Açılış Səhifəsi et

 Favorilərə əlavə et
ƏSAS MENÜ
 
 
 

   ƏDƏBİYYAT  

LAYİHƏ

 
AXTARIŞ
 
 
 


 
ARXİV
 
« Fev.2012»
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
  12345
6789101112
13141516171819
20212223242526
272829    
 
 
 
 

 
BANNERİMİZ
 
kod almaq:
 
Axtarış: 
Bu qədər də gözəlləşmək olar?
İndi təkcə şou-biznes adamları yox, evdar qadınlar, hətta kişilərdə estetik əməliyyat olunmaq istəyirlər

“Bu gün gözəlləşmək istəyi təkcə insanların arzusu yox, həm də zamanın tələbidir”. Bu fikirlərlə insanlar estetik klinikalara üz tuturlar. Silikon əməliyyatından sonra ABŞ-da 8 qadında döş xərçənginin aşkarlanması barədə bu yaxınlarda yayılan təhlükəli xəbərlərə baxmayaraq, insanların istəyi qarşısına heç cür sədd çəkmək mümkün deyil. Belə ki, okeanın o tayında təhlükəni hiss edən 10 min qadının əvvəlki vəziyyətinə qaytarılması üçün yenidən əməliyyat olunmasına ehtiyac yaranıb. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həyəcanı isə təbiidir: “Nəinki xərçəng riski var, amma artıq xəstəlik 8 qadında aşkarlanıb”.  

Ən böyük təhlükəni belə gözə alan insanlar gözəlləşmək istəyi ilə ən çox üzün, burnun estetik cərrahiyyəsi, yuxarı və aşağı göz qapaqlarının blefaroplastikası üzrə, üst və aşağı çənələrin pozulmuş rabitələrini bərpa etmək, eləcə də zədə nəticəsində əmələ gələn fəsadları aradan qaldırmaq üçün müraciət edirlər. Təbii ki, ən çox müraciət olunan və estetik cərrahiyyədə birinci yeri tutan əməliyyat rinoplastika- yəni burun formasının dəyişməsidir. Bu əməliyyatı könüllü seçənlərin isə sayı-hesabı yoxdur. Daha sonra üzdəki qırışların aradan qaldırılması, artıq piy qatlarının götürülməsi, süd vəzilərinin böyüdülməsi və kiçildilməsi pasiyentlərin könüllü üz tutduqları əməliyyatlardır. Onu da qeyd edək ki, əvvəllər zahiri görünüşlərindən narazı olanlar,  xüsusən də müğənnilərimiz plastik əməliyyat üçün qonşu Gürcüstana, İrana, Rusiyaya və Türkiyəyə üz tuturdularsa, artıq öz talelərini Azərbaycandakı həkimlərə həvalə edirlər.


Alimlərin tapmağa çalışdığı sirr


Bəziləri hesab edir ki, illərlə hansısa problemə görə narazılıqla yaşamaqdansa, onu aradan qaldırmaq daha münasibdir. O mənada ki, plastik əməliyyat labüddür. Hətta elələri də var ki, plastik cərrahiyyə müəssisəsinin yolunu su yoluna çevirib. Əməliyyatın biri bitməmiş, artıq ikincisi haqda düşünür.

Həkimlər özləri də etiraf edirlər: əgər əvvəllər estetik əməliyyatları daha çox aktyorlar, müğənnilər sınaqdan keçirirdisə, indi hətta klinikalara müraciət edən evdar qadınların da sayı çoxalıb. Hərçənd yenə də siyahıda incəsənət və şou biznes nümayəndələri üstünlük təşkil edir. Hətta yaşı altmışı keçən pasiyentlərin də əməliyyat üçün müraciət etməsi barədə faktlar var. Pasiyentlərin sayının çoxalmasını əsaslandıran mütəxəssislər hesab edir ki, estetik əməliyyatlar əvvəllər həm də ona görə az həyata keçirilirdi ki, bu sahənin həkimləri az idi. Məsələn, əvvəllər dünya üzrə cəmi 3-5 cərrah var idi və hamı da onlara müraciət edirdisə, indi isə bu sahədə həm müəllimlərin, həm də tələbələrin sayı çoxalıb. Nəticədə estetik cərrahiyyə ilə bağlı müraciət edən xəstələrin sayı da artıb.

İş ondadır ki, müasir dövrdə təkcə qadınlar deyil, kişilər də yaraşıqlı, qüsursuz görünməkdən ötrü dəridən –qabıqdan çıxırlar. Bu sahənin mütəxəssisləri axını estetik və plastik cərrahiyyənin inkişafının insanları özünə tam inandıra bilməsi ilə əlaqələndirirlər. Hətta deyirlər ki, hələ bu sahədə açılmayan sirlər də çoxdur. Məsələn, hazırda alimlər “stem cell” üzərində işləyib, onun qüdrətini çoxaltmağa çalışırlar. Belə ki, bu sirri tapmaqla insan bədənini cavanlaşdırmaq mümkün olacaq və deyilənə görə, bu kəşf estetik cərrahiyyədə böyük bir inqilab sayılacaq. Alimlər isbata çalışırlar ki, ömrün uzanmasına, insanın sağlamlığına, gözəlləşməsinə bu kəşf çox böyük üstünlüklər bəxş edəcək. Belə ki, dünyanın inkişaf etmiş ölkələrinin çoxu  da bu kəşf üzərində çalışır. Alimlərin heyvanlar üzərində apardıqları əməliyyatlar isə uğurla nəticələnib. Onlar “həyat suyu”nu tapmaqla bu sahədə ən böyük nailiyyət əldə etmiş olacaqları fikrində israrlıdırlar.


