb
  • TQDK: Bu günə qədər 103 934 abituriyent internetlə “Elektron ərizə” doldurub
  • Vaqif Əsədov: “Eurovision” müsabiqəsinin Azərbaycanda keçirilməsinin əhəmiyyətini hər birimiz dərk etməliyik”
  • Levon Ter-Petrosyan deputat mandatından imtina etdi
  • Saakaşvili ABŞ-a yollandı
  • Fransa prezidentinin təyyarəsini ildırım vurub

  •