Kişilərin dərdi


Yuxarıda qeyd etdiyimiz kimi plastik cərrahiyyə ilə bağlı müraciət edən kişilərin də sayı çoxalıb. Məlumatlara görə, ümumiyyətlə, plastik cərrahiyə üçün müraciət edənlərin 85 faizi qadın, 15 faizi kişilərdir.

Plastik cərrah Rza Xurşudi deyir ki, kişilər estetik cərrahiyyəyə gələndə məsələyə psixoloji cəhətdən yanaşmaq lazımdır. Çünki qadınlar əməliyyata nə qədər asan qərar verirlərsə, kişilərin qərarı bir o qədər çətin olur. “Buna baxmayaraq, kişilər də estetik əməliyyata gəlir. Kişilər də gözəlləşmək istəyir. Ümumiyyətlə, indi hamı yaxşı görünmək istəyir”.

Belə ki, kişilər ilk növbədə burun formasını dəyişdirir, üzdə, burun yanında  olan, gözaltı, gözüstü qapaqların qırışlarının götürülməsi ilə bağlı müraciət edirlər.

Klinikalara müraciət edən pasiyentlər arasında cinsini dəyişmək istəyənlər də çoxluq təşkil edir. Onların əksəriyyəti də  qadın olmaq istəyən kişilərdir.  Orta statistika təxminən belədir: 75 faiz kişi qadın, 25 faiz qadın isə kişi olmaq istəyir.


Əməliyyatdan sonra


Amma təcrübələr göstərir ki, bəzən bu cür əməliyyatlar xəstənin real həyatını yaxşılığa doğru dəyişdiyi kimi, pisliyə doğru da dəyişir. Azərbaycanda keçirilən bəzi plastik əməliyyatların hətta ölümlə nəticələnməsi bu faktı təsdiqləyir. Elə təkcə, tanınmış müğənni Reyhan Müslümovanın faciəli taleyini xatırlamaq kifayətdir.

3-4 il bundan əvvəl isə 2 saylı Ruhi xəstəxanaya müsahibəyə gedərkən 25-26 yaşlı qızın “Mənim burnumu qaytarın!- deyə xəstəxanaya ayaq basan hər kəsə ünvanladığı sözlər, şöbənin müdiri Fuad İsmayılovun həmin gənc qızın burnunda aparılan əməliyyatdan sonra depressiyaya düşdüyünü söyləməsi də uğursuz əməliyyatların faktıdır.

Psixoloq Azad İsazadə plastik və estetik cərrahi əməliyyatları zamanın tələbi kimi qiymətləndirsə də, əməliyyatların yaratdığı psixoloji sarsıntıları istisna etmir: «Plastik cərrahiyyə müasir dövrdə tibbin ən inkişaf etmiş sahəsidir. Hətta bu gün sifətin sümüklərə qədər tamamilə dəyişdirilməsi əməliyyatı da həyata keçirilir. Bunlar cərrahiyyənin nailiyyətləridir».

Psixoloqun fikrincə, bütün cərrahi əməliyyatlardan sonra psixoloji təsirlər yarana biləcəyi kimi, bu cür əməliyyatlardan sonra da fəsadlar yarana bilir. “Sovet dövründə də plastik əməliyyatlar həyata keçirilirdi. Sadəcə orada qadağalar daha çox idi. Belə ki, sovet dövründə bu cür əməliyyatları həyata keçirmək üçün hər pasiyentə birbaşa razılıq verilmirdi. O zaman konkret sağlamlıqla bağlı tələblər mövcud idi. Belə ki, pasiyent ruhi sağlamlığını təsdiq etmək üçün psixiatrdan arayış təqdim etməli idi. Bu gün isə bunlar tələb olunmur. Sadəcə, insan estetik baxışdan nəyisə dəyişdirmək istəyirsə, həkimə müraciət edir. Yəni, əməliyyatdan ehtiyat üçün hansısa qadağalar mövcud deyil».

Psixoloq bildirir ki, pasiyent əməliyyatın istədiyi səviyyədə alınmadığını görüncə, depressiyaya, stresə düşür. «Bəzən hansısa xoşagəlməyən cizgilər kompleksdə çox gözəl görünür. Ən gözəl nümunə Sofi Lorendir. Ayrı-ayrı cizgiləri bəlkə də qəşəng deyil, ancaq ümumi kompleksdə çox gözəl qadındır». A.İsazadənin sözlərinə görə, konsultant əməliyyatqabağı pasiyentə qarşı düzgün mövqe tutmalıdır.  Belə ki, o, pasiyentin nazı ilə oynamamaq şərti ilə daha düzgün məsləhət verməlidir. “Yoxsa əməliyyatdan sonra nəyisə dəyişmək çox çətin olur və bu, pasiyentlərdə müxtəlif psixoloji sarsıntılara gətirə bilir”. Psixoloq belə əməliyyatlardan sonra psixoloji durumu ilə bağlı ona müraciət edən çoxlu pasiyentlər olduğunu da bildirdi.   

R.Xurşudi isə hesab edir ki, bəzi fəsadlar həkimin yaxşı ekspert olmaması, elmli işləməməsi və təcrübəyə malik olmamasından yaranır:  “Həkim xəstəyə həssaslıqla yanaşmalı, onun problemini analiz etməlidir. Bəzən həkim xəstənin burnunu üzdən əməliyyat edir, amma onun fizioloji problemini aradan qaldıra bilmir. Bəzən xəstə «bilsəydim istədiyim kimi alınmayacaq, əməliyyat etdirməzdim» - deyə yenidən həkimin yanına qayıdır. Bu problem xəstə ilə həkimin bir-birini anlamamasından yaranır. Nəticədə xəstə narazı, həkim isə narahat qalır. Amma qabaqcadan pasient həm psixoloji, həm fizioloji, həm də estetik cəhətdən analiz olunsa, müsbət nəticə əldə edilər”. R.Xurşudinin fikrincə, elə problemlər də var ki, xəstənin özündən asılı olur. Məsələn, bəzən xəstə nə istədiyini özü də bilmir. “Əgər xəstə həkimin əməliyyatdan sonrakı məsləhətlərini yerinə yetirmirsə, təbii ki, əməliyyatdan sonra fəsadlarla rastlaşır. Təbii ki, çox vaxt bütün problemləri aradan qaldırmaq mümkün olmur. Ya xəstə bivaxt gəlir, ya da o tamam fərqli bir şey istəyir. Xəstənin tələbi də gərək məntiqi, reallığa uyğun olsun”.


Qarşılıqlı anlaşma


Heç şübhəsiz, istənilən sahənin biznes maraqları olduğu kimi, bu gün tibbi xidmət, o cümlədən də plastik, estetik  cərrahiyə də biznes sahəsidir. Amma söhbət təkcə pul qazanmaqla bitmir. Önəmli olan insan taleləridir. O insan taleləri ki, bəzən soyuqqanlıqla qəbul edilən bir qərarın qurbanına çevrilə bilir. Həkimin ehtiyatsızlığı və ya qeyri-peşəkarlığının, ya da lazımsız qərarın qurbanına. Onda da tərəflər bir-birini qınayır: həkimlər xəstələri, xəstələr isə qarşı tərəfi. Belə məqamda ortaq nəticə tapmaq da çətin olur. Bu baxımdan psixoloqların “xəstə əməliyyata gedərkən ilk növbədə özünü psixoloji cəhətdən hazırlamalıdır. Həkimlər isə xəstəyə “bu insan taleyidir” deyə məsuliyyətlə yanaşmalıdır” fikirləri hər iki tərəfdən əsas götürülsə bəlkə daha  faydalı olar.


Təranə Məhərrəmova
+  -  Çap 
Yerləşdirilib: 17.01.12 | Baxılıb: 93

ONLINE XƏBƏRLƏR
 
  • Prezident İlham Əliyev professor Sergey Kapitsayı təbrik edib
  • Mehman Poladov: “Xocalıda törədilmiş vəhşiliklərlə bağlı açılmamış çox fakt var”
  • Xocalı faciəsinin beynəlxalq hərbi tribunalda tanınması ilə bağlı ayrıca istintaq qrupu yaradılıb
  • Əli Əhmədov: “İranın nota dili ilə danışması münasibətlərimizin fəlsəfəsinə uyğun gəlmir”
  • Əbülfəs Qarayev: “Turizmdə 3 milyard dollara yaxın vəsait dövr edir”
  • Hüsnü Mübarəkin işi üzrə sonuncu məhkəmə prosesi başlayıb
  • İran silahlı qüvvələri komandanının müavini: “Düşmənin addımlarını oturub gözləməyəcəyik”
  • Pentaqon şefi Quranla rəftara görə üzr istədi
  • BQXK nümayəndələri Azərbaycanda saxlanılan ermənilərə baş çəkiblər
  • Xocalı soyqırımı ilə əlaqədar tədbirlər davam edir
  • Elmar Məmmədyarov G-20 ölkələrinin XİN-in qeyri-rəsmi görüşünün ikinci sessiyasında çıxış edib
  • Elmar Məmmədyarov G-20 zirvəsi çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib
  • Vəfa Quluzadə: İran Azərbaycanda öz maraqlarına sərf edən problemləri qabartmaqla məşğuldur

  •